Məhkəmə qərarları › İş №3(004)-825/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-825/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-825/2021 30.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X6 iclas katibliyi ilə, Şikayətçi “X7” MMC-nin direktoru X10 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və şikayətçinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə DƏMX-nin Bakı şəhər İdarəsinin rəisi X14 tərəfindən barəsində MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərar tərtib etmişdir. Qərarın tərtib edilməsinə əsas kimi, rəhbərlik etdiyi “X7” MMC-nin keçmiş işçisi X2 əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 36/2020 nömrəli əmrlə xitam verilərkən, həmin işçiyə guya son haqq hesabın hesablanmadığı və ödənilmədiyi göstərilir. Nəticədə AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilərək, ona 800 (səkkiz yüz) manat məbləğində inzibati qaydada cərimənin tətbiq edilməsi barədə qarar qəbul edilmişdir. DƏMX-nin Bakı şəhər İdarəsinin ******* nömrəli, xx.xx.2021-ci il tarixli qərarını rəsmi qaydada xx.xx.2021-ci il tarixdə almışdır. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli qərarı aşağıda göstərilən səbəblərə görə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir və inzibati icraata xitam verilməlidir. İlk növbədə qeyd etmişdir ki, N.Xudadatovanın xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən, 05/2018 nömrəli, xx.xx.2018-ci il tarixli Əmrlə xx.xx.2017-xx.xx.2018 iş ili üçün xx.xx.2018-xx.xx.2018 tarixlərində 32 (otuz iki) təqvim günü əmək məzuniyyəti və 28 may (1 gün) dövlət bayramı olduğuna görə bir gün də əlavə verilmişdir. Həmçinin N.Xudadatovanın xx.xx.2019-ci il tarixli ərizəsinə əsasən, 09/2020 nömrəli, xx.xx.2019-cu il tarixli Əmrlə xx.xx.2019-xx.xx.2020 iş ili üçün 32 (otuz iki) təqvim günü əmək məzuniyyəti verilmişdir. DƏMX Bakı şəhər İdarəsinə N.Xudadatova tərəfindən verilmiş izahatda bildirmişdir ki, xx.xx.2020 iş ili üçün heç bir ərizə yazmayıb və 30 gün əmək məzuniyyətini istifadə etməyib. Lakin yuxarıda qeyd edildiyi kimi, iddiaçının xx.xx.2019-ci il tarixli ərizəsinə əsasən, ona 09/2020 nömrəli, xx.xx.2019-cu il tarixli əmrlə xx.xx.2019-xx.xx.2020 iş ili üçün 32 (otuz iki) təqvim günü əmək məzuniyyəti verilmişdir. X1 analıq məzuniyyətində olduğu müddətdə ona qanunla məcburi olmayan doğulacaq uşaqla bağlı 38 nömrəli, xx.xx.2020-ci il tarixli və 37 nömrəli, xx.xx.2020-ci il tarixli Əmrlərə əsasən, iki ay 1,957.09 manat həcmində, yəni, cəmi 3,914.18 (üç min doqquz yüz on dörd manat, on səkkiz qəpik) manat məbləğində, mükafat formasında əlavə ödəniş edilmişdir. Bundan başqa N.Xudadatovanın xx.xx.2020ci il tarixli və xx.xx.2019-ci il tarixli ərizələrinə əsasən, müvafiq olaraq 05/2018 nömrəli, xx.xx.2018-ci il tarixli və 09/2020 nömrəli, xx.xx.2019-cu il tarixli Əmrlə xx.xx.2019xx.xx.2020 iş ili üçün 32 (otuz iki) təqvim günü, yəni hər əmrlə əlavə olaraq 2 (iki) gün əmək məzuniyyəti verilmişdir. Göründüyü kimi, “X7” MMC tərəfindən N.Xudadatovaya doğulacaq uşaqla bağlı, qanunla tələb olunmayan mükafat da ödənilmişdir və həmçinin hər məzuniyyətdə 2 (iki) əlavə məzuniyyət günü də təqdim edilmişdir. Belə olan halda işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qəsdən hər hansı qanun pozuntularına yol verilməsindən söz gedə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Hesab edir ki, tərəfindən İXM-nin 192.4-ci maddəsinin hər hansı bir tələbi pozulmamışdır. Belə ki, keçmiş işçi N.Xudadatovaya əmək və məzuniyyət haqları ilə bağlı son haqqı-hesabın vaxtı-vaxtında ödənilməsi ilə bağlı bank çıxarışları mövcuddur. Həmçinin DƏMX Bakı şəhər İdarəsinə N.Xudadatova tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş izahatda da etiraf etmişdir ki, xx.xx.2016-xx.xx.2017-ci iş ili üçün 30 gün, xx.xx.2017-xx.xx.2018-ci iş ili üçün 30 gün və xx.xx.2018-xx.xx.2019-ci iş ili üçün 30 gün əmək məzuniyyətini öz ərizəsi əsasında istifadə etmişdir. Lakin tərəflərindən əmrlə N.Xudadatovaya xx.xx.2017xx.xx.2018-ci iş ili üçün 32 gün və xx.xx.2018-xx.xx.2019-ci iş ili üçün 32 gün əmək məzuniyyət verilmişdir və bu barədə izahatda heç bir məlumat qeyd olunmamışdır. Bundan başqa bildirmişdir ki, tərəfindən keçmiş dövrdə işçiyə onun öz xahişi əsasında təqdim edilmiş əlavə 4 məzuniyyət günün son haqq-hesab aparılarkən qalıq məzuniyyət günləri ilə əvəzləşdirilməsi faktı, ən pis halda riyazi hesablamalar nəticəsində yol verilmiş nöqsan kimi qəbul edilə bilər və heç bir halda inzibati məsuliyyətə cəlb edilməyi üçün əsas yaradan qəsdən törədilmiş xəta kimi qəbul edilə bilməz. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlara görə cərimə tətbiq edilmir. Həmçinin inzibati məsuliyyətə cəlb edilmə ilə bağlı qərar qəbul edilərkən müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilmə nəzərə alınmamışdır. Belə ki, İXM-nin 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. X4 xx.xx.2020-ci il tarixli ərizə ilə “X7” MMC-yə müraciət edərək, xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İddiaçının qeyd olunan xahişinə əsasən, 36/2020 nömrəli, xx.xx.2020 tarixli Əmrlə N.Xudadatova AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (a) bəndinə əsasən, tutduğu vəzifədən öz xahişi ilə azad olunmuşdur. Lakin inzibati tənbeh verilmə haqqında qərar 03 (üç) ay və iyirmi gün keçdikdən sonra xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən inzibati tənbeh verilmə haqqında qərar qəbul edilərkən işə formal yanaşmış, tərəfindən yol verilmiş nöqsanların olubolmaması, həmin nöqsanların olduğu təqdirdə riyazi hesablamalar nəticəsində yol verilməsi səbəbindən baş verməsi araşdırılmamışdır, həmçinin inzibati xəta olsa belə həmin xətanın törədildiyi vaxtdan üç ay keçməsinə baxmayaraq, inzibati tənbeh verilmə haqqında qərar qəbul edilmişdir. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin şikayətçi göstərdi ki, şikayətinin əsasını təşkil edən 2 haldan birinin, yəni inzibati xəta hadisəsi törədilməməsi və ya inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra inzibati tənbeh verilməsi hallarından hər hansı birinin götürülərək iş üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinin kifayət etdiyindən, bu halların da nəzərə alınaraq qərar çıxarılmasını xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən “X7” MMC-nin direktoru X15 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 800 manat cərimə edilmişdir. Qərara əsasən direktoru X3 işçisi X2 əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli, 36/2020 saylı əmrlə xitam verərkən son haqq hesabı hesablanıb ödənilmədiyi qeyd olunmuşdur. İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şikayətçinin şikayətinin 2 əsası vardır. 1-ci əsas bundan ibarətdir ki, şikayətçi qeyd edir ki, o ümumiyyətlə belə bir inzibati xəta törətməmişdir. Çünki şikayətində də qeyd etmişdir ki, işçinin istifadə edilməmiş əmək məzuniyyəti olmamışdır, ona görə də bu əsasa görə pul əvəzi olmamışdır ki verilməsin. İşçiyə ödənilməli digər ödəmələr də mövcud olmamışdır. Ən pis halda müəssisənin rəhbəri tərəfindən keçmiş dövrdə işçiyə onun öz xahişi əsasında təqdim edilmiş əlavə 4 məzuniyyət günün son haqq-hesab aparılarkən qalıq məzuniyyət günləri ilə əvəzləşdirilməsi faktı riyazi hesablamalar nəticəsində yol verilmiş nöqsan kimi qəbul edilə bilər və heç bir halda inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas yaradan qəsdən törədilmiş xəta kimi qəbul edilə bilməz. Yəni şikayətçi bununla göstərir ki, o işçiyə son haqq hesabının ödənilməsi ilə bağlı məsələdə ən pis halda riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar kimi qəbul edilə bilər ki, bu da İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyəti istisna edir. Şikayətçinin şikayətinin dig\ər bir əsası isə bundan ibarətdir ki, şikayətçi qeyd edir ki, işçinin işdən çıxarıldığı tarix xx.xx.2020-ci il olduğundan və son haqq hesab həmin verilməli olduğu üçün, həmin tarixdə verilmədiyi halda, bu zaman inzibati məsuliyyət yaranır və inzibati xəta baş verir və həmin tarixdən hesablanmaqla inzibati məsuliyyətə cəlb etmə müddəti xx.xx.2021-ci il tarixdə bitir. Lakin onun barəsində inzibati tənbeh 3 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən 20 gün sonra, xx.xx.2021-ci il tarixdə verildiyi üçün, həmin qərar qanunsuz hesab edir və hesab edir ki, həmin tarixdə inzibati tənbeh tətbiq edilə bilməzdi. Şikayətçinin bu iki əsasının hər biri ayrı-ayrılıqda götürüldüqdə, hər bir əsas digər əsas olmadan da müstəqil olaraq inzibati iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinin əsasını təşkil edir. Buna görə də məhkəmə şikayətçinin birinci əsasını, yəni inzibati xətanın törədilməməsi əsasını, son haqq hesabın ödənilməsini, ən pis halda riyazi hesablamada səhvə yol verildiyi və bir neçə günə görə verilməli olan pulun düzgün hesablanmaması əsası ilə bağlı məhkəmə qeyd edir ki, bu halın müəyyən edilməsi üçün iş üzrə xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməli və bu halı aydınlaşdırmaq tələb edir. Bu halda işin baxılması uzun müddət aparacaqdır. Ona görə də inzibati məsuliyyətə cəlb etmə müddətinin tətbiqi ilə bağlı məsələ üzrə qərarın qanuniliyinin yoxlanılması və şikayət üzrə qərarın qəbul edilməsi kifayət etdiyindən, məhkəmə şikayətin bu halına qiymət verir. Həmçinin məhkəmə bu qənaətə gəlməsi iş üzrə “prosessual qənaət” prinsipinə əməl etmək baxımında da əsaslıdır. Həmçinin məhkəmə nəzərə alır ki, ümumiyyətlə İXM-nin 38 və 53-cü maddələrinin tələbinə əsasən də inzibati xəta haqqında işlər üzrə icraatda ilk araşdırılası məsələ inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsini araşdırmaqdır. Çünki inzibati işlər üzrə icraat başlanana qədər müddət keçmişdirsə, onda ümumiyyətlə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Başlana bilmirsə, onda inzibati xəta hadisəsinin olub-olmamasını araşdırmağa ehtiyac qalmır. Buna görə də müddət keçməməlidir ki, icraat başlansın. Müddət keçməmişdirsə, icraat başlana bilir və icraat başlandıqdan sonra araşdırma aparıldığı ərəfədə müddət keçmişdirsə, onda başlanmış icraata xitam verilir. Lakin hazırkı halda şikayətçi istinad edir ki, səlahiyyətli orqanda inzibati xətalar haqqında işlər üzrə icraat başlanana qədər artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Hər bir halda hazırkı iş üzrə barəsində şikayət verilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan da görünür ki, həmin qərar xx.xx.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. İXM-nin 99.4-cü maddəsinə əsasən inzibati xata haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir: 99.4.1. bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə; 99.4.2. inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə; 99.4.3. bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə. Belə olduğu halda hazırkı inzibati xata haqqında iş üzrə icraat, inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə başlandığından, həmin icraat qeyd edilən protokolun tərtib edildiyi tarixdən, yəni hazırkı halda xx.xx.2021-ci il tarixdən başlanmış hesab edilir. Şikayətçinin qeyd edildiyi kimi, inzibati xəta hadisəsi əgər baş vermişdirsə də, bu xəta xx.xx.2021-ci il tarixdən törədilmiş hesab edildiyi təqdirdə, həmin tarixdən hesablanmaqla hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 03 aylıq müddət olduğundan, həmin müddət xx.xx.2021-ci il tarixdə bitmiş olacaqdır və bu tarixdən sonra inzibati xata haqqında iş üzrə icraatın başlanılmasını İXM qadağan etmişdir. Göstərilənlərə əsasən hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə inzibati tənbeh tətbiq etmiş səlahiyyətli orqanın qərarında törədilməsi ehtimal edilən inzibati xətanın inzibati məsuliyyətə cəlb etmə müddətinin hansı tarixdən hesablanmasına ümumiyyətlə fikir bildirməmişdir. Halbu ki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Lakin hazırkı iş üzrə inzibati xəta uzunun və ya davam edən inzibati xətalara aid deyildir. Çünki hazırkı inzibati xəta konkret vaxtda törədilməklə bitir. Belə ki, hazırkı halda törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi konkret vaxtla bağlıdır. Yəni son haqq hesabın ödənilməməsi tarixi ilə bağlıdır. Bu iş üzrə tarixin əhəmiyyəti vardır. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Yəni İXM-nin 192.4-cü maddəsi ƏM-in 83-cü maddəsinin 2-ci hissəsi ilə birlikdə götürüldükdə, bu inzibati xəta son haqq hesabın işçiyə verilməli olduğu sonuncu iş günü verilməməklə, həmin gün bitdiyi vaxtın səhərisi günü törədilmiş hesab edilir. Bundan əlavə, törədilməsi ehtimal edilən inzibati xəta aşkar inzibati xətadır və işçinin əmək müqaviləsinə xitam verildiyi günü və son haqq-hesabın verilməli olduğu günü həmin işçinin ən azından özü bilmişdir və bununla da həmin inzibati xətanın törədilməsi artıq ona aşkar olmuşdur. İşdə olan ərizəsinin surətinə əsasən X4 əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilməsi barədə xx.xx.2020-ci il tarixdə müəssisənin rəhbəri X11 müraciət etmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən hər bir halda müəyyən edilir ki, törədilməsi ehtimal edilən inzibati xəta xx.xx.2020-ci il tarixdə törədilmişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri bilir ki, almaq lazımdır ki, 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır kimi müddəa olsa da, həmin müddəanın tətbiqi ixtiyari bir inzibati xəta üçün və ixtiyari bir formada tətbiq üçün müəyyən edilməmişdir.

1. Həmin maddə yalnız davam edən inzibati xətalara münasibətdə əhəmiyyət kəsb edir.

2. Həmin maddə inzibati xətanın səlahiyyətli orqana aşkar olduğu vaxtı ehtiva etmir.

3. Həmin maddə inzibati xətanın səlahiyyətli orqanın aşkar etdiyi vaxtı da ehtiva etmir. Çünki səlahiyyətli orqan işi araşdırıb, müəyyən araşdırmadan sonra 1 ay, 3 ay və yaxud 1 ildən sonra da həmin xətanı aşkara çıxara bilər. Bu zaman bu hal heç də həmin inzibati xətanın araşdırmasının bitdiyi qeyd edilən 1 ay, 3 ay və yaxud 1 ildən sorakı həmin aşkarlanma tarixində aşkarlanmış hesab edilməsini göstərmir. Belə olduğu təqdirdə inzibati məsuliyyətə cəlb etmə müddətini tənzimləyən İXM-nin 38-ci maddəsinin və həmin cəlb etmə müddətinin bitməsi zamanı qəbul edilməli olan qərara dair İXM-nin 53.0.6-cı maddəsinin mənasını əhəmiyyətsiz edər.

4. Həmin maddə, davam edən inzibati xətanın ümumiyyətlə aşkara çıxarıldığı vaxtı ehtiva edir. Belə olduğu təqdirdə hazırkı mübahisə edilən inzibati xəta hər bir halda davam edən inzibati xəta deyildir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından da görünür ki, "Davam edən hüquqpozuntular” və “Uzanan hüquqpozuntular” eyni növ inzibati xətalar deyildir, biri-birindən fərqləndirilmişdir, müxtəlif cür inzibati xətalardır. Uzanan və davam edən əməllər bir birindən fərqlənir, eyni deyildir. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Beləliklə, İnzibati Xətalar Məcəlləsi davam edən inzibati xəta ilə bağlı münasibətləri tənzimləyir. Həmçinin davam edən inzibati xətalara münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddətini müəyyən etmişdir. İXM analogiya üzrə tətbiq edilə bilmədiyi üçün, davam edən inzibati xətalara münasibətdə İXM ilə tənzimlənən inzibati məsuliyyətə cəlb etmə müddətini eyni ilə, İXM ilə tənzimlənməyən uzanan inzibati xətalara münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddəti kimi qəbul edilə bilməz. Uzanan inzibati xəta ilə bağlı inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-də tənzimlənmir. Belə bir norma İXM-də yoxdur. Belə bir norma dərc edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ hissəsinə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Konstitusiyanın həmin maddəsinin Vİİİ hissəsinə əsasən, normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Beləliklə, uzanan inzibati xətalara münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38-ci maddəsində ayrıca tənzimlənmədiyindən, həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38.1-ci maddəsinə əsasən ümumi qaydada tənzimlənməlidir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə baş verməsi ehtimal edilən inzibati xəta ümumiyyətlə “Uzanan hüquqpozuntular”la bağlı inzibati xəta hesab edilmir.

Çünki oxşar münasibətlər üzrə yuxarı instansiya məhkəməsinin oxşar təcrübəsi də formalaşmışdır. Həmçinin oxşar münasibətlər üzrə Konstitusiya Məhkəməsinin də qərarı mövcuddur. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir.

Beləliklə yuxarıda sadalanan bütün halları ümumiləşdirərək, məhkəmə qeyd edir ki, hətta hazırkı iş üzrə törədilməsi ehtimal edilən inzibati xəta “Uzanan hüquqpozuntular”la bağlı inzibati xəta hesab edilsə də belə, uzanan inzibati xətalara münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38-ci maddəsində ayrıca tənzimlənmədiyindən, İnzibati Xətalar Məcəlləsinin analogiya üzrə tətbiqi qadağan edildiyindən, həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38.1-ci maddəsinin 1-ci cümləsində müəyyən edilən 03 aylıq inzibati məsuliyyətə cəlbetmə ilə bağlı ümumi qaydada tənzimlənməlidir. Həmçinin digər tərəfdən də, yuxarıda qeyd edildiyi kimi, İXM-nin 192.4-cü maddəsi ƏM-in 83-cü maddəsinin 2-ci hissəsi ilə birlikdə götürüldükdə, bu inzibati xəta son haqq hesabın işçiyə verilməli olduğu sonuncu iş günü verilməməklə, həmin gün bitdiyi vaxtın səhərisi günü törədilmiş hesab edildiyindən, artıq işçinin işdən çıxarıldığı gün xx.xx.2020-ci il tarix olduğundan, ona görə də xx.xx.2020-ci il tarixdə həmin inzibati xəta törədilmiş hesab edilir. Ona görə də həmin tarixdən hesablanmaqla, hazırkı iş üzrə törədilməsi ehtimal edilən inzibati xətaya dair inzibati məsuliyyətə cəlb etmə müddəti olan 03 aylıq müddət xx.xx.2021-ci il tarixdə bitir. Lakin həmin inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra, inzibati xata haqqında iş üzrə icraat protokol tərtib edilməklə xx.xx.2021-ci il tarixdə başlanmış və inzibati tənbeh qərarı isə inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra xx.xx.2021-ci il tarixdə çıxarılmışdır. Halbuki, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, inzibati tənbeh tətbiq edilə bilməzdi. İXM-in 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq,

QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi “X7” MMC-nin direktoru X15 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar