Məhkəmə qərarları › İş №3(004)-828/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-828/2024

16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-828/2024 16.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «2629-4694 Quebec İnc” şirkətinin Azərbaycan Respublikasındakı “X2»adlı nümayəndəliyinin nümayəndəsi X3 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi, ev 10, X5 massivi ünvanında qeydiyyatda olan «2629-4694 Quebec İnc” şirkətinin Azərbaycan Respublikasındakı “X2»adlı nümayəndəliyi (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi, ev 10, X5 massivi ünvanında qeydiyyatda olan «2629-4694 Quebec İnc” şirkətinin Azərbaycan Respublikasındakı “X2»adlı nümayəndəliyi ünvanına 34HVA61/61NK565 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərin **********4660 sorğu nömrəli xx.xx.2024-cü il tarixli Gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, BBGİ-nin “Gömrük prosedurları və ödənişləri” şöbəsindən daxil olmuş 3-33-1100/012/000903 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən «2629-4694 Quebec İnc” şirkətinin Azərbaycan Respublikasındakı “X2»adlı nümayəndəliyi ünvanına 34HVA61/61NK565 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bununla da “2629-4694 Quebec İnc” şirkətinin Azərbaycan Respublikasındakı “X2»adlı nümayəndəliyi İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, 00100-00203/24 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “2629-4694 Quebec İnc” şirkətinin Azərbaycan Respublikasındakı “X2»adlı nümayəndəliyinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, onların heç bir qünahı yoxdur, çünki texniki xəta baş vermişdir. İXM-nin Məcəlləsinin müvafiq normasına əsasən hər bir şübhə olanda protokol tərtib olunmuş hüquqi şəxsin xeyrinə həll olunmalıdır məsələ. Məhz buna görə məhkəmədən xahiş etmişdir ki, şirkət barəsində tərtib olunan protokol etibarsız hesab edilsin və icraata xitam verilsin. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «2629-4694 Quebec İnc” şirkətinin Azərbaycan Respublikasındakı “X2»adlı nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və bosaldılması"-na dair çıxarışdan görünür ki, 34HVA61/61NK565 nömrəli nəqliyyat vasitəsi ilə «2629-4694 Quebec İnc” şirkətinin Azərbaycan Respublikasındakı “X2»adlı nümayəndəliyinin ünvanına göndərilən mallar xx.xx.2023-cü il tarixdə saat 07:40 radələrində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İs üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, «2629-4694 Quebec İnc” şirkətinin Azərbaycan Respublikasındakı “X2»adlı nümayəndəliyinin ünvanına 34HVA61/61NK565 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş mallara dair qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. «2629-4694 Quebec İnc” şirkətinin Azərbaycan Respublikasındakı “X2»adlı nümayəndəliyinin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, 3-33-1100/012/000903 nömrəli xx.xx.2024-cü il tarixli raportla, Gömrük Xidmətinin "X1 sistemi” informasiya resursundan “Malın çatdırılması və bosaldılması”na dair çıxarış və “X1 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında protokol və isdə olan digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “2629-4694 Quebec İnc” şirkətinin Azərbaycan Respublikasındakı “X2»adlı nümayəndəliyi İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar