Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-8282/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X1 xx xxxxxx 1999-cu il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şossesi, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333-1.1-ci maddələri ilə AR DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı, İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə AR DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar və materiallarını araşdırılarkən müəyyən edildi ki, məhkəməyə daxil olmuş həmin işlər üzrə eyni şəxs tərəfindən törədilməsinə görə bir neçə protokol tərtib edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Həmçinin iş № 3(004)–8281/2025, 3(004)–8282/2025 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli olduğundan, həmin işlər 3(004)–8281/2025 saylı inzibati xəta haqqında iş üzrə icraatda birləşdirilməlidir və həmin nömrə altında baxılmalıdır. Belə ki, İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 34-cü maddələrinə əsasən, QƏRARA ALDİ: 3(004)–8281/2025, 3(004)–8282/2025 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilsin. Həmin işlərə 3(004)–8281/2025 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılsın. İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin. İşə daxil olduğu gün baxılsın. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-8282/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-8282/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver