Məhkəmə qərarları › İş №3(004)-840/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-840/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-840/2025 04.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 03 fevral 2025-ci il tarixli, 00800-00164/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi isə inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 14, mənzil 4 olan Şəxs MMC (Vöen **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********1854 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 4164,66 AZN, netto çəki 121 kq) mal müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Malın müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti xx.xx.2024-cü il tarixində bitməsinə baxmayaraq 229 nömrəli Nazirlər Kabinetinin qərarının 3.2 və 3.3-cü bəndlərinin tələbləri pozularaq digər gömrük proseduru altında yerləşdirilmədiyi müəyyən edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə tərəflərə-barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsə və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X2 tərəfindən tərtib edilmiş 03 fevral 2025-ci il tarixli, 00800-00164/25 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 2-ci şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-33-3100/012/031909 nömrəli raportda hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 14, mənzil 4 olan Şəxs MMC (Vöen **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********1854 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 4164,66 AZN, netto çəki 121 kq) mal müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Malın müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti xx.xx.2024-cü il tarixində bitməsinə baxmayaraq 229 nömrəli Nazirlər Kabinetinin qərarının 3.2 və 3.3-cü bəndlərinin tələbləri pozularaq digər gömrük proseduru altında yerləşdirilmədiyi müəyyən edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2024-cü il tarixli, 3-33-3100/012/031909 nömrəli raportun icrası məqsədilə Hava Nəqliyyatında Baş Gömrük idarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı tərəfimdən “+**********92” mobil nömrəsi vasitəsilə hüquqi şəxsin nümayəndəsi ilə əlaqə saxlanılmış və sonuncu Şəxs MMC (Vöen ********** tərəfindən xx.xx.2024-cü il tarixli **********1854 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilən malların müvafiq lisenziya sənədinin əldə edilməsi mümkün olmadığından qanunvericilik tərəfindən müəyyən edilən müddət ərzində rəsmiləşdirilmədiyini, bu səbəbdən hüquqi şəxsin xx.xx.2024-cü il tarixli müraciəti ilə **********3196 sorğu nömrəli gömrük bəyannaməsinin 35-ci bəndində göstərilən imtiyaz koduna (130) uyğun olaraq məhv olunduğunu bildirmiş və təsdiqedici sənədləri təqdim etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X1 informasiya resursuna baxış keçirilərkən xx.xx.2024-cü ıl tarixli, **********1854 sorğu nömrəli gömrük bəyannaməsi əsasında Şəxs MMC tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altırda yerləşdirilən yüklərin xx.xx.2024-cü il tarixli, **********3196 sorğu nömrəli gömrük bəyannaməsinin 35-ci qrafasında göstərilən “130” imtiyaz koduna müvafiq olaraq məhv edildiyi, məhvetmə ilə bağlı təsdiqedici sənədlərin və fotoşəkillərin şəkillərinin “VAİS”-ə əlavə edildiyi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli 3-33-3100/012/031909 saylı raportdan görünür ki, Şəxs MMC (Vöen **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********1854 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 4164,66 AZN, netto çəki 121 kq) mal müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Malın müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti xx.xx.2024-cü il tarixində bitməsinə baxmayaraq 229 nömrəli Nazirlər Kabinetinin qərarının 3.2 və 3.3-cü bəndlərinin tələbləri pozularaq digər gömrük proseduru altında yerləşdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən **********1854 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir. Lakin müvəqqəti saxlanc müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən 229 nömrəli Nazirlər Kabinetinin qərarının 3.2 və 3.3-cü bəndlərinin tələbləri pozularaq digər gömrük proseduru altında yerləşdirilmədiyi məlum olmuşdur. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar