Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8412/2025 17.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞnin sahə inspektoru, polis baş leytenantı Rəsul Rəsulovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 noyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində bacısı X2 polis əməkdaşının təhqiqat qərarı əsasında bölməyə dəvət edilən zaman polisin xidməti fəaliyyətinə mane olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı Rəsul Rəsulov inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, polisə tabe olmamaqda özünü təqsirli bilməyərək, barəsində başlanılmış inzibati işə xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, polisin xidməti fəaliyyətinə mane olmamış, heç bir tabesizlik göstərməmişdir. Sadəcə olaraq sahə inspektoru onları qanunsuz olaraq evlərinə daxil olmağa qoymurdu və zor tətbiq edirdi. Buna görə də baş verənləri telefonu ilə videoya çəkmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, inzibati xəta hadisəsi mövcud olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi iş materiaları ilə sübuta yetirilmir və ona görə də həmin maddə üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman Şəxs polisə qarşı tabesizlik nümayiş etdirməsi, eləcə də xidməti fəaliyyətinə mane olması faktı aşkar edilməmişdir. Buna görə də Şəxs münasibətdə İXM-nin 535.1-ci maddələri ilə protokol tərtib edilə bilməz, çünki inzibati xəta hadisəsi mövcud deyildir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 17 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə qeyri müəyyən saat aralığında inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən edilmişdir ki, Şəxs ərazidə baş vermiş mübahisə zamanı həmin mübahisəni öz telefonu vasitəsilə kənardan qeydə almışdır. Bununla da inzibati xəta haqqında protokolda qeyd edilən əməlləri Şəxs törətməsini təsdiq edən hər hansı sübut aşkar edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı inzibati xəta hadisəsi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs məhkəmə iclas zalından dərhal azad edilməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, inzibati xəta haqqında iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə vəkilin dəvət edilməsini xahiş etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-8412/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə dövlət büdcəsi hesabına vəkil ilə təmin edilmiş, şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş 05 (beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 55 (əlli beş) manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 535-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal zaldan azad edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 55 (əlli beş) manat məbləğində pul köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-8412/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-8412/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver