Məhkəmə qərarları › İş №3(004)-842/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-842/2021

09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-842/2021 09.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Qida X1 nümayəndəsi X4 iştirakları ilə, X5 tərəfindən X3 Bakı Regional Bölməsinin xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən onun barəsindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, MN ******* nömrəli protokolu əsassız hesab etməklə, MN serialı ******* nömrəli xx xxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə X5 xx.xx.2021-ci il tarixində məhkəməyə dəftərxana vasitəsi ilə müraciət edərək, tərəfindən verdiyi şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Azərbaycan Respublikası Qida X1 nümayəndəsi X6 şikayətin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, X2 ərizəsinə əsasən onun tərəfindən X3 Bakı Regional Bölməsinin xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət baxılmadan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə q ə r a r a a l d ı: X5 tərəfindən X3 Bakı Regional Bölməsinin xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar