Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-842/2023 24.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 93-də yerləşən Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal rayon Polis İdarəsi tərəfindən Şəxs QSC barəsində İXM-in 469.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, həmin hüquqi şəxsin mülkiyyətində olan “İVECO TRAKKER AD340 yük” markalı, **-JO-*** nömrəli avtomobil idarə edilərkən həmin avtomobilə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş həmin MMC tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Bundan əlavə Yasamal rayon Polis İdarəsi tərəfindən Şəxs QSC barəsində İXM-in 469.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, həmin hüquqi şəxsin mülkiyyətində olan “FOR CARGO 4135 yük” markalı, **-JR-*** nömrəli avtomobil idarə edilərkən həmin avtomobilə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş həmin MMC tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X2 bildirdi ki, Şəxs QSC şirkəti “İVECO TRAKKER AD340 yük” markalı, **-JO-*** nömrəli və “FOR CARGO 4135 yük” markalı, **-JR-*** nömrəli nəqliyyat vasitələrini icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə “PDS**********” və “PDS**********” saylı icbari sığorta müqavilələri bağlamışdır. Bu barədə sənədləri məhkəməyə təqdim edərək, Yasamal rayon Polis İdarəsi DYPŞ tərəfindən tərtib edilmiş protokolun əsassız olduğunu bildirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, MMC mülkiyyətində olan yuxarıda qeyd edilən avtomobillərin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirməməkdə təqsirləndirilsə də, məhkəmədə müəyyən edildi ki, həmin avtomobillərə görə mülki məsuliyyəti icbari qaydada sığrta etdirmək üçün sığortaçı ilə sığorta müqaviləsi bağlanmışdır. Çünki iş materiallarında olan “PDS**********” saylı, xx.xx.2023-cü il tarixli icbari sığorta müqaviləsinə dair məlumatlara əsasən 90JO848 saylı avtomobilə dair xx.xx.2024-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə müqavilə bağlanmışdır. Həmçinin iş materiallarında olan “PDS**********” saylı, xx.xx.2023-cü il tarixli icbari sığorta müqaviləsinə dair məlumatlara əsasən 90JR281 saylı avtomobilə dair xx.xx.2024-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə müqavilə bağlanmışdır. Bununla da hüquqi şəxsin mülkiyyətində olan avtomobillərə görə mülki məsuliyyəti icbari qaydada sığorta etdirildiyindən, hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs QSC barəsində barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işlər (inzibati xəta haqqında protokollar) bir icraatda baxılaraq və həmin işlər üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-842/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-842/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver