Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8471/2025 01.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, ünvan 1l rayonu, Ə.Cəmil küçəsi, ev 23C və 23D ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayonu, Salyan döngəsi 2, ev 11A ünvanında qeydiyyatda olan Şəxs MMC-yə məxsus klinikada planlı yoxlama zamanı Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, ev 23C və 23D ünvanında yerləşən Şəxs MMC-yə məxsus özəl tibb müəssisəsində Şahid sertifikasiyadan keçmədən praktik tibb (stomotoloji) fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Bununla da həmin hüquqi şəxs, İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə1 bildirdi ki, inzibati xətanın törədilməsini qəbul edir və cərimə barədə məlumatlıdır. Məsələ odur ki, həkim işə götürüləndə bu barədə məlumatsız olmuşlar, prosedurun necə həyata keçirilməsini bilməmişlər. Həkim sertifikasiya barədə onlara məlumat verməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 412 saylı, 14 noyabr 2025-ci il tarixli plandankənar (növbədənkənar) yoxlama AKTına əsasən həkim-stomatoloq Şahid sertifikasiyadan keçmədən praktik tibb (stomotoloji) fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Tibbi qeydiyyat sənədləri natamam aparılır. Tibbi prosedurların qeydiyyat kitabı aparılmır. “Ambulator xəstənin” tibb kartası və stomatoloji pasiyentin tibbi kitabçası natamam aparılır. Həmin aktda MMC-nin direktoru Nümayəndə1 sahibkarın izahatı bölməsində qeyd etmişdir ki, göstərilən nöqsanlarla razıdır. Tural Ahmatın əmək müqaviləsinə xitam vermişdir. Gələcəkdə sertifikatı olmayan tibb işçilərini işə götürməyəcək. Həmçinin iş materiallarına əsasən Şahid ilə həmin MMC arasında praktik tibbi fəaliyyətlə məşğul olmaq barədə əmək müqaviləsi bağlanmışdır. Lakin həmin şəxs sertifikasiyadan keçməmişdir. Bu barədə sənəd mövcud olmamışdır. Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması inzibati xəta kimi müəyyən edilmişdir. Ona görə də Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər, tərəflərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək, 6000 manat (altı min manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-8471/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-8471/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver