Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-8485/2025 18.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, təqdim edilmiş materiallar onu tərtib etmiş orqana qaytarılmalıdır. Belə ki, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-405/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasından qərəzli şəkildə yayınmışdır. Halbuki Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-405/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, X3 maddi zərərin əvəzi olaraq 9020 (doqquz min iyirmi) manat, mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat X1 xeyrinə tutulması qət edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə inzibati xəta haqqında protokol ilə icra vərəqəsi arasında uyğunsuzluq olduğundan protokol və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Yasamal rayon icra şöbəsinə geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-8485/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-8485/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver