Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8507/2025 02.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, DSMF-nin Sosial Ödənişlərin Təyinatı X12 böyük mütəxəssis işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 oktyabr 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs 05 avqust 2025-ci il tarixdə idarə etdiyi BMW 530E PLUG-İN HİBRİD minik markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 (HK-1/1183) ərazisində ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1955-ci il təvəllüdlü X4 yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü inzibati xəta hadisəsində təqsirli bilərək, barəsində yüngül inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizasının 20 avqust 2025-ci il tarixli 647 nömrəli rəyindən görünür ki, 1955-ci il təvəllüdlü X2 bədənində aşkar edilmiş xəsarət - boyun və sağ kürək nahiyəsini əhatə edən iri ölçülü qançır-şişkinliyi (hematoması), boyun nahiyəsinin küt travması bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı salonda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Baxış aparılması haqqında” 05 avqust 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanıdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə 05 avqust 2025-ci il tarixli 2/44050 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:38 dəqiqədə sərxoşluq müayinəsindən keçirilmiş və onun ayıq olduğu müəyyən edilmişdir. Həmçinin, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə 05 avqust 2025-ci il tarixli 2/44051 nömrəli protokoldan görünür ki, X1 həmin tarixdə saat 22:40 dəqiqədə sərxoşluq müayinəsindən keçirilmiş və onun ayıq olduğu müəyyən edilmişdir. 23 avqust 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X2 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı əsasında toplanmış HK-1/1183 saylı materialda və BMW 530E Plug-İN markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1 -1 -ci maddələrinin tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. 23 avqust 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, BMW 530E Plug-İN markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. 13 oktyabr 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 avqust 2025-ci il tarixdə idarə etdiyi BMW 530E PLUG-İN HİBRİD minik markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 (HK-1/1183) ərazisində ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1955-ci il təvəllüdlü X4 yüngül dərəcəli bədən xəsarəti yetirmiş, nəticədə Şəxs AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X6 tərəfindən Yasamal RPİ-də verilmiş xx.xx.2025-ci il tarixli izahatından görünür ki, 05 avqust 2025-ci il tarixdə saat 19:30 radələrində kürəkəni X1, qızları X5, X7 və 2 yaşlı nəvəsi Ayla Fərəcullazadə ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Fizuli küçəsi ilə yaşadıqları evə gedən zaman Elxan avtomobili idarə etmiş, qızı Samirə ön sərnişin oturacağında əyləşmiş, digər qızı Aysel, o və nəvəsi Ayla isə arxa sərnişin oturacağında əyləşmişdirlər. Onlar Fizuli küçəsində hərəkətdə olduqları zaman yolda tıxac olduğuna görə Elxan avtomobilin surətini azaltmış və digər avtomobillər kimi asta sürətlə hərəkətini davam etdirməyə başlamışdır. Həmin vaxt arxa tərəfdən gələn avtomobil onların içərisində olduqları avtomobilin arxa tərəfinə zərbə ilə çırpılmış, toqquşma nəticəsində onun boyun nahiyəsində şiddətli ağrılar əmələ gəlmiş, buna görə kürəkəni Elxan TTYS-nə zəng edib hadisə barədə məlumat vermiş və bir qədər sonra hadisə yerinə gedən TTYS-nin ekipajı yardım göstərib onu xəstəxanaya aparmış, orada həkimlər tərəfindən ona tibbi yardım göstərilmiş, müayinələrdən keçmiş və heç bir ciddi xəsarəti olmadığına görə evə buraxılmışdır. X6 əlavə olaraq bildirmişdir ki, hadisə zamanı onun heç bir xəstəliyi olmamış, tam sağlam olmuşdur. Hadisə zamanı onun boyun nahiyəsində şiddətli ağrılar əmələ gəlmiş, buna görə məhkəmə-tibbi ekspertizasından keçmək istəmişdir. X5 tərəfindən Yasamal RPİ-də verilmiş izahatından görünür ki, Sumqayıt şəhəri 10-cu mkrn ev 32 mənzil 68 ünvanında qeydiyyatda olsa da, hazırda ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. 2009-cu ildən DİO- da xidmət edir, hazırda DİN-nin NHİX-nə bilavasitə tabe olan TŞX-də operator vəzifəsində çalışır və polis baş serjantı rütbəsini daşıyır. 05 avqust 2025-ci il tarixdə təxminən saat 19:30 radələrində Bakı şəhəri Yasamal rayonu Fizuli küçəsi ilə üzü A.Şaiq küçəsi istiqamətinə doğru gedərkən əri Elxan Fərəcullayev ona məxsus Nissan Tiida markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, o, ön sərnişin oturacağında əyləşmiş, 2 yaşlı qızı Ayla Fərəcullazadə, anası X6 və bacısı Aysel Ələkbərova isə arxa sərnişin oturacağında əyləşmişdirlər. Fizuli küçəsində tıxac olduğuna görə Elxan avtomobili asta sürətlə hərəkət etdirmiş, onlar Fizuli küçəsində yerləşən yerüstü keçidə çatanda arxa tərəfdən sürətlə gələn BMW markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil onların avtomobilinin arxa tərəfinə çırpılmışdır. Nəticədə onların avtomobilinə maddi ziyan dəymiş, həmçinin anası Kəbutər boynundan xəsarət almışdır. Buna görə Elxan TTYS-nə zəng edib hadisə barədə məlumat vermiş və bir qədər sonra hadisə yerinə gedən TTYS-nin ekipajı yardım göstərib anası Kəbutəri xəstəxanaya aparmışdır. X5 əlavə olaraq bildirmişdir ki, hadisə zamanı onun heç bir xəstəliyi olmamış, tam sağlam olmuşdur. Hadisə zamanı heç bir bədən xəsarəti almamış, buna görə məhkəmə-tibbi ekspertizasından keçməyə ehtiyacı olmamışdır. Hadisə nəticəsində ona məxsus avtomobilə təxminən 2000 manat civarında maddi ziyan dəymişdir. X7 tərəfindən Yasamal RPİ-də verilmiş izahatından görünür ki, ünvan 5 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, 05 avqust 2025-ci il tarixdə təxminən saat 19:30 radələrində bacısı Samirə Ələkbərova, bacısının əri X1, bacısının azyaşlı qızı Ayla və anası X6 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Fizuli küçəsi ilə yaşadıqları evə gedən zaman Elxan avtomobili idarə etmiş, bacısı Samirə ön sərnişin oturacağında əyləşmiş, o, anası və bacısının qızı Ayla isə arxa sərnişin oturacağında əyləşmişdirlər. Onlar Fizuli küçəsində hərəkətdə olduqları zaman yolda tıxac olduğuna görə, digər avtomobillər kimi Elxan da avtomobili asta sürətlə idarə etmişdir. Həmin vaxt arxa tərəfdən sürətlə gələn avtomobil onların içərisində olduqları avtomobilin arxa tərəfinə zərbə ilə çırpılmışdır. Toqquşma nəticəsində anası xəsarət aldığına görə Elxan TTYS-nə zəng edib hadisə barədə məlumat vermiş və bir qədər sonra hadisə yerinə gedən TTYS-nin ekipajı yardım göstərib anası Kəbutəri xəstəxanaya aparmışdır. X7 əlavə olaraq bildirmişdir ki, hadisə zamanı onun heç bir xəstəliyi olmamış, tam sağlam olmuşdur. Hadisə zamanı o, heç bir xəsarət almamış, buna görə məhkəmə-tibbi ekspertizasından keçməyə ehtiyacı olmamışdır. X1 tərəfindən Yasamal RPİ-də verilmiş xx.xx.2025-ci il tarixli izahatından görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və Azərtexnoline MMC-də baş ambardar vəzifəsində çalışır. O, 05 avqust 2025-ci il tarixdə təxminən saat 19:30 radələrində arvadı X3 məxsus olan və etibarnamə əsasında idarə etdiyi Nissan Tiida markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Fizuli küçəsi ilə, yolun hərəkət hissəsinin sağ zolağı ilə, təxminən 45 km/saat sürətlə üzü A.Şaiq küçəsi istiqamətinə doğru hərəkət edərkən arvadı Samirə ön sərnişin oturacağında əyləşmiş, qayınanası X6, baldızı X7 və onun 2 yaşlı qızı Ayla Fərəcullazadə isə arxa sərnişin oturacağında əyləşmişdirlər. A.Şaiq küçəsində çatmağa bir qədər qalmış, yəni Fizuli küçəsində yerləşən yerüstü keçidə çatanda yolda tıxac olduğuna görə o, əyləci sıxaraq avtomobilin surətini azaltmış və digər avtomobillər kimi asta sürətlə hərəkətini davam etdirmişdir. Həmin vaxt arxa tərəfdən sürətlə gedən BMW markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin arxa tərəfinə çırpılmış, nəticədə onun idarə etdiyi avtomobilə maddi ziyan dəymiş, həmçinin qayınanası Kəbutər Ələkbərova xəsarət almışdır. Buna görə o, TTYS-nə zəng edib hadisə barədə məlumat vermiş və bir qədər sonra hadisə yerinə gedən TTYS-nin ekipajı yardım göstərib onun qayınanasını xəstəxanaya aparmışdır. X1 əlavə olaraq bildirmişdir ki, hadisə zamanı onun idarə etdiyi avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. O, ümumiyyətlə narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmişdir. Hadisə zamanı onun heç bir xəstəliyi olmamış, tam sağlam olmuşdur. O, hadisə zamanı heç bir bədən xəsarəti almamış, buna görə məhkəmə-tibbi ekspertizasından keçməyə ehtiyacı olmamışdır. Hadisə nəticəsində onun idarə etdiyi avtomobilə təxminən 1800-2000 manat civarında maddi ziyan dəymişdir. Şəxs tərəfindən Yasamal RPİ-də verilmiş xx.xx.2025-ci il tarixli izahatından görünür ki, ünvan 7 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və DSMF-nin Sosial Ödənişlərin Təyinatı X12 böyük mütəxəssis vəzifəsində çalışır. O, 05 avqust 2025-ci il tarixdə təxminən saat 19:30 radələrində etibarnamə əsasında idarə etdiyi BMW 530E Plug-İN markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Fizuli küçəsi ilə, yolun hərəkət hissəsinin sağ zolağı ilə, təxminən 45-50 km/saat sürətlə üzü A.Şaiq küçəsi istiqamətinə doğru hərəkət edərkən, A.Şaiq küçəsində çatmağa bir qədər qalmış, yəni Fizuli küçəsində yerləşən yerüstü keçidə çatanda ani diqqətsizlikdən irəlidə yolun sağ kənarında dayanmış Nissan Tiida markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş və idarə etdiyi avtomobillə Nissan Tiida markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. X13 markalı avtomobildə olan qadın sərnişin xəsarət aldığını bildirdiyinə görə, həmin avtomobilin sürücüsü TTYS-nə zəng edib hadisə barədə məlumat vermiş və bir qədər sonra hadisə yerinə gedən TTYS-nin ekipajı yardım göstərib xəsarət alan qadını xəstəxanaya aparmışdır. Daha sonra hadisə yerinə gedən polis əməkdaşı ilkin araşdırma aparmağa başlamışdır. Şəxs əlavə olaraq bildirmişdir ki, hadisə zamanı onun idarə etdiyi avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. O, ümumiyyətlə narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmişdir. Hadisə zamanı onun heç bir xəstəliyi olmamış, tam sağlam olmuşdur. O, hadisə zamanı heç bir bədən xəsarəti almamış, buna görə məhkəmə-tibbi ekspertizasından keçməyə ehtiyacı olmamışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 05 avqust 2025-ci il tarixdə idarə etdiyi BMW 530E PLUG-İN HİBRİD minik markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 (HK-1/1183) ərazisində ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1955ci il təvəllüdlü X4 yüngül dərəcəli bədən xəsarəti yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 09 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir. Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs barəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” sonuncu qərar 23 avqust 2025-ci il tarixdə qəbul edilməsinə baxmayaraq inzibati xəta haqqında 13 oktyabr 2025-ci il tarixli protokol 8 noyabr 2025-ci il tarixdə məhkəməyə göndərilmiş, həmin protokol və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına 19 noyabr 2025-ci il tarixdə daxil olmuş, məhkəmə iclası isə xx.xx.2025-ci il tarixə, saat 15:30-a təyin edilmişdir ki, bununla da həmin tarixdən 3 aydan çox müddət keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 38.3, 40, 43, 48-51, 61, 114, 128-131ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxsnın barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş 13 oktyabr 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-8507/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-8507/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver