Məhkəmə qərarları › İş №3(004)-858/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-858/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-858/2024 08.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 27 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş 27 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona müvafiq olaraq 21 oktyabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokol üzrə cəriməni ödəmədiyindən, yəni protokol üzrə qəbul edilmiş qərarı qanuni qüvvəyə mindikdən sonra 3 ay müddət ərzində icra etmədiyindən onun tərəfindən İXM-nin 529.3-cü maddədə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Lakin işə əlavə edilmiş materiala 21 oktyabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokol əlavə edilsə də, həmin protokol əsasında qəbul edilmiş qərar əlavə edilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialı işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarına dair elektron çıxarışdan görünür ki, Şəxs yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. Odur ki, Şəxs barəsində İXM-nin 529.3-cü maddəsilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılmağa hazırlanması zamanı əgər həmin məsələyə baxılması hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 27 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar