Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8620/2025 02.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC xətanın törədilməsi zamanı “GWM POER” minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs barəsində verilmiş sorğu əsasında məlumatı nəzərdə tutulmuş müddətdə səlahiyyətli orqana verməmişdir. Bununla əlaqədar Yasamal DYPŞ tərəfindən xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs MMC-yə və protokol tərtib etmiş orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəfindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə tərəflərin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Lakin Şəxs MMC tərəfindən EMİS vasitəsilə məhkəməyə vəsatət ünvanlanaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi, yekun qərarın qəbul edilməsi xahiş olunmuş, yazılı etiraz kabinetə yerləşdirilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPnin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu tərəfindən Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, inzibati xəta haqqında materialın baxılması üçün icraata qəbul edilməsi haqqında qərardad qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilir ki, Şəxs MMC-nin istifadəsində olan GWM POER minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci ildə İXM-nin 328.2.-ci maddəsi ilə inzibati xəta törədilmişidir. Hüquqi şəxsin ünvanına sorğu göndərilmiş, lakin hüquqi şəxsi qanunda nəzərdə tutulmuş müddətdə sorğuya cavab verilməmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, Yasamal Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə AR İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir: İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən, Şəxs MMC barəsində məhkəməyə göndərilmiş inzibati xəta haqqında materialın qanunvericiliyin tələbinə uyğun tərtib olunmaması müəyyən edilmişdir: 1. Protokol tərtib edilənədək orqan inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi ilə bağlı sorğunu təqdimetməmişdir. Orqan inzibati xətanı araşdırmadan protokolu tərtib etmiş, həmçinin protokol tərtib edilərkən Şəxs MMC-nin nümayəndəsi protokolu tərtib edən orqana dəvət edilməmiş, onun inzibati xəta haqqında işin materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatətlər, etirazlar vermək və sair hüquqları təmin edilməmiş, onun hazırki işə dair mülahizəsinin dəqiqləşdirməsinə şərait yaradılmammışdır. Materillara sorğunun həqiqətən də Şəxs MMC-nə təqdim edilməsinə dair sənəd əlavə edilməmişdir. 2. Orqan protokolu tərtib etdikdən sonra, yəni protokol xx.xx.2025-ci il tarixində tərtib edildikdən sonra araşdırmaya başlamış və Şəxs MMC-nin GWM POER minik markalı, 90- YX-858 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi il bağlı inzibati araşdırma ilə əlaqədar xx.xx.2025-ci il tarixində səlahiyyəti nümayəndənin Yasamal RPİ-nin DYPŞ-nə gəlməsinə göstəriş verilməsi barədə xahiş məktubunu tərtib etmişdir. Bildirişin məzmununda dəvət edilmə səbəbləri qeyd edilməyib. Protokol tərtib edildikdən sonra araşdırmanın aparılması üçün bildirişin təqdim edilməsi, protokol tərtib edilənədək araşdırma tam aparılmamışdır. 3. Təqdimedilən protokol və sorğu Şəxs MMC-nin nümayəndəsi tərəfindən imzalanmamışdır. Qəbzin kötüyündə imzası olan imzası olan Mütəllimova soyadlı şəxin şirkətə heç bir aidiyyəti yoxdur, şirkətin səlahiyyətli nümayəndəsi deyil. Göründüyü kimi, qanunvericiliyin tələbləri nəzərə alınmadan tərtib olunmuş protokola əsaslanaraq, məhkəmə qərarı çıxarıla bilməz. Belə ki, nə Şəxs MMC-nin İXM-nin 347-ci maddədə nəzərdə tutulan inzibati xəta tərkibini törətməsi sübuta yetirilməmişdir. Belə ki, İXM-nin 347-ci maddədə qeyd edilir, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.Maddənin məzmununu nəzərə alsaq, məlum olur ki, bu inzibati xəta tərkibinin yaranması üçün sorğu hüquqi şəxsə daxil olmalı yəni rəsmi qaydada çatdırılmalı və eyni zamanda hüquqi şəxs tərəfindən 5 gün müddətində cavablandırılmalıdır. Yuxarıda qeyd etdiklərimizdən də göründüyü kimi, sorğu rəsmi qaydada nə şirkətə, nə də şirkəti hər hansı səlahiyyətli nümayəndəsinə təqdim edilməyib. Yekun olaraq isə, rəsmi qaydada daxilolma olmadığından və bununla bağlı orqan tərəfindən sübut təqdim olunmadığından inzibati xəta tərkibi də yaranmır. Əlavə olaraq isə orqanın tərtib etdiyi protokolun tarixi xx.xx.2025-ci il olsa da, orqanın məhkəməyə təqdim etdiyi qəbzdə bizə sorğunun təqdim olunma tarixi xx.xx.2025-ci il kimi qeyd olunub. Yəni xx.xx.2025-ci il tarixdə bu qəbz bizə təqdim olunubsa, xx.xx.2025-ci ildə tərtib edilən protokolun hansı əsasla tərtib olunduğu şübhəlidir. Bütün bu qeyd olunanlar, onun sübutudur ki, orqan sorğu şirkətə daxil olmadan protokol tərtib edib. İş materiallarında olan bildirişdən görünür ki “GWM POER” minik markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Bakı-Ələt-Qazax- Gürcüstan yolu, 279 km-də Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan xətanı törətdiyinə görə tərtib olunmuş elektron protokol barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətdə həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsini xahiş edilmiş, həmin məktub Şəxs MMC-nin hüquqi ünvanına göndərilmişdir. İş materiallarında əlavə edilmiş SX046138840AZ saylı xəbərnaməli məktubun üzərində olan qeyddən görünür ki, sözügedən bildirişli məktub "xxxx" MMC-nin ünvanına göndərilmiş lakin, xx.xx.2025-ci il tarixdə həmin ünvanda qəbul etməkdən imtina olunması əsası ilə çatdırılması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsini “MYCAR.AZ» MMC-yə ünvanlandığı məktubdan görünür ki, cəmiyyətin yerləşdiyi ünvan 2 ünvanına məktub göndərilərək hüquqi şəxsin nümayəndəsinin aparılan inzibati araşdırmada iştirak edilməsi xahiş olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 57-ci maddəsində əsasən İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi halları qeyd edilmişdir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 57.4-cü maddəsinə əsasən Sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur. İnzibati xəta haqqında iş üzrə sənədin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir. İnzibati xəta haqqında iş üzrə sənədin ünvanlandığı şəxs tərəfindən həmin sənədi qəbul etməkdən imtina edilməsi işə baxılması və ya ayrı-ayrı prosessual hərəkətlərin həyata keçirilməsi üçün maneə deyildir. İnzibati Xətalar Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənədin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir. İnzibati xəta haqqında iş üzrə sənədin ünvanlandığı şəxs tərəfindən həmin sənədi qəbul etməkdən imtina edilməsi işə baxılması və ya ayrı-ayrı prosessual hərəkətlərin həyata keçirilməsi üçün maneə deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası DİN-nin Yasamal RPİ-nin DYPŞ-nin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Məlum olduğu kimi İnzibati Xətalar Məcəlləsinin 59-cu maddəsinə əsasən ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina etdikdə halda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur və inzibati xəta haqqında iş üzrə sənədin ünvanlandığı şəxs tərəfindən həmin sənədi qəbul etməkdən imtina edilməsi işə baxılması və ya ayrı-ayrı prosessual hərəkətlərin həyata keçirilməsi üçün maneə deyildir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsininin Şəxs MMC-yə ünvanlandığı məktubdan və etirazdan görünür ki, Yasamal DYP tərəfindən cəmiyyətin yerləşdiyi ünvan 2 ünvanına məktub göndərilərək hüquqi şəxsin nümayəndəsinin aparılan inzibati araşdırmada iştirak edilməsi xahiş olunmuşdur və tərəf həmin məktubun alınmasını etiraf etmişdir. Bu hal onu təsdiq edir ki, Şəxs MMC həmin ünvanda yerləşir və onlara ünvanlanan məktubları həmin ünvanda qəbul etmişlər. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş SX046138840AZ saylı xəbərnaməli məktubun üzərində olan qeyddən görünür ki, sözügedən bildirişlı məktub Şəxs MMC-nin yerləşdiyi ünvan 5 ünvanına göndərilmiş lakin, xx.xx.2025-ci il tarixdə həmin ünvanda qəbul etməkdən imtina olunması əsası ilə çatdırılması mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən ona ünvanlanmış sorğunu qəbul etməkdən imtina etməsi halı mötəbər sübutla (müstəqil tərəf olan dövlət orqanının sənədi ilə) təsdiq olunur və İXM-nin 59-cu maddəsinə əsasən qeyd olunan sənədin (sorğunun daxil olması) rəsmi qaydada Şəxs MMC-yə verilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzrədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-8620/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-8620/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver