Məhkəmə qərarları › İş №3(004)-8626/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-8626/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8626/2025 20.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 27-ci polis şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, Cəbrayıl rayonu, Çərəkən ərazi dairəsi, Papı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 27-ci polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinin polis sahə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 20 noyabr 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsində səs-küy salaraq ictimai qaydanı pozmuş və polis əməkdaşının qanuni tələbini yerinə yetirməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 protokolu müdafiə edərək bildirmişdir ki, BPİ DYPİ-nin polis əməkdaşları ərazidə xidmət aparan zaman Şəxs idarə etdiyi “BMW” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. Avtomobilə vizual baxış keçirilərkən konstruksiya dəyişikliyi olması aşkar edilmişdir. Avtomobilin müvəqqəti duracağa yerləşdirilməli olduğu bildirilmişdir. Bu zaman Şəxs avtomobili duracağa təmin etməkdən imtina etmiş və buna etiraz edərək səs-küy salmağa başlamışdır. Onu nizam-intizama dəvət etsələrdə buna etiraz edərək dahada aqressiv şəkildə öz hərəkətlərinə davam etmiş və bununlada polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Ərazidən keçən ƏÇPA-nın polis nəfərləri köməyi ilə 27-ci polis şöbəsinə təmin edilmişdir. Polis şöbəsində olan zaman Şəxs onun qanuni tələblərinə tabe olmuşdur. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, 20 noyabr 2025-ci il tarixdə atasına məxsus “BMW” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edə zaman Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsində yerləşən “Qələbə dairəsi”nin yaxınlığında Yasamal DYPİ-nin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra həmin Yasamal DYPİ əməkdaşı getmiş və BPİ DYPİ əməkdaşı gəlmişdir. Bundan sonra polis əməkdaşı ona səbəbini bildirmədən avtomobilin müvəqqəti duracağa yerləşdirilməli olduğunu bildirmişdir. Lakin o bundan imtina etmişdir. Buna səbəb isə bir müddət sonra atasının həmin yerə yaxınlaşacağını bilməsi olmuşdur. Bundan sonra polis əməkdaşı avtomobildən düşmüş və o qapıları bağlamışdır. Bir müddət sonra həmin yerə ƏÇPA-nın əməkdaşları gəlmişlər. Polis əməkdaşları tərəfindən pəncərə döyüldükdən sonra pəncərini biraz açmış və polis əməkdaşlarının avtomobildən düşmə tələbinə tabe olmamışdır. Çünki atası ilə mobil telefon vasitəsilə əlaqə saxlamış və atası ona qısa müddət ərzində həmin yerə çatacağını bildirmişdir. Bundan sonra polis əməkdaşları güc tətbiq edərək onun avtomobilinin şüşəsini aşağı endirmiş və güc tətbiq edərək onu avtomobildən düşürmüşdür. Onun panik atağı olduğu üçün özündən aslı olmayaraq səs-küy salmışdır. Onun idarə etdiyi avtomobilin arxa yayları sport olmuş və əvvəlki sahibi tərəfindən qoyulmuşdur. Yekun olaraq peşman olduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər BPİ DYPİ tabe olan YPXAnın YPX inspektoru X5 bildirmişdir ki, 20 noyabr 2025-ci il tarixdə saat 10 radələrində “Qələbə dairəsi” yaxınlığında xidmət apararkən efir vasitəsilə saxlanılmasının vacib olduğu bildirilmiş “BMW” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. Bundan sonra avtomobili idarə edən şəxsə avtomobildə konstruksiya dəyişikliyi olduğu və bu səbəbdəndə avtomobilin müvəqqəti duracağa yerləşdirilməli olduğu bildirilmişdir. Lakin sürücü avtomobili müvəqqəti duracağa aparmaqdan imtina etmiş və səs-küy salaraq ətrafdakı insanların diqqətini cəlb etməyə çalışmışdır. Dəfələrlə nizam-intizama dəvət edilsədə buna məhəl qoymayaraq öz qanuna zidd hərəkətlərinə davam etmiş, avtomobilə əyləşərək qapıları və pəncərələri bağlamışdır. Bu səbəbdən yaxınlıqdan keçən ƏÇPA-nın polis nəfərləri kömək üçün çağırılmışdır. ƏÇPA-nın polis nəfərləridə dəfələrlə sürücünü nizam-intizama dəvət etmiş lakin sürücü bunada məhəl qoymamış hətta polis əməkdaşı X3 əlini avtomobilin şüşəsi arasında saxlayaraq sıxmışdır. ƏÇPA-nın polis əməkdaşlarının köməyi ilə 27-ci polis şöbəsinə təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ƏÇPA-nın 6-cı bölüyünün polis nəfəri əməkdaşıdır. xx.xx.2025-ci il tarixdə 2468 çağırışlı avtopatrulda Fərzəliyev Əli ilə birgə inzibati ərazidə xidmət apararkən təxminən saat 10:30 radələrində “Qələbə dairəsi”ndə hərəkətdə olarkən BŞDYPİ **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda xidmət aparan YPX-nın əməkdaşları onları saxladıb köməklik istəmişlər. Bundan sonra onlar avtomobili saxlayıb **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə yaxınlaşıb özlərini təqdim etdikdə vətəndaş avtomobilin qapısını içəridən bağlayıb şüşəni qaldırmışdır. Onlar avtomobilin sahibinə dəfələrlə avtomobildən düşməsini və DYP əməkdaşının qanuni tələblkərinə tabe olmasını tələb etsələrdə sonuncu polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra onları dəfələrlə etdikləri təkiddən sonra sürücü avtomobilin şüşəsini çox az açmış və bu zaman polis əməkdaşı əli ilə şüşəni aşağı basmağa başlamışdır. Lakin sürücü şüşəni endirmək əvəzinə əksinə şüşəni qaldırmağa cəhd etmişdir. Daha sonra onlar güc tətbiq edərək avtomobilin şüşəsini aşağı salıb, qapını açıb zor tətbiq edərək sürücünü çıxartmışlar. Həmin vaxt sürücü yüksək səslə qışqırmağa başlamışdır. Buna baxmayaraq onun 27-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 digər şahid X6 ilə eyni məzmunlu ifadə verərək özünə aid hissədə ifadəni bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhər BPİ DYPİ tabe olan YPXA-nın YPX inspektorları Kazım Səlimzadə və Emin Qəhrəmanov tərəfindən 27-ci polis şöbəsinin şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə **-YP-*** patrul maşını ilə xidmətə çıxmışdır. A.Salamzadə küçəsində xidmətdə olarkən “Dalğa”-nın göstərişi ilə efir vasitəsilə saxlanması vacib olan “BMW” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı maşının saxlanması göstəriş verilmişdir. Maşın saxlanılmış, sürücüyə yaxınlaşılaraq qayda pozuntusu izah edilmiş və nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi aşkar edilmişdir. Sürücü Şəxs maşını duracağa təmin etməyəcəyini bildirmişdir. Onlar Şəxs polsiin qanuni tələbinə tabe olmağa dəvət etmişlər. O isə maşında oturaraq qapıları bağlamışdır. Onlar kömək üçün ÇPA əməkdaşlarını çağırmışlar. Lakin sürücü onlarada tabe olmaq istəməmişdir. Sürücünü ÇPA-nın köməyilə 27-ci PŞ-nə təmin etmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ƏÇPA-nın 6-cı bölüyünün polis nəfəri X7 tərəfindən 27-ci polis şöbəsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə 2468 çağırışlı avtopatrulda Fərzəliyev Əli ilə birgə inzibati ərazidə xidmət apararkən təxminən saat 10:30 radələrində “Qələbə dairəsi”ndə hərəkətdə olarkən BŞDYPİ **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda xidmət aparan YPX-nın əməkdaşları onları saxladıb köməklik etməklərini onlardan istəmişlər. Onları avtomobili saxlayıb **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə yaxınlaşıb özlərini təqdim etdikdə vətəndaş avtomobilin qapısını içəridən bağlayıb şüşəni qaldırıb polisin qanuni tələblərini dinləməyib polisin qanuni tələblərinə tabe olmamışdır. Onlar dəfələrlə sürücüyə bunu bildirsələrdə polis əməkdaşının əlini şüşənin arasında qoyub sıxıb polis əməkdaşı ağrıdan şüşəni endirməsini desədə vətəndaş şüşəni endirməmişdir. Onlar sürücünü qanuni tələblərə tabe olmağa çağırsalarda vətəndaş öz hərəkətlərindən çəkinməmişdir. Onlar sürücünü qapını açmağa məvbur etsələrdə o şüşəni açan kimi qapını açıb həmin şəxsi xidməti avtopatrula dəvət edib YPX əməkdaşı ilə birgə 27-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Bakı Şəhər BPİ DYPİ tabe olan YPXA-nın YPX inspektorları Emin Qəhrəmanov tərəfindən təqdim edilmiş CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və səs-küy salaraq xırda xuliqanlıq əməlini törətmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etməsi və xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, şahid izahatları, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 20 noyabr 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsində “Qələbə dairəsi”ndə səs-küy xırda xuliqanlıq etmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 20 noyabr 2025-ci il tarixdən saat 10:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 20 noyabr 2025-ci il tarixdən, saat 10:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 27-ci polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar