Məhkəmə qərarları › İş №3(004)-864/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-864/2021

09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-864/2021 09.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5, İnzibati protokolu tərtib etmiş DİN Baş X11 İdarəsinin nümayəndəsi X4, İnzibati protokolu tərtib etmiş Bakı şəhər Baş polis idarəsinin X11 İdarəsinin yol hərəkətinə nəzarət şöbəsinin polis serjantı X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 Azərbaycan Respublikası DİN BDYPİ X2 xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X8 Azərbaycan Respublikası DİN BDYPİ X2 xx.xx.2021-ci il tarixli EQ ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Bülbül prospekti ilə Ü.Hacıbəyov kəsişməsində avtomobil idarə edərkən işıqforun yaşıl işığında intensiv hərəkətə keçərək qəfildən ondan 3 avtomobilin qarşısında maneyə yaranmasına görə onun idarə etdiyi Hyundai Sonata markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil sarı tor adlanan yer nişanının sonunda dayanmaq məcburiyyətində qalmışdır. Bu hal yol hərəkəti pozuntusu sayıla bilməz. Buna görə də, EQ ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 ərizədə qeyd etdiklərini bir daha təsdiq edərək, EQ ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. DİN Baş X11 İdarəsinin nümayəndəsi X6 bildirmişdir ki, Təhlükəsiz Şəhər kameralarından qeydə alınmış video materialdan da görünür ki, həmin vaxt orada intensiv hərəkət müşahidə olunmamışdır. Hazırkı hadisədə sürücü sağdan gələn avtomobillərə mane yaratmışdır. Bütün bu qeyd etdikləri məhkəmə iclas zalında nümayiş etdirilən video diskə baxış keçirilən zaman öz təsdiqini tapmışdır. Odur ki, verilmiş şikayət əsassız olduğundan onun təmin olunmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 xx.xx.2021-ci il tarixdə, saat 13:23-da Bül bül ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində “Hyundai Sonata” minik markalı, 90CC929 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulmasına görə barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* saylı qərar üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd DVD disk məhkəmə baxışı zamanı nümayiş olunarkən xx.xx.2021-ci il tarixdə, saat 13:23-də Bülbül pr. ilə Ü.Hacıbəyov küçələrinin kəsişməsində “Hyundai Sonata” minik markalı, 90CC929 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolayrıcını keçmə qaydalarını pozması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin tələblərinə əsasən 1.25 nişanlanması sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur və bu Qanunun 75-ci maddəsinin İİ hissəsində nəzərdə tutulan halda sürücülərə yolayrıcında daxil olmanın qadağan edildiyi hissəni (kəsişmə yerini) göstərir. Həmin Qanunun 75-ci maddəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X8 xx.xx.2021-ci il tarixdə, saat 13:23-də Bülbül ilə Ü.Hacıbəyov küçələrinin kəsişməsində “Hyundai Sonata” minik markalı, 90CC929 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli, EQ ******* saylı qərar qəbul edilmişdir. Belə ki, X1 yolda intensiv hərəkətin olmasını, maneə yaranmasına görə sarıtor adlanan yer nişanının sonunda dayanmaq məcburiyyətində qaldığını bildirmişdir. Lakin məhkəmə iclasında həmin yolun video görüntüsü tədqiq edilmiş və nəticədə müəyyən olunmuşdur ki, X1 yoldakı yolayrıcını keçmə qaydalarını pozmuşdur. Bu isə heç də X5 şikayətinin əsaslı olmasına dəlalət etmir. Belə ki, X8, yolayrıcında, yolun hərəkət hissələrinin kəsişmə yerində, yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1,25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olmasının qadağan olduğunu bilməli olduğu halda, yolayrıcında daxil olmanın qadağan edildiyi hissəyə daxil olaraq həmin qaydaları pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 Azərbaycan Respublikası DİN BDYPİ X2 xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar