Məhkəmə qərarları › İş №3(004)-865/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-865/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-865/2021 31.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X1 barəsində Yasamal rayon DYPŞ-nin YPX inspektoru X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : X3 xx xxxx 2021-ci il tarixli şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə X1 şikayət ərizəsini və ona əlavə edilmiş müvafiq sənədlərin surətlərini işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar xx xxxxxx 2021-ci il tarixdə qəbul edilmiş, həmin qərardan şikayət isə məhkəməyə xx xxxx 2021-ci il tarixdə daxil olmuşdur. Lakin ərizəyə qərarın nə vaxt şikayətçiyə rəsmi qaydada təqdim edilməsinə dair sübut əlavə edilməmiş, ərizənin məzmununda isə hansı üzrlü səbəblərlə bağlı prosessual müddətin ötürülməsinə dair qeydiyyat aparılmamış, o cümlədən şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatət məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürüldüyündən X1 barəsində Yasamal rayon DYPŞ-nin YPX inspektoru X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin şikayətçiyə barəsində qəbul edilmiş qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43 və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Yasamal rayon DYPŞ-nin YPX inspektoru X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət vermək və ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə müraciət etmək hüququnun olması şikayətçiyə izah edilsin. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar