Məhkəmə qərarları › İş №3(004)-866/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-866/2022

11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-866/2022 11.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1961-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 10 fevral 2022-ci il tarixdə saat təxminən 16:00 radələrində Yasamal rayonu, Tbilisi prospektində “Chevrolet” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyi üçün polis əməkdaşları onu saxlayaraq ona yaxınlaşıb özlərini təqdim etmiş, qayda pozuntusunu izah etmiş və sənədlərini təqdim etməsini xahiş etmişlər, həmçinin etibarnaməsi olmadığı üçün, avtomobilin cərimə duracağına yerləşdirilməli olmasını bildirmişlər. Lakin sürücü sənəd təqdim etməmiş və polis əməkdaşlarına bildirmişdir ki, “mən mayoram, mənimlə dərinə gedəcəksənsə bu başdan de”. Polis əməkdaşı sürücüyə bildirdi ki, avtomobil İXM-nin 96-cı maddəsinin tələbi ilə duracağa getməlidir və barəsində protokol tərtib edilə bilər. Lakin sürücü polis əməkdaşlarının tələblərinə məhəl qoymamış, polislərlə mübahisə etmiş, polisin qanuni tələblərinə tabe olmamış, bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən 11.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 10 fevral 2022-ci il tarixdə Yasamal rayonu, Tbilisi prospektində “Chevrolet” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət etdiyi zaman YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Onlar kobud tonla ona sənədlərini təqdim etməyini bildirdilər, baxmayaraq ki, o, polis əməkdaşlarından protokol tərtib etməyini xahiş etmişdir. Onlar buna əhəmiyyət verməyərək ona avtomobilini cərimə meydançasına aparmağını dedilər. Sürücü avtomobildən düşməyərək polis əməkdaşları ilə danışırdı. YPX serjantı tərəfindən qapını kobud hərəkəti ilə bir neçə dəfə açırdı və çox aqressiv formada ona ən ağır cəza verdirəcəyini deyirdi. Hətta çevik polis əməkdaşları gələndə də, ona yenə də fiziki güc tətbiq eləməyə cəhd göstərirdilər. Çevik polis əməkdaşları tərəfindən müdaxilə olandan sonra YPX əməkdaşları avtomobilindən aralandılar. Avtomobili elə həmin yerdə qaldı və təhvil-təslim olmadan cərimə meydançasına aparılıb. Sonradan başa düşmüşdür ki, səhv edir. Əsəbi olduğundan, yaxın vaxtlarda Covid-19 virusuna yoluxub sağaldığından, ailə üzvlərinin hazırda həmin xəstəliyə yoluxduğunu və onlardan ayrı qaldığını, ailə üzvlərinə dərman almaq üçün yolda gedərkən polislər saxladığından belə bir anlaşılmaz vəziyyət yaranmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ DYPİ-nin xidməti inspektoru, polis baş serjantı Elnur Abdullayev bildirdi ki, Şəxs 10 fevral 2022-ci il tarixdə saat təxminən 16:00 radələrində Yasamal rayonu, Tbilisi prospektində “Chevrolet” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyi üçün polis əməkdaşları onu saxlayaraq ona yaxınlaşıb özlərini təqdim etmiş, qayda pozuntusunu izah etmiş və sənədlərini təqdim etməsini xahiş etmişlər. Lakin sürücü sənəd təqdim etmədi və ona bildirdi ki, “mən mayoram, mənimlə dərinə gedəcəksənsə bu başdan de”. Polis əməkdaşı sürücüyə bildirdi ki, avtomobil İXM-nin 96-cı maddəsinin tələbi ilə duracağa getməlidir və barəsində protokol tərtib edilə bilər. Lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymurdu, polisin qanuni tələblərinə tabe olmamış, bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ DYPİ-nin xidməti inspektoru, polis baş serjantı Kazım Həziyev şahid Elnur Abdullayevin izahatına uyğun izahat vermişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə inspektoru Yusif Hətəmov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 10 fevral 2022-ci il tarixdə saat təxminən 16:00 radələrində Yasamal rayonu, Tbilisi prospektində “Chevrolet” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyi üçün polis əməkdaşları onu saxlayaraq ona yaxınlaşıb özlərini təqdim etmiş, qayda pozuntusunu izah etmiş və sənədlərini təqdim etməsini xahiş etmişlər. Lakin sürücü sənəd təqdim etmədi və ona bildirdi ki, “mən mayoram, mənimlə dərinə gedəcəksənsə bu başdan de”. Polis əməkdaşı sürücüyə bildirdi ki, avtomobil İXM-nin 96-cı maddəsinin tələbi ilə duracağa getməlidir və barəsində protokol tərtib edilə bilər. Lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymurdu, polisin qanuni tələblərinə tabe olmamış, bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı 10.02.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 16:20 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar