Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-87/2025 14.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 10 dekabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Bas Gömrük İdarəsinin Monitorinq şöbəsindən daxil olmuş 3-33-1100/019/028745 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən idxal olunmuş malların daşındığı KA7550İA/AA8525XG dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə ünvan 2 ( anbar kodu: **********- 11001 ) ünvanında yerləşən anbara təyinat almış və xx.xx.2024-cü il saat 09:23-də VAİS proqram təminatında çatması barədə bildiriş "xxxx" MMC tərəfindən göndərilmişdir. Monitorinq şöbəsinin əməkdaşı tərəfindən xx.xx.2024-cü il saat 14:20-də tarixdə Şəxs MMC-nin ünvan 2 ünvanında yerləşən anbarına baxış keçirilən zaman **********8751 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükləri daşıyan KA7550İA/AA8525XG dövlət nömrə nişanlı nəqliyyat vasitəsi XİF iştirakçısının anbarında olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursundan əldə olunmuş çıxarışa əsasən KA7550İA/AA8525XG dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il saat 09:23-də tarixdə VAİS proqram təminatında ünvan 2 ( anbar kodu; **********-11001) ünvanında yerləşən anbarına çatması barədə bildiriş Şəxs MMC tərəfindən göndərilməsinə baxmayaraq KA7550İA/AA8525XG dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il saat 14:20-də tarixdə ünvan 2 ( anbar kodu: **********-11001 ) ünvanında yerləşən anbara çatmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində verdiyi izahatında bildirmişdir ki, idxal edilən malların daşındığı KA7550İA/AA8525XG nömrəli nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə saat 09:23-də VAİS proqram təminatında çatması barədə bildiriş "xxxx" MMC tərəfindən göndərilmişdir. Monitorinq şöbəsinin əməkdaşları tərəfindən anbara baxış keçirilərkən nəqliyyat vasitəsinin anbarda olmaması barədə akt tərtib edilmişdir. Həmin ərazidə bir neçə şirkətin anbarı yerləşir və əraziyə eyni anda nəqliyyat vasitələrinin daxil olması mümkün deyil. Ukraynadan idxal edilən şokolad məhsullarının daşındığı KA7550İA/AA8525XG nömrəli nəqliyyat vasitəsi anbarla 700 metr məsafədə dayanmışdır. Gömrük rəsmiləşdirilməsi başa çatmadığından nəqliyyat vasitəsi anbarın həyətinə daxil ola bilmir. Monitorinq şöbəsinin əməkdaşları anbara baxış keçirən zaman mən, telefonla əlaqə saxlayaraq inspektora nəqliyyat vasitəsinin 700 metr məsafədə dayandığını bildirsə də akt tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN: **********) tərəfindən idxal olunmuş malların daşındığı KA7550İA/AA8525XG dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə ünvan 2 ( anbar kodu: **********- 11001 ) ünvanında yerləşən anbara təyinat almış və xx.xx.2024-cü il saat 09:23-də VAİS proqram təminatında çatması barədə bildiriş "xxxx" MMC tərəfindən göndərilmişdir. Monitorinq şöbəsinin əməkdaşı tərəfindən xx.xx.2024-cü il saat 14:20-də tarixdə Şəxs MMC-nin ünvan 2 ünvanında yerləşən anbarına baxış keçirilən zaman **********8751 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükləri daşıyan KA7550İA/AA8525XG dövlət nömrə nişanlı nəqliyyat vasitəsi XİF iştirakçısının anbarında olmadığı müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) inzibati xəta haqqında 10 dekabr 2024-cü il tarixli, EP ******* saylı protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 250 (iki yüz əlli) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-87/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-87/2025
14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver