Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-870/2021 15.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X2, X7 Aydin qizinın vəkili X8 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 23 fevral 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayonunun İcra və Probasiya Şöbəsindən öyrəndiyinə görə, onun barəsində 11 iyun 2020-ci il tarixli inzibati xəta protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Əhmədovun adından 22 iyun 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqındakı qərar tərtib olunaraq, icra olunması üçün Bakı şəhəri Qaradağ Rayonunun İcra və Probasiya Şöbəsinə göndərilmişdir. O, heç bir yerdə işləmədiyi və iki azyaşlı uşaq anası olduğu halda, nəinki heç bir inzibati xəta, hətta hüquq pozuntusu belə törətməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin əməkdaşlarına izah edə bilməmişdir ki, o, heç vaxt vəzifədə olmamış və indi də heç bir vəzifə sahibi deyildir. Qərarda qeyd olunmuş 11 iyun 2020-ci il tarixdə, yəni inzibati xəta protokolu tərtib olunan tarixdə X5 heç bir yerdə işləməmişdir. Bakı şəhəri Qaradağ Rayonunun İcra və Probasiya Şöbəsinin icra məmuru cənab Rəsul Mirzəpur ona bildirmişdir ki, həmin vaxt, yəni protokol tərtib olunan 11 iyun 2020-ci il tarixdə X1 adına kompyüterlərdə olan sənədlərə əsasən, o, fiziki şəxs olmaqla adına vöen № ********** olmuşdur və həmin vöenə əsasən, guya ki, X5 məişət mallarının təmiri ilə məşğul olan fiziki şəxsdir və indi də həmin işlə məşğuldur. Bakı şəhəri Qaradağ Rayonunun İcra və Probasiya Şöbəsinin icra məmuru cənab Rəsul Mirzəpur eyni zamanda, X3 bildirmişdir ki, həmin vaxt, yəni protokol tərtib olunan 11 iyun 2020-ci il tarixdə X5 əmək müqaviləsinə əsasən, ərzaq mallarının satıcısı vəzifəsində işləməklə ayda 250 manat məvacib almışdır. Ancaq şikayətçi X5 harada-hansı mağazada ərzaq mallarının satıcısı vəzifəsində işləməsi məlum deyildir. Odur ki, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X13 qizinın vəkili X11 şikayətin məzmununa uyğun izahat verərək, X10 Xidmətinin təqdim etdiyi sənədlərin saxta olmasını, Vüsalə Səmədovanın heç bir yerdə işləmədiyini bildirərək, onun barəsində ədalətsiz qərar qəbul olunduğunu, göstərilənlərə əsasən şikayətin təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 iyun 2021ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X9 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, müfəttişliyin 22 iyun 2021-ci il tarixli, MN ******* tarixli tamamilə qanuni və əsaslıdır. Belə ki, vətəndaş X4 fiziki şəxs X5 (VÖEN **********) tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə (xidmətə) cəlb etmişdir. Bir sözlə X5 tərəfindən AR İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Odur ki, çıxışında qeyd olunanlara dair müvafiq sənədlər təqdim edib, verilmiş şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək bel nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş 22 iyun 2021-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, Vüsalə Səmədova vətəndaş X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə (xidmətə) cəlb etmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 adına ********** nömrəli VÖEN vardır və o, fərqi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bundan əlavə, Rauf Bayramovun Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-də verdiyi izahatından görünür ki, o, X1 icarəyə götürdüyü və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Yasamal royonu Şərifzadə küçəsində yerləşən əlvan metalların qəbulu və satışı mağazasında fəhlə kimi çalışmışdır və bunun müqabilində məvacib almışdır. Vüsalə Səmədovanın Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-də izahatında Rauf Bayramovun onun icarəyə götürdüyü məntəqədə işləyərək aylıq məvacib aldığını, onların arasında heç bir müqavilə bağlanılmadığını, rəsmi olaraq heç bir qeydiyyatdan keçmədiyini, özünün Elit Yatırım və ticarət LTD şirkəti ilə əmək müqaviləsi bağlayaraq işlədiyini bildirmişdir. Vergi ödəyicilərinin məlumatları haqqında elektron informasiya sistemindən çıxarılmış çıxarışdan məlum olur ki, AZ 1083, ünvan 1 ünvanında qeydiyyatda olan X5 vergi ödəyicisi kimi VÖEN ********** nömrəsi ilə qeydiyyatdan keçmişdir. Digər tərəfdən iş materiallarında olan 13 nömrəli əmək müqaviləsinin surətindən və əmək müqaviləsi bildirişindən məlum olur ki, X5 “X17 və X19 və Dış Ticarət Limited” şirkəti arasında əmək maqaviləsi bağlanmış və Vüsalə Səmədova əmək müqaviləsi üzrə fəhlə kimi işə götürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 22 iyun 2021-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-870/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-870/2021
15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver