Məhkəmə qərarları › İş №3(004)-870/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-870/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-870/2024 23.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, şikayətçi X1, Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayı yol-patrul xidmətinin inspektoru X2 iştirakları ilə, X1 Bakı şəhər BPİ DYPİ-nin İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş 13 sentyabr 2023-cü il tarixli TP ******* №-li İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin X9 şöbəsinin polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərara əsasən, X4 tərəfindən Azərbaycan Respublikası İXM-in 342.5 və 342.2.2- ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 150 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan qərardan narazı qalan X4 şikayət ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, barəsində Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin X9 şöbəsi tərəfindən qəbul edilmiş qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə X1 barəsində Bakı şəhər BPİ DYPİ-nin polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və X1 əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında işə xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən apellyasiya şikayəti daxil olmuş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin X9 şöbəsinin TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarının qüvvəsində saxlanması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2562/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X1 Bakı şəhər BPİ DYPİ-nin İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 24 avqust 2023-cü il tarixdə saat 16:00 radələrində “SAİRA SAİNA EX MİNİK” markalı 77-KD948 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman “Elmlər Akademiyası” metrostansiyasının ətrafındakı Hüseyn Cavid parkının yaxınlığında 99-YPX-452 nömrəli yol polisi onu saxlamış, daha sonra avtomobilinin arxa yaylarının kəsilməsini iddia etmişdir. Halbuki, onun idarə etdiyi avtomaşın texniki baxışdan keçmişdir. 1683 döş nişanlı yol polisi əməkdaşı avtomobilin müvəqqəti dayanacağa getməli olduğunu bildirmiş, o isə ondan protokol yazılmasını tələb etmiş, İXM-nin 96.5-ci maddəsini əsas götürərək avtomobilin duracağa getməsinin (yayların kəsilmədiyinin) qanunsuz olduğunu bildirmiş, sonra “102” məlumat mərkəzinə məlumat vermişdir. Avtomobili duracağa aparmışlar. Duracağa çatdıqdan sonra protokol tələb etmiş, lakin polis əməkdaşları protokol tərtib etməmişlər. Hadisə 24 avqust 2023-cü il tarixdə saat 16:00 radələrində baş vermişdir. 30 avqust 2023- cü il tarixdə, yəni hadisədən 6 gün sonra köhnə tarixlə (xx.xx.2023-cü il) protokol yazmışlar. Hadisədən 48 saat keçdikdən sonra protokol yazmaqları qanunidir. Lakin onun barəsində Bakı şəhər BPİ DYPİ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən İXM-nin 342.5 və 342.2.2 maddələri ilə tərtib edilmiş İXP ******* №-li Protokol əsasında Bakı şəhər BPİ DYPİ-nin polis kapitanı X3 tərəfindən qəbul edilmiş 13 sentyabr 2023-cü il tarixli TP ******* №-li Qərarla 150 manat cərimə olunmağı tam qanunsuzdur. O, ödəniş etməmişdir, buna görə ona cərimə gəlir, sonra avtomobilin üzərinə həbs qoyulur, cərimə meydançasına yerləşdirilir, sürmək olmur. Cərimə olunmağı barədəki qərarı ona verməmişlər, onu süründürürlər. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi mövcud deyildir, həm də o, öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Ona görə də barəsində Bakı şəhər BPİ DYPİnin polis kapitanı X3 tərəfindən qəbul edilmiş 13 sentyabr 2023-cü il tarixli TP ******* №-li İnzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayətçi E.B.Həsənov ərizəsinin mahiyyətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayı yol-patrul xidmətinin inspektoru X5 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, şikayətin təmin edilməməsini və Bakı şəhəri BPİ DYPİ-nin 13 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, E.B.Həsənov həmin tarixdə saat 16:20-də «Saipa Saina EX minik» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti istiqamətində idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş və Bakı şəhəri BPİ DYPİ-nin 13 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, E.B.Həsənov həmin tarixdə saat 16:20-də «Saipa Saina EX minik» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti istiqamətində idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 342.2.2-ci maddələri ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, şikayətçi E.B.Həsənov həmin tarixdə saat 16:20-də «Saipa Saina EX minik» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti istiqamətində idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Bakı şəhəri BPİ DYPİ-nin YPXnin inspektoru tərəfindən onun barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sürücü E.B.Həsənov inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından qanunvericiliyin tələbinə uyğun olaraq yerində qərar qəbul edilməmiş və inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. 13 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri BPİ DYPİ-nin polis kapitanı X3 tərəfindən idarənin inzibati binasında işə baxılmış və E.B.Həsənovun yol verdiyi inzibati xəta öz təsdiqini tapdığından o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 342.2.2-ci maddələri ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, E.B.Həsənovun əməli düzgün olaraq Bakı şəhəri BPİ DYPİ-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 342.2.2-ci maddələrinin tələbinin pozuntusu kimi qiymətləndirilərək onun barəsində 150 manat məbləğində inzibati cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri BPİ DYPİ-nin 13 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan E.B.Həsənovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri BPİ DYPİ-nin 13 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar