Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8704/2025 02.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 İnzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il saat 07:30 radələrində “BYD Seal 05” minik markalı **-CJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Badamdar şossesində hərəkətdə olduğu zaman yuxusu gəldiyi üçün sol əlini pəncərəyə qoymuş və sağ əli ilə sükanı tutmuşdur. Bu zaman arxadan gələn **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı yol patrul xidmətinin əməkdaşı ona saxla əmri vermişdir. Saxla əmrini niyə verdiyini soruşduqda ona kobud şəkildə davranaraq avtomobilində əyləşib gözləməsini bildirmişdir. Daha sonra sürüb getmişdir. Bir müddət sonra ona qərarsız cərimə ilə bağlı sms bildiriş gəlmişdir. Bununla bağlı həm 102 xidmətinə, həm Bakı şəhər DYPİ-yə, həm də e-polis tətbiqi üzərindən dəfələrlə şikayətlər ünvanlasa da şikayətlərinə münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayətini müdafiə edərək təmin edilməsini, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 şikayətə etiraz edərək bildirmişdir ki, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Buna görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİnin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 idarə etdiyi **-CJ-*** dövlət qeydiyyat nömrə nişanlı “BYD Seal 05 Plug-in hibrid” minik markalı avtomobili idarə edərkən xx.xx.2025-ci il tarixdə saat 07:35-də Bakı şəhəri, Yasamal rayonu, “Qurd qapısı” ərazisində hərəkət zamanı sükanı əlindən buraxdığına görə Azərbaycan Respublikası İXM-nin 342.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq olunmuşdur. Məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, X3 idarə etdiyi **-CJ-*** dövlət qeydiyyat nömrə nişanlı “BYD Seal 05 Plug-in hibrid” minik markalı avtomobili idarə edərkən xx.xx.2025-ci il tarixdə saat 07:35-də Bakı şəhəri, Yasamal rayonu, “Qurd qapısı” ərazisində hərəkət zamanı avtomobilin daxilində hava isti olduğu üçün sol əli ilə yan şüşəni açaraq əlini bir neçə saniyyəlik bayıra çlxarıb sonra yenə də şüşəni bağlamış.Həmin zaman sağ əli sükan üzərində olmuşdur yəni avtomobili sağ əli ilə idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 342.1.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol və onun əsasında da inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni hərəkət zamanı sükanı əlindən buraxmağa görə qırx manat məbləğində cərimə edilir. Yuxarıda qeyd edilən maddənin dispozisiyasından görünür ki, inzibati xəta hadisəsinin baş verməsi üçün nəqliyyat vasitələrinin sürücüsü hərəkət zamanı sükanı əlindən buraxmalıdır. Qeyd edilən faktı təsdiq edən mötəbər sübutlar (foto və video görüntülər) inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə işin faktiki hallarına əsasən hesab edir ki, inzibati xəta hadisəsinin baş verməsini təsdiq edən sübutlar təqdim olunmadığından, buna görə də hadisənin baş verməsi qeyri-müəyyən olduğundan, yəni X3 tərəfindən idarə etdiyi nəqliyyat vasitəsi hərəkətdə olan zaman sükanı əlindən buraxması öz təsdiqini tapmadığından, bir sözlə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan təkzibedici sübutları məhkəməyə təqdim edə bilmədiyindən, yaranmış şübhə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməldir. Digər tərəfdən məhkəmə qeyd edir ki, avtomobillərin intensiv hərəkət etdiyi şəhərin sözügedən ərazisində avtomobil idarə edərkən istənilən sürücü tərəfindən sükanın tamamilə buraxılması və bu şəkildə hərəkətin davam etdirilməsinin mümkün olması ağlabatan və inandırıcı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Həmin maddənin İX bəndinə əsasən hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin qüvvədə olan müddəlarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-8704/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-8704/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver