Məhkəmə qərarları › İş №3(004)-871/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-871/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-871/2021 31.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Baş şəhər idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində qəbul edilmiş xx xxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verdiyi şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri işin məhkəmədə baxılmasına hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : X3 Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək barəsində Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Baş şəhər idarəsi tərəfindən qəbul edilmiş xx xxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, ərizənin məzmunundan və ona əlavə edilmiş materiallardan müəyyən edilir ki, işəgötürən “xxxx” MMC-nin direktoru şikayətçi X3 işçi X1 haqq hesabın ödənilməməsinə, yəni Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulmasına görə İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində xx xxxx 2021ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, şikayətçi işəgötürən “xxxx” MMC-nin vəzifəli şəxsi olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan isə müəyyən edilir ki, VÖEN ********** olan “xxxx” MMC-nin hüquqi ünvanı ünvan 1 Bundan başqa ərizənin məzmunundan müəyyən edilir ki, işçi X5 faktiki olaraq “xxxx” MMC-nin Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi 34-dəki “X8” ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşən 7-ci ofisdə faktiki olaraq işə cəlb edilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq, yəni inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda,inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə , səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi yer və ya şikayətçinin yaşadığı ünvan Yasamal rayonu ərazisi olmadığından, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin xx xxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə, yəni inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.3 və 129.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Baş şəhər idarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş xx xxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar