Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-872/2022 11.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Yasamal rayon İcra şöbəsinin icra məmuru X9, X1, X2 və X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X17 tərəfindən 11 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 saylı, 22.09.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 48030 manat tutularaq tələbkarlara ödənilməlidir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X17 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 saylı, 22.09.2020-ci il tarixli icra sənədindən görünür ki, iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh Şəxs iddiaçılar X10 xeyrinə 9.500 (doqquz min beş yüz) manat, X6 xeyrinə 9.500 (doqquz min beş yüz) manat, X5 xeyrinə 10.000 (on min) manat, X2 xeyrinə 10.000 (on min) manat, X11 xeyrinə 9.000 (doqquz min) manat pul tutularaq ödənilməsi, əlavə olaraq cavabdeh Şəxs ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçılar X15, X12, X8, X3 və X16 ödənilməsi qeyd edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İcra sənədi üzrə icraata 20 noyabr 2020-ci il tarixli qərarlarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində iki avtomobil aşkar edilmiş və onlara Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qoyulmuşdur. Bundan başqa borclu “Sədərək” firmasında sürücü işləyərək 550 manat məvacib alır. Hazırda borclunun ümumi borcu 48030 manat təşkil edir. Borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, tələbin könüllü icrası haqqında bildiriş borcluya 25.01.2022-ci il tarixdə təqdim edilmiş və tələbin icrası borclunun əmək haqqına yönəlməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, tələbin könüllü icrası haqqında bildiriş ona 25.01.2022-ci il tarixdə təqdim edilmişdir. Onun mülkiyyətində avtomobili var və hazırda həmin avtomobili ödənişin bir hissəsi kimi borclulara verməyə hazırdır. Tələbin könüllü icrası haqqında bildiriş ona təqdim edildiyi vaxtdan çox az bir müddət keçməsi və hazırda maddi imkanı olmadığı üçün ödənişi tam şəkildə icra edə bilmir. O, məhkəmə qərarına və icra məmurunun göstərişlərinə hörmətlə yanaşır. Göstərilən halların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X18 bildirmişdir ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 saylı, 22.09.2020-ci il tarixli qətnaməsinə əsasən borclu Şəxs 9500 manat tutularaq ona ödənilməlidir. Hazırda Şəxs mülkiyyətində olan avtomobili onlara olan borcunun bir hissəsinin əvəzi kimi verməsinə razıdır. Yekun qərarın məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən tələbkar X7 bildirmişdir ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 saylı, 22.09.2020-ci il tarixli qətnaməsinə əsasən borclu Şəxs 10000 manat tutularaq ona ödənilməlidir. Hazırda Şəxs mülkiyyətində olan avtomobili onlara olan borcunun bir hissəsinin əvəzi kimi verməsinə razıdır. Yekun qərarın məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən tələbkar X14 bildirmişdir ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 saylı, 22.09.2020-ci il tarixli qətnaməsinə əsasən borclu Şəxs 10000 manat tutularaq ona ödənilməlidir. Hazırda Şəxs mülkiyyətində olan avtomobili onlara olan borcunun bir hissəsinin əvəzi kimi verməsinə razıdır. Yekun qərarın məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan: Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 saylı, 22.09.2020-ci il tarixli icra sənədindən görünür ki, iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh Şəxs iddiaçılar X10 xeyrinə 9.500 (doqquz min beş yüz) manat, X6 xeyrinə 9.500 (doqquz min beş yüz) manat, X5 xeyrinə 10.000 (on min) manat, X2 xeyrinə 10.000 (on min) manat, X11 xeyrinə 9.000 (doqquz min) manat pul tutularaq ödənilməsi və cavabdeh Şəxs ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçılar X15, X12, X8, X3 və X16 verilməsi qərara alınmışdır. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İcra sənədi üzrə icraata 20 noyabr 2020-ci i il tarixdə başlanılmış və 25.01.2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs təqdim edilərək Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 saylı, 22.09.2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs mülkiyyətində avtomobili vardır. Bundan əlavə aylıq 550 manat məbləğində məvacib alır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İXM-in: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 2770/2020 saylı, 22.09.2020-ci il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X17 tərəfindən tərtib olunmuş 11 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-872/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-872/2022
11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver