Məhkəmə qərarları › İş №3(004)-8782/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-8782/2025

03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8782/2025 03.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Kərimli Dinar Abbas oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MTK-nin rəhbəri Şəxs müdafiəçisi Nümayəndə iştirakı ilə, xx.xx.1964-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MTK-nin rəhbəri, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 22, mənzil 6-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra Şöbəsi (icra məmuru X5) tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol və protokola əlavə tərtib edilmişdir ondan ötəri ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3090/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, e-2(004)-495/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, e-2(004)- 504/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, e- 2(004)-299/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, e-2(004)-106/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, e-2(004)-352/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, e-2(004)-329/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, e-2(004)-739/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, e-2(004)- 2625/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 975/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-837/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, e-2(004)-665/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədlərində göstərilən tələblərin icrasını "xxxx" MTK-nın rəhbəri Şəxs icra etməmişdir. Bununla da icra məmuru hesab etmişdir ki, borclu icra vərəqələrində göstərilən tələbi icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Nümayəndə məhkəmə iclasında bildirdi ki, protokola qarşı etiraz edir, onu qəbul etmir. Belə ki, şəxs vergi orqanlarında qanuni təmsilşi kimi göstərilsə də onun bu işlərdən məlumatı olmayıb, yalnız 2-3 aydır ki bu vəzifəni icra edir. İcra sənədləri MTK-nın əvvəlki mübahisələri ilə bağlıdır, həmin dövrdə Şəxs orada hər hansı vəzifə tutmamış, üzərinə hət hansı öhdəlik götürməmişdir. Həmçinin şirkətin fəaliyyəti hazırda dayandırılıb, iqtisadi döviyyəsi və hər hansı gəliri yoxdur. Lakin buna baxmayaraq, icra sənədlərinin ona aidliyi olmasa belə bu müddət ərzində mütəmadi ödənişlər aparır. Həmin sübutlar məhkəməyə təqdim edilir. Bu da onu təsdiq edir ki, icra məmuru protokolu formal olaraq imzalayıb və məhkəməyə göndərmişdir. İcra şöbəsinə bildiriş təqdim edilmiş, iş materiallarında bu var, lakin icra məmuru məhkəmə iclasına gəlməyi özünə vəzifə hesab etməyib. İş materiallarında olan sənədlər Şəxs təqsirli olmasına dair əsas hesab edilmə bilməz. Odur ki, şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələblərinin pozulmasında dair inzibati xəta haqqında icraata inzibati xəta hadisəsi olmadığı səbəbindən xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəmənin vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, şəxsin İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəbə olmuş məhkəmə qərarları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3090/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, e- 2(004)-495/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, e-2(004)- 504/2024 nömrəli, xx.xx.2024cü il tarixli, e-2(004)-299/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, e-2(004)-106/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, e-2(004)-352/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, e-2(004)- 329/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, e-2(004)-739/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, e-2(004)-2625/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-975/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-837/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, e-2(004)-665/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədardır. Həmin icra sənədləri üzrə icra məmuru tərəfindən müvafiq qərarlarla icraata başlanılmış, qərarlara əsasən tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3090/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MTK-dan 14174,13 manat tutularaq X6 ödənilməlidir. Bundan başqa xx.xx.2024-cü il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-495/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" Mənzil Tikinti Kooperativindən 14679 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X7 ödənilməlidir. Bundan başqa xx.xx.2024-cü il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-504/2024 nömrəli, xx.xx.2024-cü il tarixli jcra sənədinə əsasən borclu "xxxx" Mənzil Tikinti Kooperativindən, 18185,3 manat tutularaq tələbkar X11 ödənilməlidir. Bundan başqa xx.xx.2024-cü il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-299/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən isə borclu "xxxx" Mənzil Tikinti Kooperativindən cəmi 11610,84 manat tutularaq tələbkar X8 xeyrinə ödənilməlidir. Bundan başqa xx.xx.2025-ci il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-106/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" Mənzil Tikinti Kooperativindən cəmi 14166 manat tutularaq X1 ödənilməlidir. Bundan başqa xx.xx.2025-ci il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-352/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" Mənzil Tikinti Kooperativindən cəmi 16765,6 manat tutularaq X15 ödənilməlidir. Bundan başqa xx.xx.2025-ci il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-329/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən isə borclu "xxxx" Mənzil Tikinti Kooperativindən cəmi 21911,67 manat tutularaq tələbkar X4 ödənilməlidir. Həmçinin "xxxx" Mənzil Tikinti Kooperativindən 100 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Bundan başqa xx.xx.2025-ci il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-739/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" Mənzil Tikinti Kooperativindən cəmi 13438,56 manat tutularaq X12 ödənilməlidir. Bundan başqa xx.xx.2025-ci il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2625/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" Mənzil Tikinti Kooperativindən cəmi 10128 manat tutularaq X9 ödənilməlidir. Bundan başqa xx.xx.2025-ci il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-975/2025 nömrəli, 22.01,2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" Mənzil Tikinti Kooperativindən cəmi 30294 manat tutularaq X10 ödənilməlidir. Bundan başqa xx.xx.2025-ci il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-837/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" Mənzil Tikinti Kooperativindən cəmi 9462,48 manat tutularaq X2 ödənilməlidir. Bundan başqa xx.xx.2025-ci il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-665/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" Mənzil Tikinti Kooperativindən cəmi 10830,40 manat tutularaq X19 ödənilməlidir. İş materiallarında olan ödəniş qəbzlərinə əsasən Şəxs mütəmadi olaraq icra sənədlərinin tələbləri ilə bağlı mütəmadi ödənişlər etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MTK-nın rəhbəri Şəxs mütəmadi ödənişlər edir. Bütün qeyd edilənlər isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MTK-nın rəhbəri Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməsi öz təsdiqini tapmır. Belə olduğu təqdirdə MTK-nın rəhbəri Şəxs icra sənədlərində göstərilən tələbləri qərəzli olaraq icra etməməsi öz təsdiqini tapmır. Ona görə də hər hansı bir şəxsin əməlində inzibati xəta tərkibi mövcud olmur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X18 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MTK-nin rəhbəri Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar