Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-880/2021 23.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsinəd X7 protokol tərtib edilmiş X5 oğlunun iştirakı ilə, Barəsində X7 iş üzrə qərar qəbul edilmiş X5 oğlunun Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin xx.xx.2021-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin xx.xx.2021-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri DYPİ Yol Patrul Xidmətinin İnspektoru polis Baş serjantı X3 tərəfindən "Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən" X7 İXP seriyalı, ******* nömrəli, xx xxxx 2021- ci il tarixli tərtib edilmiş protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi və həmin protokol əsasında barəsində X7 iş üzrə qərar qəbul edilərək 60,00 manat məbləğində cərimə edilmişdir. Belə ki, o, "Mercedes Benz 180 minik markalı" **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsi ilə üzü Elmlər Akademiyası metro stansiyası istiqamətə doğru hərəkət edərkən yolun Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ilə kəsişən svetofor ilə nizamlanan yolayrıcında əsassız olaraq patrul xidməti inspektoru tərəfindən saxlanılaraq barəsində X7 protokol tərtib edilmişdir. Həmin nizamlanan yolayrıcısı 1.25 nişanlanma xətti ilə işarələnmişdir. Qanunda inzibati xətanı yaradan "tıxac" sözünün hüquqi anlayışı verilməmiş, tıxac anlayışı dedikdə hansı məna ifadə edildiyi, yəni hərəkətin ümumiyyətlə dayanması, yavaş hərəkət etməsi, bütün istiqamətlər üzrə yolun bağlanması və s. nəzərdə tutulduğu başa düşüldüyü ifadə edilməmişdir. Həmin qanunun sonrakı mənasına görə qeyd olunur ki, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradırsa onun tərəfindən nizamlanan yolayrıcısına daxil olmaqla hər hansı nəqliyyat vasitəsinin hərəkətinə maneə yaradılmamışdır. Bu hal video görüntülər ilə öz təsdiqini tapmışdır. Buna görə də o, həmin qərarla razılaşmayaraq ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət olunmuş şahid X4 ifadəsində bildirmişdir ki, həmin vaxt o, Tərlan Əhmədovun idarə etdiyi "Mercedes Benz 180 minik markalı" **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuşdur. Avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsi ilə üzü Elmlər Akademiyası metro stansiyası istiqamətə doğru hərəkət edərkən yolun Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ilə kəsişən svetofor ilə nizamlanan yolayrıcında əsassız olaraq patrul xidməti inspektoru tərəfindən saxlanılaraq X7 protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin xx.xx.2021-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, X5 oğlu xx.xx.2021-ci il tarixdə 19:00-da Bakı şəhəri akad. Şəfayət Mehdiyev, 9 a, GPS:40.3756075,49,8171545 ərazisində “Mercedes Benz” 180 minik markalı Az ** KM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmasına görə barəsində xx.xx.2021-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd DVD disk məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə 19:00-da Bakı şəhəri akad. Şəfayət Mehdiyev , 9 a, GPS:40.3756075,49,8171545 ərazisində “Mercedes Benz” 180 minik markalı Az ** KM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolayrıcını keçmə qaydalarını pozması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, X5 oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin xx.xx.2021-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində X7 iş üzrə qərar qəbul edilmiş X5 oğlunun Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin xx.xx.2021-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-880/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-880/2021
23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver