Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-881/2018 20.06.2018 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli,ünvan 1 ünvanında yaşayan Şəxs (VÖEN: **********)barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 450.1-cı maddəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Vergilər Departamentinin müfəttişləri tərəfindən xx xxx 2018-ci il tarixdə, saat 14:30 radələrində, ünvan 2 ünvanda yerləşən obyektdə Şəxs məxsus aksiz markaları ilə markalanmalı olan malların markalanmadan satışının həyata keçirildiyi aşkar olunmuşdur. Bununla da həmin hüquqi şəxs, İXM-in 450.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsəvə protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Bununla belə Şəxs məhkəməyədək inzibati xəta haqqında iş üzrə icraat zamanı iş materiallarındakı izahatlarına əsasən inzibati xəta törətməsini etiraf etmişlər. Həmin inzibati xətanı törətməsi faktı qeyd edilən hüquqi şəxs barəsində tərtib olunmuşxx.xx.2018-ci il tarixli VN № 001045 saylı inzibati xəta haqqında protokolla, həmçinin akt, siyahı, həmin məhsulların (malların) götürülməsinə dair protokol, iş materiallarındakı izahatlatam sübuta yetirilir.İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda istinad edilən tərtib olunmuş siyahıdan görünür ki, həmin inzibati xəta üzrə aksiz markaları ilə markalanmamış 24 qutu “Kent”, “Continent”, “Cavallo”, “Senator”, “Parlament” və “Malboro” adda siqaretlər olmaqla ümumi satış qiyməti 54,1 manat aşkar edilmişdir. İXM-in 450.1-ci maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 450.1-ci maddəsi ilə təqsirli bilinərək, aksiz markaları ilə markalanmamış 5 ədəd “Kent” qara nazik qutu, 2 ədəd “Continent” ağ kompakt qutu, 3 ədəd “Cavallo” ağ nazik qutu, 2 ədəd “Malboro” göy nazik qutu, 5 ədəd “Cavallo” qara nazik qutu, 3 ədəd “Senator” qara nazik qutu, 2 ədəd “Parlament” ağ qalın qutu, 2 ədəd “Malboro” filtr plus adda siqaretlər olmaqla ümumi satış qiyməti 54,1 manatolan siqaret məhsulları müsadirə edilməklə, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-881/2018
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-881/2018
20.06.2018 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver