Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-887/2022 10.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Şəxs MMC tərəfindən 2019-cu ilin sentyabr ayından xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da həmin hüquqi şəxs, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, №1052813 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 bildirdi ki, X7 Şəxs MMC-də işləməmişdir. Ona görə də Şəxs MMC tərəfindən hər hansı bir inzibati xəta törədilməmişdir. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o, Şəxs MMC-də işləmişdir. Onu işə Anar adlı şəxs götürmüşdür və Şəxs MMC-nin işçisi olması barədə vəsiqəni də ona həmin şəxs vermişdir. Gündəlik 20 manat plan qoyulmuşdur, lakin bir müddət işlədikdən sonra planı doldura bilmədiyi üçün işdən çıxmışdır, lakin əmək haqqısı hələ də verilməmişdir. Bu səbəbdən də əmək müəfəttişliyinə şikayət etmişdir. Bu günədək də əmək haqqısını verməmişlər. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta hadisəsi baş vermişdir. Belə ki, aşağıdakılara əsasən müəyyən edilir ki, iş materiallarında olan Şəxs MMCnin 33 saylı, xx.xx.2021-ci il tarixli vəsiqəsinə əsasən Orxan Əlizadə nəzarətçi kimi həmin MMC-də çalışmışdır. İş materiallarında olan üzərində Şəxs MMC-yə məxsus möhürlə təsdiqlənmiş vəsiqənin surətindən görünür ki, Orxan Əlizadənin həmin MMC-də nəzarətçi vəzifəsində işçi kimi işləməsi qeyd edilmiş, X5 fotoşəkili də vəsiqənin üzərində yapışdırılmışdır. X5 X6nə ünvanladığı xx.xx.2022-ci il tarixli izahatında göstərmişdir ki, o Şəxs MMCdə müqaviləsiz işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Ona 390 manat pul verməliydilər, lakin vermədilər. 3 il ərzində işlədiyi əmək haqqısını istəyir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Ona görə də Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər, tərəflərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 20000 manat (iyirmi min manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-887/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-887/2022
10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver