Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-890/2025 09.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional idarəsinin nümayəndəsi Abbasov Əhməd-Mustafa Şamil oğlunun, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin direktoru X1 iştirakları ilə, ünvan 1 ünvanında yerləşən Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 233.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq küçəsi, Qanlı Gölün cənub-şərq hissəsində yeləşən Plove restoranının manqalının fəaliyyəti zamanı XKEMİnin əməkdaşları tərəfindən aparılan olçmə-analiz işləri zamanı atmosferə atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilə bilən həddən artıq olmuşdur. Məhkəmədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Abbasov Əhməd- Mustafa Şamil oğlu protokolu müdafiə edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, Qanlı Gölün cənub-şərq hissəsində yeləşən Plove restoranının manqalının fəaliyyəti zamanı XKEMİ-nin əməkdaşları tərəfindən aparılan olçmə-analiz işləri zamanı atmosferə atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilə bilən həddən artıq olması müəyyən edilmişdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə həmin ərazidə xüsusi cihazla İdarənin əməkdaşları tərəfindən monitorinq keçirərək, akt tərtib olunmuşdur. 03 dekabr 2024-cü il tarixdə isə İXM-nin 233.1-ci maddəsin pozuntusu ilə bağlı protokol tərtib edilmişdir. Həm də bildirmişdir ki təmsil etdiyi qurumun müvafiq təxirəsalınmaz monitorinq keçirtmək səlahiyyəti var. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nın direktoru Elməddin Zamanov bildirmişdir ki, inzibati xəta haqqında iş düzgün aparılmamışdır, protokol tərtib olunarkən o, yolda olduğunu gələcəyini bildirsə də, idarənin nümayəndləri onu gözləmədən ərazidən getmişlər. Restoranda təmizləyici qurğu var, ona görə də hesab edir ki, qərar qanunsuzdur. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində iştirak edən XKEMİ-nin baş mühəndisi Rüstəm Əsgərov bildirdi ki, COP 29 vaxtı “Ekologiya və Təbii Sərvətlər Nazirliyi”nin qərarına əsasən reydlər keçirilirdi, “Plov” restoranına baxış keçirildi, nəticədə dəm qazı normadan artıq oldu, ona görə də müvafiq akt tərtib edib göndərildi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 233.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq küçəsi, Qanlı Gölün cənub-şərq hissəsində yeləşən Plove restoranının manqalının fəaliyyəti zamanı XKEMİ-nin əməkdaşları tərəfindən aparılan olçmə-analiz işləri zamanı atmosferə atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilə bilən həddən artıq olmuşdur. İş materiallarında olan 002646 saylı 07 noyabr 2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan 1164/11RETSİ-26 qeydiyyat nömrəli 30 sentyabr 2024-cü il tarixli Bakı şəhərində keçiriləcək COP-29 Beynəlxalq tədbiri ilə əlaqədat atmosfer havasının mühafizəsinin nəzarətdə saxlanılması məqsədilə Bakı şəhəri xidməti ərazisində olan şadlıq saray və restoranlarda monitorinq tədqbirinin keçirilməsi ilə bağlı Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq küçəsində fəaliyyət göstərən Şəxs MMCnin ətraf ərazisində monitorinq keçirildi. Monitorinq zamanı məlum oldu ki, Şəxs restoranında qaz-toz tutucu təmizləyici qurğu quraşdırılmışdır.Əraziyə keçirilən vizual baxış zamanı ərazidə tüstü müşahidə edildi. Monitorinq olçmə işləri iaşə obyekti fəaliyyətdə olan zaman tüstü bacasının yaxınlığında təxminən 5-7 metr məsafədə Ankat 64 M3-03 səyyar cihazı vasitəsilə aparıldı. Ölçmənin nəticələrinə görə həmin ərazidə CO 2 dəm qazının -16,1 mq/m3 (norma 5,0 mq/m3) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Aktı XKEMİ-nin baş mühəndisi Rüstəm Əsgərov, aparıcı mütəxəssis Natiq Rəsulov və baş mütəxəssis Amir Seyidli imzalamışlar. İş materiallarında olan 88447 saylı, 16 noyabr 2024-cü il tarixli aktdan görünür idarənin müvafiq sərəncamına əsasən Yasamal rayonu xidməti ərazisində “Ətraf mühitin mühafizəsi haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, Tullantılar haqqinda” və ətraf mühitin mühafizə sahəsində qəbul edilmiş Azərbaycan Respublikasının Qanunlarının və digər qanunvericilik aktlarının icrasını nəzarət məqsədilə X3 Monitorinq İdarəsinin mütəxəssislərinin iştiraki ilə monitorinqlər verilmişdi. Monitorinqlər zamanı Yasamal rayonu Mikayil Müşfiq ev. Qanli Gölün cənub-şərq hissəsində yerləşən Plov restoranin fəaliyyəti zamani atmosferə qatı şəkildə tüstü və qoxunun yayıldığı vizual baxiş zamani müşahidə edilmişdir. X3 Monitorinq İdarəsinin mütəxəssislərin tərəfindən onların və Plov restoranın əməkdaşı özünü Feyzullayev Aqşın kimi təqdim edən şəxsin (administrator) iştiraki ilə sabit hava şəraitində restoranin fəaliyyəti zamanı atmosfere atılan zərərli qaz qarışıqlarının miqdarının müəyyən edilməsi məqsədilə ölçmə-analiz işləri aparılmış, aparilan ölçmə-analiz işləri zamani atmosferə atılan zərərli maddələrin miqdarının ətraf mühid üçün yol verilə bilən qatılıq həddindən artıq olduğu müəyyən edilən xx.xx.2024-ci il tarixli monitorinq aktı tərtib edilmişdir. Aşkar olunmuş faktla əlaqədər restoranin əməkdaşına “Ətraf mühitin mühafizəsi haqqinda” Azərbaycan Respublikasınin Qanununun 31;32 madddələrinin tələblərinin həmçinin “Atmosfer havanin mühafizəsi haqqinda” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulduğu izah olunmuşdur. Feyzullayev Aqşın araşdırmada iştirak edərək ölçmə-analiz işləri ilə tanış olsa da monitorinq altına imza etməkdən və izahat verməkdən imtina etmişdir. Araşdırma müddətində ərazidən çəkilən fotoşəkillər, xx.xx.2024-ci il tarixli 002646 nömrəli monitorinq aktı əldə olunmuş digər sənədlər akta əlavə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs in zibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 99.1-ci maddəsinin tələblərinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biridir. Həmin Məcəllənin 76-ci maddəsinin tələblərinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə görə müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 100-cü maddəsinin tələblərinə görə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 10.8-ci maddəsinə əsasən Ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilməmiş ölçmə vasitələrinin istismarı qadağandır. “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnaməyə əsasən, ətraf mühitin monitorinqi - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi olub, hava, su, torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemindən ibarətdir. Atmosfer havasının çirklənməsinin monitorinqi - təbii proseslər və antropogen fəaliyyət nəticəsində atmosferə atılan zərərli qaz, maye və bərk tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsindən ibarətdir. Atmosfer havasında kükürd, karbon və azot oksidləri, toz, qurum, fenol, freon və digər zərərli maddələrin qatılığını müəyyənləşdirmək üçün üç kateqoriyadan ibarət müşahidə və nəzarət məntəqələri təşkil edilir: stasionar müşahidə məntəqələri sistematik və uzun müddətli müşahidələr aparılması üçün nəzərdə tutulur. Bu məntəqələr hava nümunələrinin götürülməsi, atmosferə atılan tullantıların fasiləsiz qeydiyyatının aparılması və meteoroloji parametrlərin müəyyənləşdirilməsi üçün zəruri olan cihaz və avadanlıqlarla təchiz olunur; səyyar məntəqələr tələb olunan yerlərdə və istənilən vaxtlarda ölçü cihazları vasitəsilə müntəzəm olaraq müşahidələr aparmaq, hava nümunələri götürmək və meteoroloji müşahidələr aparılması üçün nəzərdə tutulur; məşəlaltı postlar tüstü və qaz məşəlləri altında birdəfəlik müşahidələr aparmaq üçün nəzərdə tutulur. Atmosfer havasının çirklənməsi üzərində müşahidələr stasionar və səyyar məntəqələrdə aparılır. Stasionar və səyyar məntəqələr hər bir şəhərin (yaşayış məntəqəsinin) sahəsi, relyefi, sənayenin inkişafı, səyyar tullantı mənbələri və əhalinin sayı nəzərə alınmaqla aşağıdakı qaydada təşkil olunur: Atmosfer havasının çirklənməsi üzərində müşahidələr stasionar və səyyar məntəqələrdə aparılır. Stasionar və səyyar məntəqələr hər bir şəhərin (yaşayış məntəqəsinin) sahəsi, relyefi, sənayenin inkişafı, səyyar tullantı mənbələri və əhalinin sayı nəzərə alınmaqla aşağıdakı qaydada təşkil olunur: Bakı şəhərində əhalinin sayının 2,0 milyondan çox olduğunu nəzərə alsaq, sözügedən məntəqələrin sayı 15-20 arasında olmalıdır. Göründüyü kimi əməkdaşlar qanununun bu tələbini də pozaraq ərazinin müqayisəli monitorinqini təmin etməmişdirlər. Ümumimiyyətlə, monitorinqin iş gününün sonunda, şəhərdə nəqliyyat vasitələrinin sıxlıq təşkil etdiyi, tıxacların olduğu, bunun nəticəsində səs-küyün və havaya daxil olan qazların intensiv olduğu vaxtda təşkil edilməsi xüsusilə nəzərə alınmalıdır. Bundan başqa, 13 iyun 2013-cü il tarixli 686-İVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikası NK-nin qərarına 6 nömrəli Əlavədə tipi təsdiq edilmiş standart nümunələrin və ölçmə vasitələrinin dövlət reyestrinin aparılması qaydasını müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Amma təqdim olunmuş sənədlərdən məlum olur ki, monitorinq aktı xx.xx.2024-cü il tarixdə tərtib edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol yalnız 03 dekabr 2024-cü il tarixdə tərtib edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə riayət edilmədiyi müəyyən edilmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün mütləq şəkildə ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması halı sübut ediməlidir. Həmçinin nəzərə alınmalıdır ki, həmin inzibati xətanın baş verməsini təsdiq edən, sübut edən bu mühüm halı yalnız xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilə biləlr. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən monitoring aparılarkən istifadə olunan ölçmə vasitəsinin harada çəkilməsi müəyyən edilməmişdir. Belə ki, tədqiq edilmiş iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 233.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq küçəsi, Qanlı Gölün cənub-şərq hissəsində yeləşən Plove restoranının manqalının fəaliyyəti zamanı XKEMİ-nin əməkdaşları tərəfindən aparılan olçmə-analiz işləri zamanı atmosferə atılan tozun miqdarının ətraf mühit üçün yol verilə bilən həddən artıq olmuşdur. Monitorinqin nəticələrinə dair aktda Aqşin Feyzullayevin, prtokolda isə Elməddin Zamanovun adı qeyd olunsa da, onların iştirakı ilə monitorinq aparılması məhkəmədə müəyyən edilməmişdir. Bu fakt bir daha monitorinqin keçirilmə şəraiti və ümumiyyətlə sözügedən əraziyə əməkdaşlar tərəfindən baxış keçirildiyinə və məhz həmin ərazidə olçmə işlərinin aparılmasına əsaslı şübhələr yaradır. Həm də məhkəmədə müəyyən edilmişdir ki, Şəxs MMC-nin direktoru onlara yolda olduğunu bildirsə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri MMC-nin direktorunu gözləmədən həmin ərazidən uzaqlaşmış, şəxsi mülahizələri əsasında protokol tərtib etməklə guya direktorun izahat verməkdən imtina etməsini qeyd etmişlər. Aktda adı qeyd olunan və aktı imzalamqdan imtina edən Aqşin Feyzullayev adlı şəxsin isə restoranın nümayəndəsi olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir Məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, Şəxs MMC tərəfindən pozulması iddia olunan İXM-nin müvafiq normasında ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Amma sözügedən normanın dispoziyasında qeyd olunanları, yəni Şəxs MMC tərəfindən ətraf mühitə hər hansı zərərli maddələrin atılmasını təsdiq edən heç bir sübut təqdim edilməmiş, ümumiyyətlə bu barədə qeyd aparılmamışdır. Monitorinq aktında sözügedən ərazidə atmosfer havasının dəm qazı ilə çirklənməsinin yol verilən hədd normasından artıq olduğu göstərilmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı “Plov" restoranına tərəflərin iştirakı təmin edilməklə həmin olçmə vasitəsilə yerində müşahidə aparılmış və CO (dəm qazı) nin miqdarı 0 təşkil etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin xüsusi texniki vasitənin göstəriciləri sübut kimi qəbul edilə və onun əsasında inzibati tənbeh tətbiq edilə bilməz. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, sahibkarlıq subyektində aparılmış yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə də riayət edilməmişdir. Belə ki, həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılmışdır. Həmin qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci iltarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş əlavədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində aparıla bilən yoxlamaların siyahısı göstərilir. Həmin Fərmanla təsdiq edilmiş əlavədə qeyd edilir ki, Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərindən də göründüyü kimi, sahibkarlıq subyektində yoxlamaların aparılması müvafiq qanunla tənzimlənir. Həmin Qanuna və tətbiqi barədə Fərmana nəzər saldıqda məlum olur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi orada qeyd edilməmişdir. Belə olan halda hazırkı iş üzrə yoxlayıcı orqan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410- İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci iltarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə sahibkarlıq subyektində yoxlamanı həyata keçirməli idi. Məhkəmə araşdırması zamanı həmin razılığın olmasını təsdiq edən sübut müəyyən edilməmişdir. Məhkəmə araşdırması zanmanı yoxlayıcı orqanın səlahiyyətli nümayəndəsi ona verilən sula cavab olaraq bildirmişdir ki, aparılan yoxlamanın vahid məlumat reyestrində qeydə alınmaqla yəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun aparılması barədə onda hər hansı məlumat yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin qanunun 13.2-ci maddəsinə əsasən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin qanunun 13.3-cü maddəsinə əsasən Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin qanunun 13.4-cü maddəsinə əsasən Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin qanunun 13.5-ci maddəsinə əsasən Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır. Belə olan halda məhkəmə hesab edir ki, yoxlayıcı orqan tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməklə aparıldığından bu cür yoxlamanın və ya monitorinqin gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz o, cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların və monitorinqlərin hüquqi nəticəsi yoxdur. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-da aparılan yoxlama zamanı istifadə olunmuş xüsusi texniki vasitə olan PCE MPC-10 (toz ölçən) ölçü vasitəsi ona verilmiş OMS K 08665 saylı ölçü vasitəsinin şəkli çəkilsə də, video çəkilməməsi şübhə doğurur. Belə ki, məhkəmədə protokolu tərtib etmiş şəxs tərəfindən nümayiş edilmiş, lakin təqdim edilməmiş videoçəkilişdə yalnız Plove restoranın mətbəxti kənardan videoya çəkilmiş, lakin ölçü aparılarkən video çəkilməmiş və onun nəticələrinə əsasən Şəxs MMC barəsində inzibati protokol tərtib edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin yoxlama zamanı toplanmış matreriallar Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və toplanmış digər materiallar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinəəsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 233.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-890/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-890/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver