Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-892/2021 02.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 482.1 və 480-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli 00800/0007 nömrəli qərardan verdiyi şikayət ərizəsini, həmin şikayətə baxılması üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsini və ona əlavə edilmiş sənədləri işin məhkəmədə baxılmasına hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1 və 480-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli 00800/0007 nömrəli qərarın ləğv edilməsini və həmin şikayətə baxılması üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq, yəni inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda,inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə , səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarır. Şikayət ərizəsindən və iş materiallarından görünür ki, X4 xx xxxxxx 2019-cu ildə Çin Xalq Respublikasının Şençjen şəhərində tamah niyyəti ilə və satış məqsədilə əldə etdiyi 1 ədədinin dəyəri 2000 manat olmaqla 7 ədəd “İphone 11 Pro” markalı, 1 ədədinin dəyəri 1700 manat olmaqla 2 ədəd “İphone XS” markalı mobil telefonlardan, 2 ədəd “İphone 11 Pro” markalı mobil telefonu əyninə geyindiyi jiletin sağ cibində, 2 ədəd “İphone 11 Pro” markalı mobil telefonu əyninə geyindiyi şalvarın sol arxa cibində, 3 ədəd “İphone 11 Pro” markalı və 2 ədəd “İphone XS” markalı mobil telefonları isə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əyninə geyindiyi şalvarın kəmərinin arxa bel hissəsinin altında yerləşdirib gizlədərək, ümumilikdə 17400 manat dəyərində 9 ədəd mobil telefonu xx xxxxxx 2019-ci il tarixdə TK 334 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirərək saat 20 radələrində X8 Aeroportunda fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postundan qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli və bəyan etməməklə qəsdən keçirmişdir. X3 Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsilə təqsirləndirilənməsinə dair cinayət işinin materiallarına Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmış və xx xxxxxxxx 2020-ci il tarixli 1(003)-132/2020 nömrəli qərarla cinayət işinə xitam verilmiş və toplanmış material inzibati məsuliyyət məsələsinə baxılması üçün Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilmişdir. Bundan sonra X4 qeyd olunan fakta görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli 00800/0007 nömrəli qərarla İXM-nin 482.1 və 480-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsindən tənbeh tədbiri təyin edilmişdir. Beləliklə iş materiallarından müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyi yer Xəzər rayonun inzibati ərazisində yerləşən X8 Aeroportunda fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postudur. X1 tərəfindən isə onun şikayətinə yaşayış yeri üzrə baxılmasına dair hər hansı bir vəsatət daxil olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən İXM-nin 482.1 və 480-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli 00800/0007 nömrəli qərardan verdiyi şikayəti, həmin şikayətə baxılması üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə, yəni inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.3 və 129.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 480-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli 00800/0007 nömrəli qərardan verdiyi şikayət ərizəsi, həmin şikayətə baxılması üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-892/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-892/2021
02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver