Məhkəmə qərarları › İş №3(004)-894/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-894/2021

09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-894/2021 09.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2in Bakı şəhər DYPİnin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində səhər saat 06:30-da onun avtomobilini yol polis əməkdaşları saxlayıb və içkili olmadığı halda onun içkili olduğunu bildirmişdirlər. Onu 20-ci otağa göndərmişdilər orda ondan 700 azn rüşvət istəmişdirlər. Bundan sonra o, özü, müayinədən keçdikdən sonra içkili olmadığı haqqında arayış almışdır. Onun sürücülük vəsiqəsini Yasamal rayon Məhkəməsinə göndərmişdirlər, məhkəmə isə onun vəsiqəsini geri qaytarmışdır. Sənədlər tam olmadığından, xx.xx.2021ci il tarixində sürücülük vəsiqəsini tələb etdiyindən məhkəmə qərarı olmadan qərarsız cəriməni qərarlı edərək ona geri vermişdilər.Buna görə də o, sözügedən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X4 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarından görünür ki, X2 xx xxxxxx 2020-ci il tarixdə saat 05:36-da Yasamal rayonu, Tbilisi prospektində “Kia Rio” markalı, Az 90KY151 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə xx.xx.2020-ci il tarixli (saat 09:50) aktdan görünür ki, müayinə zamanı X2 ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş sübutları tədqiq edib, tərəflərin izahatları ilə paralel qiymətləndirərək hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİnin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş TP ******* nömrəli xx.xx.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, X2 tərəfindən məhkəməyə təqdim edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə aktda X2in ayıq vəziyyətdə olması qeyd edilsə də, müayinə sonuncu xüsusi texniki vasitə ilə müayinə edildikdən (saat 05:36) saatlar sonra (09:50)-da həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-cu maddəsinin qeyd hissəsinin tələblərinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2in Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2in Bakı şəhər DYPİnin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş TP ******* saylı xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar