Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9/2024 19.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə Hüquqi ünvanı AZ1165, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 81 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət 280000.00 (iki yüz səksən min) ABŞ dolları məbləğində vəsaiti 17 noyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 280000.00 (iki yüz səksən min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 18 noyabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirak etdiyi məhkəmə iclasında barələrində tərtib olunan protokola etiraz edərək bildirmişdir ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız olduğundan ləğv edilməli, inizbati xəta haqqında icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd olunub ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarıİmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuzfaizinədək məbləğdə cərimə edilir. Sözügedən maddi hüquq normasının dispozisiyasınddan göründüyü kimi hər-hansı dəqiq müddət qeyd olunmayıb və ümumiyyətlə belə bir müddət məhdudiyyəti heç bir normativ-hüquqi aktda mövcud deyil. AR Mərkəzi Bankının idarə Heyətinin 2016-cı il 28 noyabr tarixli, 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş normativ xarakterli akt olan “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıİdıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Mərkəzi Bank publik hüquqi şəxsdir və qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə nəzarət etdiyi bütün subyektlər, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.3-cü bəndinə görə normativ xarakterli akt məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmçinin həmin Konstitusiya Qanununun 4.2,-ci bəndinə əsasən normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz. Həmçinin eyni qanunun 4.3,-cü bəndinə görə normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir. Mərkəzi Bank tərəfindən qəbul edilən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” heç bir normativ hüquqi akta əsaslanmadan qəbul edilmişdir və ümumiyyətlə bu qaydaların əsaslanacağı normativ hüquqi akt mövcud deyil. Hətta Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarında da belə norma öz əksini tapmamışdır. Həmin qaydaların 13-cü bəndində (idxalda hesablaşmalar) belə hər-hansı müddət nəzərdə tutulmayıb. Bu onu deməyə əsas verir ki, Mərkəzi Bankın normativ xarakterli aktı əsasında inzibati xəta haqqında protokol tərtib etməsi qeyd edilən Konstitusiya Qanununun kobud surətdə pozulmasıdır. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsininin dispozisiyasında “avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə” sözləri qeyd edilmişdir. Burada hesab edirəm ki, müddətlər deyildikdə müqavilədə qeyd edilən müddətlər nəzərdə tutulur. Əks halda maddənin dispoziyasında müddətlər deyil müddət sözü qeyd olunardı. Nəzərə alaraq ki, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və/və ya natamam, müqavilə şərtlərini pozaraq yerinə yetirilməsi müqavilənin istənilən tərəfinin, həmçinin satıcının təqsirindən, həmçinin digər qarşısıalınmaz fors-major hallarından yarana bilər, 430.4-cü maddənin dispoziyasında qeyd edilən müddət ifadəsi birbaşa olaraq müqavilə tərəflərinin müəyyənləşdirdiyi müddəti ehtiva edir. Belə olan halda, alıcının inzibati məsuliyyətə cəlb edilməsi ədalətlilik prinsipinə ziddir. Əlavə olaraq qeyd etmək istəyirik ki, AR Mərkəzi Bankı özfaəliyyətində yalnız AR Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının qanununa və digər qanunları rəhbər tutmalıdır. Qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 65-ci maddəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair AR Mərkəzi Bankı tərəfindən tərtib edilən EP №0141918 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsinə və inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2021-ci ildə “Daliland Alliance LTD” şirkətinin hesabına qabaqcadan 280000.00 (iki yüz səksən min) ABŞ dolları məbləğində ödəniş edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati İcraat və Məhkəmə İşləri şöbəsinin səlahiyyətli əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolla, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə və "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanan xx.xx.2023-cü il tarixli OUT-01444-2023/1 nömrəli məktubla tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək (EP ******* saylı protokol üzrə) inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 280000.00 (iki yüz səksən min) ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 56000.00 (əlli altı min) ABŞ dolları məbləğində (ödəniş gününə olan məzənnə üzrə manatla) cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-9/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver