Məhkəmə qərarları › İş №3(004)-900/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-900/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-900/2024 04.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X8 iclas katibliyi ilə X12 İsmayıl-Əfəndiyeviçin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin “MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X12 İsmayıl-Əfəndiyeviç Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin “MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, X6 "xxxx" ASC-nin sabiq işçisi X2 Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, ona son haqq-hesabın ödənilmədiyini bildirmişdir. X13 Xidməti tərəfindən onun müraciətinə baxılmış, X7 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilsə də, ona son haqq-hesabın xx.xx.2023-cü ildə ödənildiyi məlum olmuş, buna görə də vəzifəli şəxs kimi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-ci il tarixli, MN1612367 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və mən 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. X7 xx.xx.2023-cü il tarixindən X6 "xxxx" ASC-də çalışmış və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. X6 "xxxx" ASC tikinti sahəsində fəaliyyət göstərir, respublika ərazisində və ölkə xaricində əhəmiyyətli dövlət layihələrini icra edir. Buna görə də "xxxx" ASC-nin əsas maliyyə vəsaitləri bu layihələrə görə sifarişçilər tərəfindən ödənilən vəsaitlər hesabına formalaşır. "xxxx" ASC müəyyəm bir layihəni icra edir, icra edilmiş layihə nəticəsində görülmüş işlərin dəyəri ona ödənilir. Əgər həmin işlərin dəyərinin "xxxx"xxxx"xxxx" ASC-nin işçilərinin əmək haqqı və digər ödənişlərinin ödənilməsinin gecikdirilməsinə səbəb olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Qeyd olunan xx.xx.2024-cü il tarixli, MN1612367 nömrəli inzibati tənbeh vermə haqqında qərar son haqq- hesabın ödənilməsindən sonra qəbul olunmuşdur. Bu da İXM-in qeyd olunan məqsədinin həyata keçirilməsinin təmin edilməsinə imkan vermir. X3 son haqq-hesab ödənildikdən sonra mənim barəmdə İXM-in 192.4-cü maddə ilə inzibati tənbeh vermə haqqında qərar qəbul olunması qeyd olunan şəxs üçün heç bir müsbət nəticəyə səbəb olmur və İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən məqsədin təmin olunmasına imkan vermir. Bundan əlavə İXM-in 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. xx.xx.2024-ci il tarixli, MN1612367 nömrəli inzibati tənbeh vermə haqqında qərar ona rəsmi qaydada xx.xx.2024-cü il tarixində verilmişdir. Faktiki olaraq, X1 haqq-hesabının ödənilməsi, son haqq-hesab ödənildikdən sonra barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi, "xxxx" ASC-nin maliyyə vəsaitlərinin gördüyü işlərə və göstərdiyi xidmətlərə görə ödənilən vəsaitlərdən formalaşması, inzibati tənbehi tətbiq etmiş orqanın qərəzli olması, qərarın ədalətli olmaması, işin hallarına uyğun gəlməməsi, işin hallarının tam, obyektiv araşdırmaması bu qərarın ləğv olunması üçün əsas ola bilər. Odur ki, göstərilənləri nəzərə alaraq, inzibati tənbeh vermə haqqında 24.01,2024-ci il tarixli, MN1612367 nömrəli qərarın ləğv edilməsi və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. X12 İsmayıl-Əfəndiyeviç “Elektron Məhkəmə” sistemi vasitəsilə xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2024-cü il, saat 15:00-a təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X15-Əfəndiyeviç İXM-in 192.4-cü maddəsi ilə (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) təqsirli bilinib 1000 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. İş materiallarında olan qeyd edilən protokolun surətindən görünür ki, faktiki olaraq şikayət vermiş şəxs tərəfindən protokolda göstərilən əməlin törədilməsi təsdiq edilir. Bundan əlavə məhkəmə qeyd edir ki, şikayətin məzmunundan belə görünür ki, şikayət verən şəxs "xxxx" ASC-nin işçilərinin əmək haqqı və digər ödənişlərinin ödənilməsinin gecikdirilməsini təsdiq edir. Şikayətçinin göstərdiyi şəraitdə onun hərəkətlərində təqsirli bilindiyi İXM-nin həmin maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X12 İsmayıl-Əfəndiyeviçin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar