Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-900/2025 01.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, şikayət verən X3, Azərbaycan Respublikası DİN Baş DYPİ-nin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası DİN Baş DYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24923587 saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş DYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24923587 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə şifahi qaydada ona məlum olmuşdur ki, barəmdə DİN BDYPİ Mərkəzi İnformasiya sistemi tərəfindən xx.xx.2024-cü il tarxdə, nömrəsi olmayan İnzibati Tənbeh vermə haqqında Qərar çıxarılmışdır. Qeyd edilən, nömrəsi olmayan xx.xx.2024-cü il tarixli Qərar ona təqdim edilmədiyindən BPPİ DYPİ- nə yaxınlaşaraq məsələyə aydınlıq gətirilməsini istəmişdir. Şobə rəisi Fuad Kamalovla və həmin şöbənin əməkdaşı Kənan Səmədzadə ilə görüşmüş, yerində araşdırma zamanı məlum oldu ki, qərar ona çatdırılmadan qüvvəyə mindirilmiş, və dəbbə hesablanmışdır. Sual verdikdə ki, məlumatı olmadığı halda Qərar qüvvəyə minməsinin səbəbi-əsası nədir. Cavab oldu ki istifadəsində olan - DYP-nın elektron bazasında qeydiyyatda olan ***-***-**-** bobil nömrəyə bununla bağlı SMS göndərilmişdir. Həmin SMS-in ona çatdığını təstiq edən sübut istədikdə isə SMS-in ona göndərildiyi barədə möhür və imza ilə təstiqlənməyən, printerdən çıxarılmış (mənşəyi mənə məlum olmayan) A4 farmat vərəqdə olan qeydə əsaslanaraq SMS-in ona göndərildiyini və bununla da Qərarın qüvvəyə minməsinə əsas olduğini bildirdi. Öz növbəsində İXM-nin 57, 125.2.1, 125.2.2, 125.3 və digər maddələri Şobə rəisi Fuad Kamalovun və həmin şöbənin əməkdaşı Kənan Səmədzadənin (Fuad Kamalovun iş otağında) diqqətinə çatdırmaqla bildirdi ki, SMS göndərmək onun bu işdən məlumatlı olmağı və mübahisələndirə bilməyinə imkan verən hal deyil. Belə ki, İXM-nə əsasən SMS ona çatdığı barədə sübutlarda daxil olmaqla iş üzrə materiallar ona çatdırılmalı idi (Kağız daşıyıcıda xəmərnaməli poçtla və ya elektron poçt ünvanıma göndərilməklə). Lakin, Fuad Kamalov isararla bildirdi ki, “SMS-in cavabdehə çatıb-çatmaması onlar üçün maraqlı deyil, əsas odur ki, SMS onlardann çıxıb, Qərarıda gəlib götürə bilərdi idarədən”. İsrarlı tələbləri üzərinə yalnız Qərar olmaqla (Protokol, inzibati xətam sübut edən foto-vidio və s. sübutlər təqdim edilmədən} elektron poçtuma (te 1 man.dem@mai 1 .ru) xx.xx.2024-cü il tarixdə Elektron ünvan elek.poçt vasitəsi ilə göndərilmişdir. Məhkəmədə şikayət verən X5 şikayıtlə eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası DİN Baş DYPİ-nin nümayəndəsi X4 bildirdi ki, əvvəla T.Alıyevin şikayətində qeyd olunan hallar qərarın ləğv edilməsi üçün əsas deyildir. Belə ki, həmin qərar elektron olduğundan onsuz da inzibati xəta törədənin iştirakı olmadan qəbul edilir. Bundan başqa qeyd olunan yerdə giriş qadağandır nişanı var, sürücünün vəzifəsidir ki, diqqətli olsun, onun nişanı görməməsi qanunla məsuliyyətdən azad olunması üçün əsas deyil. Ona görə də xahiş edir ki, şikayət təmin edilməsin. Məhkəmə iş materiallarını araşdırıb, o cümlədən iş materiallarına əlavə edilmiş fotolara baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş DYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24923587 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2024-cü il tarixində saat 10:57-da Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova və S.Dadaşov küçələrinin kəsişməsində özünə məxsus “VAZ 21013 minik” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman 3.1. "Giriş qadağadır” yol nişanının tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərə məhkəmə iclasında baxılarkən X3 törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2024-cü il tarixində idarə etdiyim Volkswagen Jetta minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Yasamal rayonu A.Sultanova və S.Dadaşov küçələrinin kəsişməsində hərəkətdə olan zaman giriş qadağandır yol nişanının tələblərini pozmaqla hərəkətini davam etdirmişdir. Ona görə də Bakı şəhəri BPİ DYPİ-nin YPX-nin inspektoru tərəfindən onun barəsində həmin tarixdə EQ 24923587 saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. X1 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından qərardan şikayət vermişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-nin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. İXM-in 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. İXM-nin 122.1-ci maddəsinə əsasən Şikayətçi qərarın iştirakı olmadan baxılmasını, ona məlumat verilməməsinin qeyd etsə də göründüyü kimi elektron qərar inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində qəbul edilir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməsini qadağanedici işarəni görməməsi ilə əlaqələndirsə də, həmin hal, yəni sürücünün avtomobil idarə edərkən diqqətsiz olması qərarın ləğv edilməsi üçün əsas ola bilməz. əksinə yol nişanlarına münasibətdə diqqətli olmaq sürücünün vəzifəsidir. Həmin ərazidə qadağanedici işarəyə qədər yalnız düzünə hərəkəti göstərən başqa işarə də mövcuddur. Həm də məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində elektron qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş DYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24923587 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-900/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-900/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver