Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-909/2022 04.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 27.10.2021-ci il tarixli EQ ******* nömrəli protokolu və həmin protokol üzrə qəbul olunmuş 27.10.2021-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 oğlunun Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 27.10.2021-ci il tarixli EQ ******* nömrəli protokolu və həmin protokol üzrə qəbul olunmuş 27.10.2021-ci il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 27.10.2021-ci ıl saat 10:35 radələrində Mətbuat prospekti - Akim Abbasov küçəsinin kəsişməsində, Bakı Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində inzibatı tənbeh vermə haqqında protokol tərtib edilmişdir. EQ ******* saylı protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsini nəzərdə tutaraq yol nişanı tələblərinə riayyət etməməsi iddia olunur. Akim Abbasov küçəsində quraşdırılmış 2.5 və 5.8.1 yol nişanlarının tələblərinə riayət etmişəm və ikinci yol ayırıcından sola Mətbuat prospektinə, dönmə əməliyyatı etmişdir və heç bır inzibati xəta törətməmişdir. Buna görə də o, həmin qərarla razılaşmayaraq ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada (SMS xəbərdarlıq daxil olmaqla) xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan və şikayətçi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş X3 oğlunun Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 27.10.2021-ci il tarixli EQ ******* nömrəli protokolu və həmin protokol üzrə qəbul olunmuş 27.10.2021-ci il tarixli qərarından görünür ki, X3 oğlu 27.10.2021-ci il tarixdə 10:35-də Mətbuat prospekti ilə akim Abbasov küçələrinin kəsişməsində “Toyota prius” minik markalı Az ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanının tələblərinə riayət etməməsinə görə barəsində protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 27.10.2021-ci il tarixli EQ ******* nömrəli protokolu və həmin protokol üzrə qəbul olunmuş 27.10.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 27.10.2021-ci il tarixli EQ ******* nömrəli protokolu və həmin protokol üzrə qəbul olunmuş 27.10.2021-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-909/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-909/2022
04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver