Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-915/2021 06.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi X3 iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı PB-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxx 2021-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin xx xxxxx 2021-ci il tarixli qərarından və rədd materiallarına əsasən tərtib edilmiş xx xxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X4 məxsus velosipedi Ə.Ələkbərov küçəsi 40 ünvanından və Fərhadov Hicran Dadaş qızına məxsus Ə.Ələkbərov küçəsi 41 ünvanından 4 cüt ayaqqabını oğurlamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin sahə inspektoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, məhəllə 522, X14 İdarəçilik Akademiyasının 1 nömrəli Yataqxanası, otaq 43-də yaşayan vətəndaş Fərhadova Hicran Dadaş qızı xx xxxxx 2021ci il tarixində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx xxxxx 2021-ci il tarixdə saat təxminən 18:00 radələrində yaşadığı yataqxananın ikinci mərtəbəsinin dəhlizindəki paltar şkafından ona məxsus dörd cüt qadın ayaqqabısının naməlum şəxs tərəfindən gizli olaraq talama niyyəti ilə oğurlanmasını aşkar etmişdir. Odur ki, o, hadisəni törətmiş şəxsin müəyyən edilərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bundan başqa X8 xx.xx.2021-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nə müraciət edərək bildirmişdir ki, xx xxxxx 2021-ci il tarixdə saat 20:00 radələrində yaşadığı evin həyətində saxladığı, dəyəri təxminən 80 manat təşkil edən qara rəngli velosipedin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Aparılmış araşıdrma zamanı məlum olmuşdur ki, həmin oğurluq hadisələrini Şəxs törətmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yekun olaraq X5 məhkəmədən X11 barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, Şəxs izahatında göstərdiyi X6 məxsus velosipedin polis bolməsinə təhvil verilməsi həqiqəti əks etdirmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Ə.Ələkbərov küçəsi, 522-ci məhəllə, ev 1 ünvanının qarşısındakı ayaqqabıların istifadə edilmədiyini və yararsız olduğunu düşünərək həmin ayaqqabıları məişət tullantılarını yığdıqları kisəyə qoymuş, hal-hazırda həmin kisə evin olduğunu düşünür. X2 nəvəsi ilə onun oğlu dostdurlar və tez-tez velosipedlərini dəyişirlər. Bu səbəbdən də Töyfə xanım velosipedin oğurlandığını düşünmüş, lakin həmin velosipeti o Polis Bölməsinə təhvil vermişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X9 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Aslan Qasımov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxx 2021-ci il tarixli qərardan görünür ki, Fərhadova Hicran Dadaş qızına məxsus 150 (yüz əlli) manat dəyərində dörd cüt qadın ayaqqabılarının talanması ilə nəticələnən əməldə Azərbaycan Respublikası CM-in 177.1 -ci maddəsinin yəni, özgənin əmlakını gizli olaraq talama cinayətinin tərkibi yoxdur. Hadisəni törətmiş şəxsin əməlində heç bir cinayətin tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Fərhadova Hicran Dadaş qızının ifadəsindən görünür ki, xx xxxxx 2021-ci il tarixində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx xxxxx 2021-ci il tarixdə saat təxminən 18:00 radələrində yaşadığı yataqxananın ikinci mərtəbəsinin dəhlizindəki paltar şkafından ona məxsus dörd cüt qadın ayaqqabısının naməlum şəxs tərəfindən gizli olaraq talama niyyəti ilə oğurlanmasını aşkar etmişdir. Dörd cüt qadın ayaqqabısının gizli olaraq talama niyyəti ilə oğurlanması nəticəsində ona ümumilikdə 150 (yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, o, hadisəni törətmiş şəxsin müəyyən edilərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Fərhadova Hicran Dadaş qızı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ona məxsus 4 cüt ayaqqabı oğurlanmışdır və X9 barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Çingiz Qurbanov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxx 2021-ci il tarixli qərardan görünür ki, X2 Yasamal RPİ-nin 26-cı PB-nə ünvanladığı müraciət əsasında toplanmış material üzrə onun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olaraq oğurluq etmiş şəxsin əməlində cinayət tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Baş vermiş oğurluq hadisəsi nəticəsində X2 80(səksən) manat məbləğində dəyəri olan əmlakı talandığı üçün toplanmış materialda Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkib elementləri yoxdur. Belə olan halda əməldə heç bir cinayətin tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. X2 ifadəsindən görünür ki, nəvəsinin istifadə etdiyi markasını bilmədiyi, dəyəri təxminən 80 manat təşkil edən qara rəngli velosipedi yaşadıqları ünvan 3 ünvanının həyətində saxlayırdı. xx xxxxx 2021-ci il tarixdə saat 20:00 radələrində evə gələrkən, həyətdə olan velosipedin yerində olmadığını görmüşdür. Bundan sonra bir qədər yaşadığı evin həyətində və ətraf ərazilərdə velosipedi axtarmağa başlamışdır. Bir sıra yerləri axtarmasına baxmayaraq, velosipedi tapmağa nail ola bilməmiş və beləliklə, velosiepdin naməlum şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir. X8 izahatında velosipedin xx.xx.2021-ci il tarixdə saat 19:10-dan xx.xx.2021-ci il tarixdə saat 20:00-dək olan müddət ərzində oğurlandığını və baş vermiş oğurluq hadisəsi nəticəsində 80 manat dəyərində əmlakının talandığını qeyd etmişdir. Baki şəhər Yasamal Rayon Məhkəməsinin 3(004)-4241/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiri tətbiq edilmişdir. X8 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ona məxsus 80 manat dəyərində velosiped oğurlanmışdır və X9 barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Şəxs polis əməkdaşlarının xırda talama törətməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatı inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi nəticəsinə gəlir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını talayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş iş materialları ilə tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs evli olmaqla himayəsində 3 övladının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Baki şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiri tətbiq edilməsinə baxmayaraq eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4. -ci maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs məhkəməyə gətirildiyi yəni, xx xxxxx 2021-ci il tarixdən saat 12:21-dən hesablanmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı xx xxx 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 5 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 12:21-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 göstərdiyi 5 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. X7 göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesablaşma hesabı - “xxxx” ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:- AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-915/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-915/2021
06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver