Məhkəmə qərarları › İş №3(004)-921/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-921/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-921/2020 14.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi ilə Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi X4, şikayətçi “xxxxxxxxxx” MMC-nin direktoru X5 vəkili X7 iştirakları ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.6-cı maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X12 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. ŞikayətçiX12 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2019-cu il tarixədək olan müddətdə “xxxxxxxxxx" MMC-nin (VÖEN:**********) direktoru vəzifəsində işləmişdir. İşlədiyi müddətdə X15 adlı şəxs xx.xx.2019-cu ildə ərizə ilə müraciət edərək, onu MMCyə məxsus supermarketdə nəzarətçi vəzifəsinə qəbul edilməsini xahiş etmiş, MMC-nin xx.xx.2019-cu il tarixli 139k saylı əmri ilə İlahə Rzayevanın işə qəbul edilməsi barədə əmr imzalanmış, eləcə də işçi ilə 6 aylıq əmək müqaviləsi bağlanılmış, həmçinin əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2019-cu ildə 6Y1T********** nömrəsi ilə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmişdir. Əmək Məcəlləsinin 7.2-ci bəndinə görə, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. İşçi ilk əvvəl müqavilə üzrə işə davamlı gəlsə də. xx xxxx 2019-xx.xx.2019-cu il tarixlərində heç bir xəbərdarlıq etmədən işə gəlməmiş, bu barədə müdir müavini, mağaza müdiri və nəzarət xidməti tərəfindən müvafik akt tərtib edilərək işçi barəsində müvafiq tədbir görülməsi üçün rəhbərliyə təqdim edilmişdir. MMC-nin İnsan resursları Departamenti tərəfindən işçiyə rəsmi qaydada müraciət göndərilərək, işdə üzrlü səbəblərdən olmaması ilə bağlı sənəd təqdim etməsi təklif olunmuş, əks təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç” bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. X20 vaxt verilən müddət ərzində hər hansı formada gəlməməsinin üzrlü olması barədə sənəd təqdim etməmiş. xx.xx.2019-cu ildə əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsi barədə ərizə vermişdir. Toplanmış material üzrə xx.xx.2019-cu il tarixli 178k saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğu üçün, yəni heç bir üzürlü səbəb göstərmədən bu barədə şifahi və ya yazılı şəkildə iş yerinə dəvət edilməsinə baxmayaraq işə gəlmədiyinə, həmçinin işə gəlməməsinin səbəbləri barədə işə götürənə əsaslandırılmış məlumat vermədiyinə görə, onunla bağlanmş əmək müqaviləsinə xitam verilmiş, həmin tarixli məktubla işçiyə məlumat verilmiş və əmək kitabçasını təhvil alması barədə xəbərdarlıq edilmişdir. Eləcə də, "xxxxxxxx" ASC vasitəsilə işlədiyi müddət üçün əmək haqqı işçiyə tam ödənilmişdir. X19 şikayət ərizəsi ilə Dövlət Əmək Müfəttişliyinə müraciət edərək, ona məznuyyət pulunun hesablanmadığını bildirmiş, bu barədə xx.xx.2019-cu il tarixli məktubla cavab verilərək, adı çəkilən şəxsin cəmi 10 gün işlədiyi, yəni Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci hissəsinə əsasən 12 təqvim ayından az işləməsi nəzərə alınaraq tam ay ərzində işləmədiyi üçün ona məzuniyyət hesablanmadığı barədə məlumat verilmiş, bundan sonra isə onun və direktoru olduğu MMC-nin nümayəndəsinin iştirakı olmadan xx.xx.2019-cu il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarı ilə onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilib, 1700 manat inzibati cərimə etmişlər. Cərimənin əsası kimi, işçi İ.Rzayeva ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin tələblərinə uyğun xitam verilməməsinə istinad etmişlər. Qeyd olunan qərar əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, işçinin işdən azad olunması barədə əmr qəbul edilərkən kompyuterdə digər işçi barəsində olan işdən azad edilmə barədə əmrin kopyası üzərində yeni əmr tərtib edilmiş, bu zaman texniki səhvə yol verilərək. Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç" bəndi ilə yanaşı Əmək Məcəlləsinin 68-ci maddəsinə də istinad edilmişdir. Qeyd olunan texniki səhvə görə isə yüzlərlə işçisi olan MMC-ni inzibati qaydada cərimə etməklə, onun sahibkarlıq fəaliyyətinə zərbə vurmaq qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə, qeyd olunan əmrə vizual baxışdan da müəyyən olunur ki, Əmək Məcəlləsinin iki bəndi təkrarlanmışdır. Bu isə öz təsdiqini əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin elektron bildirişində də öz təsdiqini tapır ki, işçi məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən azad edilmiş, sənədləşmə də qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin qərar onun barəsində tərtib edilsə də, onun yaşayış ünvanı əvəzinə MMC-yə göndərilmiş, qeyd olunan qərardan məlumatı olmamışdır. Bu barədə Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli 168702/2019-53 saylı məktubu xx.xx.2019-cu ildə onun qeydiyyatda olduğu İ.Qutqaşenli küçəsi, ev 1, mənzil 12 ünvanına gəldikdən sonra məlumatı olmuş, sonradan qərarın surətini əldə etdikdən sonra həmin qərarla razılaşmayıb 10 gün müddətində məhkəməyə şikayət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin barəsində tərtib etdikləri xx.xx.2019-cu il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 vəkili X16 şikayətin dəlillərinə uyğun izahat verərək Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin barəsində tərtib etdikləri xx.xx.2019-cu il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi X9 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(004)-3303/2020 saylı qərarından görünür ki, şikayətçi X5 Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin MN ******* saylı xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməmişdir, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(103)-296/2020 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin MN ******* saylı xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməməsinə dair Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(004)-3303/2020 saylı qərarı ləğv edilərək və iş yenidən baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X15 “xxxxxxxxxx” MMC-nin mağazalar şəbəkəsində nəzarətçi vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2019-cu il, əmək müqaviləsinin növü müddətli, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2019-cu il olaraq qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli aktdan müəyyən edilir ki, həqiqətən X15 xx.xx.2019xx.xx.2019-cu il tarixində işə gəlməmişdir. xx xxxxxxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli Azərbaycan Respublikasının Əmək və X18 Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin baş məsləhətçisi baş əmək müfəttişi X9 tərəfindən “xxxxxxxxxx” MMC-nin baş direktoru X12 barəsində tərtib edilmiş protokoldan müəyyən edilir ki, cəmiyyətdə çalışan İ.İ.Rzayevanın müraciətinin araşdırılması zamanı təqdim olunmuş sənədlərdən onunla, “xxxxxxxxxx” MMc arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun xitam verilməməsi müəyyən edilmişdir. X1 barəsində Azərbaycan respublikası inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli Mn seriyalı ******* nömrəli qərardan müəyyən olunur ki, xx xxxxxxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında X12 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. xx xxxx 2019-cu il tarixli 178k nömrəli X6 “əmək müqaviləsinin ləğv edilməsi” haqqında əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndə əsasən əmr edilərək, X14 “xxxxxxxxxx” MMC-nin nəzarətçisi ilə bağlanmış əmək müqaviləsi “Əmək məcəlləsinin 72-ci maddəsinin a bəndini əsas tutaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək vəzifələrini kobud şəkildə pozduğu üçün, yəni heç bir üzürlü səbəb göstərmədən, bu barəd şifahi və yazılı şəkildə iş yerinə dəvət edilməsinə baxmayaraq işə gəlmədiyinə, həmçinin işə gəlməməsinin səbəbləri barəsində işəgötürənə əsaslandırılmış məlumat təqdim etmədiyinə görə xx xxxx 2019-cu il tarixində ləğv edilmişdir. xx xxxx 2019-cu il tarixli 178k nömrəli “əmək müqaviləsinin ləğv edilməsi” haqqında əmrə əsasən X14 “xxxxxxxxxx” MMC-nin 513 indeksli supermarketinin nəzarətçisi ilə bağlanmış əmək müqaviləsi “Əmək məcəlləsinin 72-ci maddəsinin a bəndini əsas tutaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək vəzifələrini kobud şəkildə pozduğu üçün, yəni heç bir üzürlü səbəb göstərmədən, bu barəd şifahi və yazılı şəkildə iş yerinə dəvət edilməsinə baxmayaraq işə gəlmədiyinə, həmçinin işə gəlməməsinin səbəbləri barəsində işəgötürənə əsaslandırılmış məlumat təqdim etmədiyinə görə xx xxxx 2019-cu il tarixində ləğv edilmişdir. xx xxxx 2019-cu il tarixli 6Y1T36H005X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, X8 “xxxxxxxxxx” X3 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 178k nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrinin 70 ç) bəndinə uyğun olaraq işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx xxxx 2019-cu il tarixli 178k nömrəli “əmək müqaviləsinin ləğv edilməsi” haqqında kağız daşıyıcıda tərtib edilmiş əmrin qəbul edilmə əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2ci maddəsinin “a” bəndi göstərilmiş, bu da texniki səhv xarakteri daşıdığından yenidən eyni tarixli və nömrəli əmr tərtib edilmişdir. Bundan başqa X8 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişində əmək müqaviləsinə xitam verilməsinin əsası kimi düzgün olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndir göstərilərək elektron informasiya sistemində qeydiyyata alınmışdır və bu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə uyğun olduğundan, X5 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019cu il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

X5 şikayəti qismən təmin olunsun. X12 barəsində qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar