Məhkəmə qərarları › İş №3(004)-9213/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9213/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9213/2025 11.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, gömrük xidməti polkovnik-leytenantı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni nümayəndəsi X7 və hüquqi şəxsin vəkili X2 iştirakları ilə, Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 491.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 00800-01658/25 nömrəli (EP 0233661) inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" MMC-nin ünvanına gəlmiş xx.xx.2025-ci il tarixində **********4589 nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 596768,17 manat olan “Geodezik ölçü alətləri” adlı yük 04 (dörd) ay müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Qeyd olunan müvəqqəti saxlancda olan yükə xx.xx.2025-ci il tarixdə şirkətin ******* ünvanında yerləşən anbarında Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2.6-cı maddəsinə, “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli və “Mallara gömrük təminatının vurulması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli, 253 nömrəli Qərarların tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Nəzərinizə çatdırmaq istərdim ki, gömrük baxışı zamanı məlum olmuşdur ki, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirərək yerləşdirilmiş malların heç birinin anbarda mövcud deyil və ****** adlı gəmiyə istifadə edilməsi üçün göndərilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, gömrük xidməti polkovnik-leytenantı X12 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni nümayəndəsi X13 və hüquqi şəxsin vəkili X9 tərtib edilmiş protokola etiraz bildirmişdir ki, AR İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır və bu şəxslərin iştirakı olmadan işə yalnız o halda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat verilsin və ya işə baxılmasını təxirə salmaq barədə vəsatət daxil olmasın və ya belə vəsatət rədd edilsin. İnzibati orqan qanunvericiliyin bu tələbini pozaraq, "xxxx" MMCyə inzibati xəta haqqında işin baxılması haqqında hər hansı bildiriş təqdim etməmişdir. Bununla yanaşı xx.xx.2025-ci il tarixli, 00800-01658/25 nömrəli (EP 0233661) İnzibati xəta haqqında Protokolda qeyd edilmişdir ki, inzibati xətanın törədilməsi faktı HNBGİ Monitorinq şöbəsindən daxil olmuş 3-33-3100/020/032221 nömrəli xx.xx.2025-ci il tarixli raport, xx.xx.2025-cü il tarixli gömrük baxışının keçirilməsi haqqında protokol, xx.xx.2025cü il tarixində **********589 sorğu nömrəli gömrük bəyannaməsi və şirkətin nümayəndəsi ****** izahatı ilə tam təsdiq olunur. "xxxx" MMC şirkəti tərəfindən inzibati araşdırma aparılan dövrdə belə bir şəxsə hər hansı etibarnamə verilməmişdir. X8 "xxxx" MMC şirkətinin İşçisidir. "xxxx" MMC və ******** şirkəti arasında xx.xx.2024-cü il tarixində ******* nömrəli müqavilə bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, "xxxx" MMC şirkəti gömrük rəsmiləşdirilməsi ilə bağlı xidmətlərin göstərilməsini öz üzərinə götürmüşdür. Bu müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün "xxxx" MMC tərəfindən "xxxx" MMC şirkətinə xx.xx.2025-ci il tarixli etibarnamə verilmişdir. Bu etibarnaməyə əsasən, "xxxx" MMC şirkəti öz ünvanına daxil olan yüklərin və müşayiət edən yük sənədlərinin alınmasını, göndərilməsini və digər yük əməliyyatlarının aparılmasını, bununla bağlı bütün zəruri rəsmiləşdirmə, sənədləşmə və hesablaşma İşlərinin həyata keçirilməsini "xxxx" MMC-yə etibar etmişdir. "xxxx" MMC şirkəti isə öz növbəsində şirkətin şifarişçilərinin ünvanına daxil olan yüklərin və müşayiət edən yük sənədlərinin alınmasını, göndərilməsini və digər yük əməliyyatlarının aparılmasını, bununla bağlı bütün zəruri rəsmiləşdirmə, sənədləşmə və hesablaşma işlərinin həyata keçirilməsini X3, X10, X4, X11 və X5 etibar etmişdir. Yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, X8 hazırki inzibati iş üzrə "xxxx" MMC şirkətinin səlahiyyətli nümayəndəsi olmamış və bu şirkətin adından izahat vermək hüququ yoxdur. AR İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi qeyd edilmişdir. Qeyd olunan maddənin mahiyyəti ondan ibarətdir ki, gömrük nəzarəti altında olan (tam rəsmiləşdirilməmiş və ya şərti buraxılmış) mallar və nəqliyyat vasitələri ilə bağlı qanunla müəyyən edilmiş şərtlərin və məhdudiyyətlərin pozulmasını qadağan edir. Bu pozuntular, icazəsiz İstifadə, məsələn, müvəqqəti idxalda olan avadanlıqdan kommersiya məqsədi ilə istifadə, vəziyyətinin dəyişdirilməsi, yəni gömrük orqanının icazəsi olmadan təmiri, komplektasiyanın pozulması və icazəsiz sərəncam verilməsi, yəni malların satılması, icarəyə verilməsi və ya başqasına verilməsi nəzərdə tutulur. Qeyd olunan halların heç birinə dair İnzibati orqan tərəfindən sübut təqdim edilməmiş və yalnız avandlığın yerinin dəyişdirilməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən, ******* MMC-nin əməlində AR İnzibati Xətalar Məcəlləsinin 491.1ci maddəsinin deyil, 491.3-cü maddəsinin tərkibi mövcuddur. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə məsuliyyət yaranır. Göstərilənlərə əsasən, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan ******* xx.xx.2025-ci il tarixli raportdan görünür ki, "xxxx" MMC (VÖEN: **********) adına xx.xx.2025-ci il tarixdə **********4589 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 596768,17 AZN, netto çəkisi 229,8 kq) mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək rəsmiləşdirilmişdir. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi məqsədi ilə “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli, “Mallara gömrük təminatının vurulması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli, 253 nömrəli, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 yanvar tarixli, 7 nömrəli qərarı ilə təsdiq olunmuş “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq gömrük baxışı həyata keçirilmişdir. Gömrük baxışı nəticəsində gömrük nəzarəti altında olan müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək rəsmiləşdirilmiş malların (hesablayıcı maşınlar, yaddaş qurğuları, elektrik konvertorlar portativ kompüterlər) anbarda mövcud olmadığı faktı aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli **********4589 sorğu nömrəli gömrük bəyannaməsinin əhatə etdiyi bütün mallar ****** MMC-nin anbar təchizatı/SƏTƏM koordinatoru tərəfindən ****** istifadə üçün göndərildiyi bildirildi. İş materiallarında olan müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirərək yerləşdirilmiş malların heç birinin anbarda mövcud deyil və ******* adlı gəmiyə istifadə edilməsi üçün göndərilmişdir. Bu məlumatı ******** təsdiq etmişdir. İş materiallarında olan X1 izahatından görünür ki, ****** gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis vəzifəsində çalışır, "xxxx" MMC-nin çalışdığı şirkətə verilən etibarnaməsi əsasında Şəxs MMC-ni təmsil edir. 30 sentyabr 2025-ci il tarixində X19 Gömrük idarəsinin əməkdaşı Cevhun Əmirxanov tərəfindən Şəxs MMC-nin ******* ünvanında yerləşən anbarına baxış keçirilmişdir. Baxıs zamanı MMC-nin ünvanına göndərilən və **********4589. **********8564. **********6296. **********1681 nömrəli gömrük bəyannamələri əsasında müvəqqəti saxlanc gömrük prosedurunda yerləşdirilmiş yüklərin anbarda olmadığı və ****** adlı gəmiyə istifadəyə göndərilməsi faktı aşkar olunmuş və fakt üzrə protokol tərtib olunmuşdur. Məhkəmədə tədqiq edilmiş inzibati xəta haqqında protokoldan və işin hallarından müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilmişdir. Bu fakt iş materialları ilə yanaşı, hüquqi şəxsin nümayəndəsinin verdiyi etirafedici izahatda öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcələnin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 491.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 50%-i məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 50%-i məbləğində, yəni 298384.08 (iki yüz doxsan səkkiz min üç yüz səksən dörd manat 08 qəpik) miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qararı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar