Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9215/2025 04.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Hüquqi ünvanı ünvan 1 (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, "********” MMC-nin ünvanına gəlmiş xx.xx.2025-ci il tarixində **********8564 nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 57875,52 manat olan “Geodezik ölçü alətləri” adlı yük 4 (dörd) ay müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Bununla bağlı "************” MMC-nin barəsində Azərbaycan Respublikası İXM- nin 491.1-ci maddəsi ilə Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 24 noyabr 2025-ci il tarixli 00800-01660/25 saylı protokol tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxsə) və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan **********8564 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, bəyannamə xx.xx.2025-ci il tarixdə gömrük orqanına təqdim edilmişdir. İş materiallarında olan 02 oktyabr 2025-ci il tarixli raportdan görünür ki, "xxxx" MMC (VÖEN: **********) adına xx.xx.2025-ci il tarixdə **********8564 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 57875,52 AZN, netto çəkisi 23 kq) mal müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək rəsmiləşdirilmişdir. İş materiallarında olan 30 sentyabr 2025-ci il tarixli gömrük baxışının keçirilməsi haqqında protokoldan görünür ki, **********8564 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən “sualtı tədqiqatlar zamanı istiqamətin müəyyənləşdirilməsi üçün kompas” adlı mal “********” adlı gəmiyə göndərildiyi üçün yerində aşkar olunmamışdır. Bundan əlavə inzibati orqan tərəfindən araşdırma aparılan zaman “Şəxs” MMC-ni gömrük orqanlarında təmsil edən şəxs **********8564 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca verilmiş malların ambarda olmadığı və “*********” adlı gəmiyə göndərilməsi faktının aşkar olduğunu bildimişdir. Bununla da inzibati xətanın şirkət tərəfindən törədilməsini etiraf etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, «*********” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, «***********” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ "***********” MMC İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində törətdiyi inzibati xətanın obyekti olmuş 57875,52 manat məbləğində vəsaitin otuz faizi miqdarında, yəni 17362, 66 (on yeddi min üç yüz altmış iki manat altmış altı qəpik) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-9215/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9215/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver