Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-926/2021 21.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal Rayon Polis İdarəsinin (RPİ) X6 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Şəxs” şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİnin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı onun mülkiyyətində (istifadəsində) olan “Fiat Ducato” (yük) markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi şirkətin mülkiyyətində olan “Fiat Ducato” (yük) markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü barəsində məlumatın verilməsi haqqında Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən «Şəxs” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyinə ünvanlanmış sorğu xx xxxx 2021-ci il tarixdə təşkilat tərəfindən rəsmi qaydada qəbul edilmişdir. X3 hüquqlarını təmsil etdiyi Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə tərtib protokol əsasında təqsirinin olmasını etiraf edərək məhkəmədən təşkilat barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «Şəxs” şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanladığı sorğunun DİN-in DYPİ-nin Web Portalından çıxarışından görünür ki, təşkilata onun mülkiyyətində (istifadəsində) olan “Fiat Ducato” (yük) markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2021-ci il tarixdə saat 13:27-də Bakı Salyan yolunun 37 km-də müəyyən edilmiş hərəkət sürətini 18 km/saat həddində aşmaqla Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Yasamal RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SS685240080AZ” ştrix kodlu xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu xx xxxx 2021-ci il tarixdə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının “Mirzəyev” soyadlı məsul şəxsi tərəfindən imzalanmaqla qəbul edilmişdir. Bundan başqa məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxx 2021-ci il tarixli 103-2-11-1-1101 nömrəli cavab məktubundan müəyyən edilir ki, “SS685240080AZ” ştrix kodlu məktub xx xxxx 2021-ci il tarixdə 122 saylı poçt şöbəsində qəbul olunmuş, xx xxxx 2021-ci il tarixdə xidmət ərazisi üzrə 73 saylı PŞ-yə daxil olmuş, xx xxxx 2021-ci il tarixdə müvafiq sənədə imza etdirməklə ünvanı üzrə çatdırılmış və məktubun xəbərnaməsinin xx xxxx 2021-ci il tarixdə göndəriciyə (Yasamal RPİ DYPŞ-nə) qaytarılmışdır. Göründüyü kimi protokol tərtib etmiş orqanın sözügedən sorğu barəsində protokol tərtib edilmiş Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialına rəsmi qaydada çatdırılmışdır. Lakin barəsində protokol tərtib edilmiş hüquqi şəxs tərəfindən səlahiyyətli qurumun müvafiq sorğusuna qanunla müəyyən edilmiş müddət ərzində cavab verilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, eyni zamanda filialın məhkəmə iclasında iştirak edən etibarnamə üzrə nümayəndəsi onun Azərbaycan Respublikası İXMin 347-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətaya görə təqsirinin olmasını etiraf etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının mülkiyyətində (istifadəsində) olan “Fiat Ducato” (yük) markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin sürücü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən təşkilata sorğu göndərilmiş və həmin sorğu xx xxxx 2021-ci il tarixdə təşkilatın məsul şəxsi tərəfindən rəsmi qaydada qəbul edilmiş, lakin qeyd edilən sorğunun qanunvericiliklə müəyyən edilmiş qaydada 5 gün müddətində cavablandırılması təmin edilməmişdir. Bununla da, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən «Şəxs” şirkətinin Azərbaycan Respublikasındakı filialının əməlində Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İXMin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-926/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-926/2021
21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver