Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9273/2025 19.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MTK-nın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakları ilə, ünvan 1 ünvanında yerləşən Şəxs MTK (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixində ünvan 2 ünvanında Şəxs MTK-nın fəaliyyəti zamanı XKEMİ-nin əməkdaşları tərəfindən ölçmə-analiz işləri zamanı atmosferə yayılan toz hissəciklərinin miqdarının ətraf mühit üçün yol verilə bilən normativlərdən artıq olduğu üçün Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinin tələblərinin pozulması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinərək müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 protokolu əsassız hesab edərək bildirdi ki, 3(004)-9273/2025 nömrəli inzibati iş üzrə Şəxs MTK barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddələrinə istinad edilməklə MN № ******* nömrəli inzibati xəta haqqında protokol hazırlanmışdır. Həmin protokolla razılaşmırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Hazırda həmin protokolun heç bir sübutedici qüvvəsi yoxdur. Belə ki, protokola əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 003712 nömrəli akt 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən imzalanmamışdır. AR İXM 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 300.1-ci, 302-ci, 304-cü, 351-1-ci, 371-1- ci, 398-ci, 602.1-ci, 602.2-ci, 602-3-cü və 602-4-cii maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Lakin səlahiyyətli orqan (11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi) tərəfindən inzibati araşdırma aparılması ilə bağlı qərardad qəbul edilməmiş və bütün sübutetmə yükü, işin bütünlüklə araşdırılınası, sübutların toplanılması yükü məhkəmənin üzərinə atılaraq, səlahiyyətli orqan sadəcə protokol tərtib edib, işi məhkəməyə göndərməklə kifayətlənmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Atmosfer havasının monitorinqi "Yaşayış yerlərində atmosfer havasını çirkləndirən maddələrin yol verilən konsentrasiya həddi" gigiyena normaları ilə reqlamentləşdirilən göstəricilər üzərində aparılmalıdır. “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK-09) tərəfindən hazırlanmış və Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qeydiyyatdan keçmiş standartların siyahısından görünür ki, atmosfer havasında tozun (asılı bərk hissəciklərin) qravimetrik metodla təyini AZS ***-**** nömrəli standartla həyata keçirilir. Lakin hazırkı iş üzrə müəyyən edilən göstəricilərin qeyd edilən standartlara müqayisəli təhlili inzibati icraat materiallarında mövcud deyil. Atmosfer havasının sanitariya-epidemioloji monitorinqi, əsasən, sənayenin inkişafı, avtomobil nəqliyyatının intensivliyi və s. nəzərə alınmaqla dövlət sanitariya nəzarəti orqanları tərəfindən müəyyənləşdirilmiş yerlərdə həyata keçirilməlidir. Həmçinin “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 24.2-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini miivafıq icra hakimiyyəti orqanları qanunvericiliklə müəyyən edilən qaydada (sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində apardan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) həyata keçirirlər. Lakin həmin qanıınun tələblərinə əməl edilməsi ilə bağlı hər hansı sənəd iş materiallarına əlavə edilməyib. Bundan başqa bildirməliyik ki, ərazidə qazıntı işləri yük maşınlarının Bakı şəhərində 22:00-dan sonra daxil olması nəzərə alınaraq gecə saatlarında icra edilir. Qazıntı aparılan yerdə torpağın isladılması və yumşaldılması (suvarma metodu ilə və ya yağıntılı hava zamanı təbii yolla) həyata keçirilir. Hava küləkli olduqda suvarma qrafiki intensiviəşdirilir. Ərazi tam olaraq hasarlanıb. Qum, çınqıl, torpaq və başqa tozlanan materiallar bir yerdə toplandıqda xüsusi örtüklərlə örtülür. Qeyd edilən materiallar daşınarkən açıq yük maşınları mütləq xüsusi örtük ilə bağlanır və nəqliyyat vasitələrinin sürətinin azaldılması ilə bağlı sürücülər məlumatlandırılır. Lakin monitorinq zamanı əlavə edilən şəkillər görünür kimi ölçmə işləri qazıntı sahəsindən xeyli kənarda və gündüz vaxtı aparılıb. Ölçmə zamanı tozun qazıntıdan qaynaqlanan amillərlə bağlı olması isə çox ciddi şübhələr doğurur. Bundan başqa inzibati xətanın aşkar edilməsi ilə bağlı xüsusi texniki vasitədən istifadə edildiyi qeyd edilir. İnzibati Xəta haqqında Protokolda texniki vasitə Aeroqual markalı səyyar cihazın xx.xx.2025-ci il tarixdə (yəni inzibati xəta aşkarlanan gün) son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi göstərilib. Lakin bunu təsdiq edən sənəd də iş materiallarına əlavə edilməyib. Göründüyü kimi Şəxs MTK istinad edilən inzibati xətanı törətməmişdir və onun məsuliyyətə cəlb edilməsi tamami ilə əsassızdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MTK-nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 25 sentyabr 2025-ci il tarixli 003712 №-li aktın surətindən görünür ki, 11 saylı RETSİ-dən daxil olan 864/11RETSİ-26 qeydiyyat nömrəli xx.xx.2025 tarixli Şərifzadə küçəsi 24 mənzil 71 ünvanında yaşayan Ayaz Səmədzadə tərəfindən ünvanlanmış yaşadığı ünvanda naməlum şirkət tərəfindən söküntü işləri aparılır, hər yer toz-torpaq içində olur müraciətə əsasən qeyd olunan ünvanda 11 saylı RETSİ-nin müfəttişi ilə birgə monitorinq keçirilmişdir. Monitorinq zamanl sözügedən ərazidə Şəxs MTK tərəfindən hündürmərtəbəli yaşayış binalarının inşası aparıldığı müəyyən edilmişdir. Vizual müşahidə zamanı havada toz hissəcikləri müşahidə olunmuşdur. Həmin tikinti işlərinin aparıldığı ərazidə atmosfer havasında olan toz hissəciklərinin miqdarını təyin etmək məqsədilə səyyar cihaz Aeroquol vasitəsilə ölçmə işləri aparıldı. Ölçmə nəticələri PM 2.5-13 mkq/m3 (norma 25 mkq/m3), PM 10-94 mkq/m3 (norma 45 mkq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Ç-BM/2625-769 nömrəli məktubdan görünür ki, aşkar edilmiş faktlarla bağlı inzibati araşdırmada iştirakla bağlı Şəxs MTK-nın rəhbərliyinin xx.xx.2025-ci il tarixdə 11 saylı RETSİ-nə gəlməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində ünvan 2 ünvanında Şəxs MTK-nın fəaliyyəti zamanı XKEMİ-nin əməkdaşları tərəfindən ölçmə-analiz işləri zamanı atmosferə yayılan toz hissəciklərinin miqdarının ətraf mühit üçün yol verilə bilən normativlərdən artıq olduğu üçün Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinin tələblərinin pozulması müəyyən edilmişdir. İnzibati xəta haqqında protokolun tərtib edilməsində Şəxs MTK-nın qanuni nümayəndəsi X3 iştirak etsə də izahat verməkdən, protokolu imza edərək nüsxəsini götürməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, ölçmənin aparıldığı cihaz “Aeroqual Ranger” markalı, PMX **********7-B modelidir. Cihazın yerləşdiyi yer XUFMİ, sonuncu dəfə müqayisəli dövlət yoxlamasında keçdiyi tarix xx.xx.2025-ci il. Dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi OMSK 01783. Növbəti dövlət yoxlmasının keçirilməli olduğu vaxt xx.xx.2026-cı il. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Ç-VM/2625-887 nömrəli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialların aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilməsi ilə bağlı Şəxs MTK-ya məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin təqdim etdiyi) AZS 567 İSO 12141:2002 saylı “Ətraf mühitin mühafizəsi. Atmosfer havasında tozun qravimetrik metodla təyini barədə” Azərbaycan Respublikasının Dövlət Standartından görünür ki, sözügedən standart respublika ərazisində fəaliyyət göstərən ekoloji, sanitar-gigyena və atmosfer havasının monitorinqi ilə məşğul olan digər laboratoriyalarda istifadə oluna bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən vətəndaş Ayaz Səmədzadənin şikayəti əsasında yuxarıda qeyd edilən ünvabda 11 saylı RETSİ-nin müfəttişi ilə birgə monitorinq keçirilmişdir. Monitorinq zamanı sözügedən ərazidə Şəxs MTK tərəfindən hündürmərtəbəli yaşayış binalarının inşası aparıldığı müəyyən edilmişdir. Vizual müşahidə zamanı havada toz hissəcikləri müşahidə olunmuşdur. Həmin tikinti işlərinin aparıldığı ərazidə atmosfer havasında olan toz hissəciklərinin miqdarını təyin etmək məqsədilə səyyar cihaz Aeroquol vasitəsilə ölçmə işləri aparıldı. Ölçmə nəticələri PM 2.5-13 mkq/m3 (norma 25 mkq/m3), PM 10-94 mkq/m3 (norma 45 mkq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq müəyyən edilmişdir. Bununla bağlı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış və yekunda xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılan araşdırma zamanı Şəxs MTKnın qanuni nümayəndəsi iştirak etsə də izahat verməkdən, eləcə də protokolu imza etməkdən imtina etmişdir. Göründüyü kimi Şəxs MTK-nin fəaliyyəti zamanı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması, yəni ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması iş materialında olan akt, protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Digər tərəfdən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin təqdim etdiyi “Ətraf mühitin mühafizəsi. Atmosfer havasında tozun qravimetrik metodla təyini barədə” Azərbaycan Respublikasının Dövlət Standartı ilə bağlı dəlilə münasibətdə bildirir ki, qeyd edilən standart yalnız atmosfer havasında tozun qravimetrik metodla təyini zamanı əsas götürülə bilər. Atmosfer havasında tozun miqdarının müxtəlif metodlarla ölçülməsi nəzərə alınarsa, hazırki halda qeyd edilən standarda nəzərdə tutulan normativ tələblərə istinad etmək məqsədəuyğun hesab edilə bilməz. Şəxs MTK-nin əməlində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs MTKnin barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-cı maddəsinə əsasən yeni salınan və ya yenidən qurulan təsərrüfat obyektlərində atmosfer havasına zərərli maddələrin atılmasının və zərərli fiziki təsirlərin atılmanın texniki normativlərindən və yol verilən həddindən, zərərli fiziki təsirlərin yol verilən həddindən artıq olmaması təmin olunmalıdır. Həmin Qanunun 27.1.1-ci maddəsinə əsasən atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri olan hüquqi və fiziki şəxslər atmosfer havasına atılan zərərli maddələrin inventarlaşdırılmasının keçirilməsini və atmosfer havasına atılan zərərli maddələrin və onların fiziki təsirlərinin yol verilən həddinə dair normativlərə əməl olunmasını təmin etməyə borcludurlar. Həmin Qanunun 28.0.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş zərərli maddələrin atılmasını və zərərli fiziki təsirlərin normativləri və hədlərini aşdıqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs MTK-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MTK Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MTK (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10.500 (on min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-9273/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9273/2025
19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver