Məhkəmə qərarları › İş №3(004)-9288/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9288/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9288/2025 26.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ tərəfindən tərtib edilmiş 18 noyabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ tərəfindən tərtib edilmiş 18 noyabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC onun mülkiyyətində (istifadəsində) olan “Geely Emgrand MİNİK” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatları Şəxs MMC səlahiyyətli orqanın inzibati xətanın törədilməsi barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, tərəflər məhkəmə iclasına gəlməmiş və tərəflərdən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilmişdir. İş materiallarında olan: Bakı şəhəri Yasamal RPİ-nin Şəxs MMC-nə ünvanladığı sorğudan görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “Geely Emgrand MİNİK” markalı, **-AT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 11 sentyabr 2025-ci il tarixdə saat 13:21-də Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Yasamal RPİ-nə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Poçt göndərişinin verilməsi haqqında “SX075992375AZ” nömrəli ştrix kodlu xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin yuxarıda qeyd olunan sorğusu Şəxs MMC-nə çatdırılmış və xəbərnamə imza etdirilməklə qəbul edilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış sorğuya daxil olmuş 22 dekabr 2025-ci il tarixli, 14-5-109/2-970/2025 qeydiyyat nömrəli cavab məktubundan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə AZ1122 saylı poçt şöbəsi vasitəsilə X16 İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanan SX075992375AZ ştrix kodlu məktub, xx.xx.2025-ci il tarixdə AZ1012 saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş və xx.xx.2025ci il tarixdə Şəxs MMC-nin əməkdaşı Sona Əliyevaya F-8 çatdırma vərəqinə imza etdirməklə təhvil verilmişdir. Sözügedən məktubun xəbərnaməsi isə xx.xx.2025-ci il tarixdə AZ1122 saylı poçt şöbəsi tərəfindən X17 İdarəsinin Abbasov soyadlı əməkdaşına təqdim edilmişdir. Lakin barəsində protokol tərtib edilmiş hüquqi şəxs tərəfindən səlahiyyətli qurumun müvafiq sorğusuna qanunla müəyyən edilmiş müddət ərzində cavab verilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci ildə daxil olmuş inzibati protokola baxılma müddəti uzadılsın və məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 15:10-a təxirə salınsın. Hakim Rauf Daşdəmirov İş № 3(004) – 5830/2025 Bakı şəhəri Yasamal Rayon Məhkəməsi məhkəmə iclasının PROTOKOLU 16 sentyabr 2025-ci il Bakı şəhərində Bakı şəhər Yasamal rayon məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 iclas katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə İclas saat 15:20-də başlandı Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq inzibati işi elan edir. İş üzrə icraatda iştirak edən şəxslərin məhkəməyə gəlmələri vəziyyəti yoxlanılır. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X7 məhkəmə iclasına gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmasına baxmayaraq protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Sədrlik edən məhkəmə icraatının Azərbaycan dilində aparıldığını bildirir və proses iştirakçısından azərbaycan dilində başa düşməsini və danışa bilməsini soruşur. İşdə iştirak edən şəxs Azərbaycan dilində başa düşdüyünü və sərbəst danışa bildiyini bildirir. Sədrlik edən məhkəmə iclasının protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsinə dair tərəfin fikrini sorusur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi:-etiraz etmirəm. Sədrlik edən yerində qısa müşavirə edərək, Qərara alır: İşə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılması davam etdirilsin. Sədrlik edən iş üzrə tərəfin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətini müəyən edir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisi X7-xx.xx.1971-ci ildə anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri, Yevlax rayon ünvanında qeydiyyatda olan. Sədrlik edən məhkəmə tərkibini elan edir. Sədrlik edən – Daşdəmirov Rauf Məhərrəməli oğlu Məhkəmə iclas katibi – X10 Sədrlik edən tərəflərə hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüququnun olduğunu izah edir. Etiraz daxil olmur. Sədrlik edən tərəfə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. Hüquq və vəzifələri tərəflərə aydın oldu. Sədrlik edən işə baxılması ilə əlaqədar vəsatətlərin olub-olmamasının soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən daxil olmuş protokolu və işin digər materiallarını elan edir. İşin baxılmasında iştirak edən şəxsin izahatı dinlənilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisinin izahatı: - Yasamal RPİ tərəfindən Şəxs MMC-yə göndərilən sorğu cəmiyyətin ünvanına daxil olmamışdır. MMC-də Babayev.R soyadlı şəxs işləmir və bundan əvvəl də işləməmişdir. Göstəriləni nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Sədrlik edənin s/c Əlavə suallar olmadı. Sədrlik edən işdəki sənədləri elan etməklə tədqiq edir, əlavə vəsatətlərin və sübutların olub-olmamasını aydınlaşdırır. Əlavə sübut və vəsatətlər olmadı. İşin tədqiqi bitmiş hesab olunur. Sədrlik edən məhkəmə çıxışlarının başlandığını bildirir. Sədrlik edən iş üzrə icraatda iştirak edən şəxsə çıxış üçün söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisi: - İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən məhkəmə çıxışının qurtardığını bildirir və müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan apellyasiya şikayəti və protest verilməsi, protokola tanış olmaq qaydasını və müddətini izah edir. Məhkəmə iclası saat 15:35-də bağlı elan olunur. Protokol 16 sentyabr 2025-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Məhkəmə iclas katibi: İş № 3(004) – 2346/2022 Bakı şəhəri Yasamal Rayon Məhkəməsi məhkəmə iclasının PROTOKOLU 13 iyun 2022-ci il Bakı şəhərində Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 15:00-da başlandı Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq inzibati işi elan edir. İş üzrə icraatda iştirak edən şəxslərin məhkəməyə gəlmələri vəziyyəti yoxlanılır. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 məhkəmə iclasına gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmasına baxmayaraq protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Sədrlik edən məhkəmə icraatının Azərbaycan dilində aparıldığını bildirir və proses iştirakçısından azərbaycan dilində başa düşməsini və danışa bilməsini soruşur. İşdə iştirak edən şəxs Azərbaycan dilində başa düşdüyünü və sərbəst danışa bildiyini bildirir. Sədrlik edən məhkəmə iclasının protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsinə dair tərəfin fikrini sorusur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi:-etiraz etmirəm. Sədrlik edən yerində qısa müşavirə edərək, Qərara alır: İşə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılması davam etdirilsin. Sədrlik edən iş üzrə tərəfin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətini müəyyən edir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisi X8-xx.xx.1953-cü ildə anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 4 ünvanında qeydiyyatda olan. Sədrlik edən məhkəmə tərkibini elan edir. Sədrlik edən – Daşdəmirov Rauf Məhərrəməli oğlu Məhkəmə iclas katibi – X5 Sədrlik edən tərəflərə hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüququnun olduğunu izah edir. Etiraz daxil olmur. Sədrlik edən tərəfə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. Hüquq və vəzifələri tərəflərə aydın oldu. Sədrlik edən işə baxılması ilə əlaqədar vəsatətlərin olub-olmamasının soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən daxil olmuş protokolu və işin digər materiallarını elan edir. İşin baxılmasında iştirak edən şəxsin izahatı dinlənilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisinin izahatı: -Şəxs MMC-nə ünvanlanmış sorğu həqiqətən cəmiyyətin hüquqi ünvanına daxil olmuş lakin həmin ünvanda olan şəxs tərəfindən həmin məktublar təsisçiyə gec təqdim edilmişdir. Bu səbəbdəndə cəmiyyət tərəfindən sorğuya cavab verilməyibdir. Göstərilənlərə əsasən barəmizdə yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən işdəki sənədləri elan etməklə tədqiq edir, əlavə vəsatətlərin və sübutların olub-olmamasını aydınlaşdırır. Əlavə sübut və vəsatətlər olmadı. İşin tədqiqi bitmiş hesab olunur. Sədrlik edən məhkəmə çıxışlarının başlandığını bildirir. Sədrlik edən iş üzrə icraatda iştirak edən şəxsə çıxış üçün söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisi: - Məhkəmədən təmsil etdiyim hüquqi şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edirəm. Sədrlik edən məhkəmə çıxışının qurtardığını bildirir və müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan apellyasiya şikayəti və protest verilməsi, protokola tanış olmaq qaydasını və müddətini izah edir. Məhkəmə iclası saat 15:15-də bağlı elan olunur. Protokol 13 iyun 2022-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Məhkəmə iclas katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar