Məhkəmə qərarları › İş №3(004)-929/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-929/2021

07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-929/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx xxxx 1961-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X9 tərəfindən tərtib edilmiş xx xxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs Yasamal Rayon Məhkəməsinin 2(004)-5536/2017 saylı xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən 15.530 (on beş min beş yüz otuz) manat tutularaq X1, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7113/2016 saylı xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən 25.760 (iyirmi beş min yeddi yüz altmış) manat və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq X3, Yasamal Rayon Məhkəməsinin 2(004)-6696/2013 saylı xx xxxxxxx 2013-cü il tarixli icra sənədinə əsasən 51.250 (əlli bir min iki yüz əlli) manat tutularaq X4, həmin məhkəmənin 2(004)-6696/2015 saylı xx xxxxxxx 2015-ci il tarixli icra sənədinə əsasən 36.626 (otuz altı min altı yüz iyirmi altı) manat tutularaq “xxxx” MMC-yə, 2(004)-8452/2017 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən 21408 (iyirmi bir min dörd yüz səkkiz) ABŞ dolları tutularaq X8 ödənilməlidir. Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz səbəbdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs Yasamal Rayon Məhkəməsinin 2(004)-5536/2017 saylı xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən 15.530 (on beş min beş yüz otuz) manat tutularaq X1, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7113/2016 saylı xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən 25.760 (iyirmi beş min yeddi yüz altmış) manat və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq X3, Yasamal Rayon Məhkəməsinin 2(004)-6696/2013 saylı xx xxxxxxx 2013-cü il tarixli icra sənədinə əsasən 51.250 (əlli bir min iki yüz əlli) manat tutularaq X4, həmin məhkəmənin 2(004)-6696/2015 saylı xx xxxxxxx 2015-ci il tarixli icra sənədinə əsasən 36.626 (otuz altı min altı yüz iyirmi altı) manat tutularaq “xxxx” MMC-yə, 2(004)-8452/2017 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən 21408 (iyirmi bir min dörd yüz səkkiz) ABŞ dolları tutularaq X8 ödənilməlidir. Şəxs barəsində olan icra sənədləri bir icraatda birləşdirilmişdir. Müvafiq icra sənədləri üzrə, yəni Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədi üzrə xx xxxx 2018-ci il tarixdə; Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-7113/2016 saylı icra sənədi üzrə xx xxxxxx 2018-ci il tarixdə; xx.xx.2013-cü il tarixli 2(004)-6696/2013 saylı icra sənədi üzrə xx xxx 2019-cu il tarixdə; xx.xx.2017-ci il tarixli 2(004)-5536/2017 saylı icra sənədi üzrə xx xxxxxx 2017-ci il tarixdə və xx.xx.2015-ci il tarixli 2(004)-6696/2015 saylı icra sənədi üzrə xx xxxxxx 2015-ci il tarixdə icraata başlanılması haqqında qərarlar qəbul edilmişdir. Həmin qərarlar, tələbin könüllü icrası üçün verilmiş eyni tarixli bildirişlər və icra sənədinin surətləri birlikdə icra edilməsi üçün borclu Şəxs göndərilmişdir. Məcburi icra tədbirləri zamanı onun mülkiyyətində hər-hansı bir əmlakının olması aşkar edilməmişdir. Borclu Şəxs icra sənədləri üzrə hal-hazıradək borc məbləğindən heç bir ödəniş etməmişdir. Borclu Ağayev X6 rayon İcra şöbəsinə dəfələrlə dəvət edilmiş, izahatı alınaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati və həmçinin cinayət məsuliyyəti barədə ona yazılı və şifahi xəbərdarlıq edilmişdir. Buna baxmayaraq o, icra sənədlərini icra etməkdən üzrsüz səbəbdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Buna görə də, onun barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən icra məmuru X9 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, icra sənədi üzrə borcunun olmasını etiraf edir. Lakin o, borcunu ödəməkdən yayınmır, hal-hazırda cərrahi əməliyyat olması ilə əlaqədar öhdəliyini vaxtında icra edə bilmir. Buna baxmayaraq mümkün qədər az miqdarda olsa da aylıq ödənişlər həyata keçirmiş və digər qalan borcunu da yaxın günlərdə ödəyəcəyini vəd edir. Odur ki, o, məhkəmədən yaşı və xəstəliyi nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra sənədi üzrə tələbkarlar (zərərçəkmiş şəxslər) X3, X4, X8, X1 və hüquqi şəxs “xxxx” MMC-yə məlumat verilməsinə baxmayaraq tələbkarlar və ya onları nümayəndələri məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən məhkəmə iclasının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə İXM-nin 62.4, 64.3 və 112.1.4-cü maddələrinə müvafiq olaraq işə tələbkarların (zərərçəkmiş şəxslərin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Şəxs Yasamal Rayon Məhkəməsinin 2(004)- 5536/2017 saylı xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən 15.530 (on beş min beş yüz otuz) manat tutularaq X1, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7113/2016 saylı xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən 25.760 (iyirmi beş min yeddi yüz altmış) manat və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq X3, Yasamal Rayon Məhkəməsinin 2(004)-6696/2013 saylı xx xxxxxxx 2013-cü il tarixli icra sənədinə əsasən 51.250 (əlli bir min iki yüz əlli) manat tutularaq X4, həmin məhkəmənin 2(004)-6696/2015 saylı xx xxxxxxx 2015-ci il tarixli icra sənədinə əsasən 36.626 (otuz altı min altı yüz iyirmi altı) manat tutularaq “xxxx” MMC-yə, 2(004)-8452/2017 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən 21408 (iyirmi bir min dörd yüz səkkiz) ABŞ dolları tutularaq X8 ödənilməlidir. Beləliklə, qeyd olunan icra sənədləri üzrə Şəxs ümumilikdə, tələbkarlara cəmi 129.186 (bir yüz iyirmi doqquz min bir yüz səksən altı) manat və 21408 (iyirmi bir min dörd yüz səkkiz) ABŞ dollar borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında icra sənədləri üzrə müəyyən məbləğlərdə ödənişlər etməsini bildirməsinə baxmayaraq, qeyd olunan ödənişlərin aparılmasını təsdiq edən sübutları nə icra şöbəsinə, nədə ki, məhkəməyə təqdim etməmişdir. Verilmiş suallar əsasında isə o, bildirmişdir ki, həmin ödənişləri tələbkarlara qeyri-rəsmi birbaşa olaraq özlərinə vermişdir. İcra işi məhkəmə tərəfindən tədqiq edilərkən iş materiallarında qeyd olunan ödənişləri təsdiq edən hər hansı bir sənəd aşkar edilmədi. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs 5 icra sənədi üzrə hazıradək heç bir ödəniş həyata keçirməmişdir. Odur ki, məhkəmə Şəxs icra sənədləri üzrə icraatın uzun müddətdir ki, başlanılmasına baxmayaraq hazıradək heç bir ödəniş etməməsini onun öz öhdəliklərindən qəsdən üzrsüz səbəbdən yayınması kimi qiymətləndirir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs barəsində görülmüş məcburi icra tədbirlərinə baxmayaraq məhkəmənin icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınmışdır. Bununla da, Şəxs məhkəmənin əmr və qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yetirməməklə və icra sənədlərini üzrsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəməyə təqdim edilmiş tibbi sənədlərdən görünür ki, Şəxs ürək xəstəliyindən əziyyət çəkir və sonuncu dəfə xx xxxx 2021-ci il tarixdə tibbi müayinədən keçmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, yaşını, xəstəliyini o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar