Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9362/2025 02.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Yasamal rayon Polis İdarəsinin 28ci Polis şöbəsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 22 qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis şöbəsinin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı Şəhər BPİ DYPİ-nin inspektorlarının qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 protokolu müdafiə edərək bildirmişdir ki, 02 dekabr 2025-ci il tarixdə Bakı şəhər BPİ DYPİ-nin polis əməkdaşları M.Müşviq küçəsində xidmətdə olan zaman Şəxs tərəfindən kiçik elektrik nəqliyyat vasitəsi olan skuterin dəbilqədən istifadə etmədən və qaydalara uyğun olmayaraq idarə edilməsi və bunun nəticəsində yol hərəkətinin digər iştirakçıları üçün təhlükə yaratmasını şahidi olaraq ondan nəqliyyat vasitəsini saxlaması tələb edilsədə polisin bu qanuni tələbinə əməl etməyərək öz hərəkətini davam etdirmişdir. Bundan bir qədər sonra polis əməkdaşları tərəfindən saxlanılaraq törətdiyi qayda pozuntusu ona izah edilmiş lakin Şəxs polis əməkdaşlarına tabe olmayacağını bildirərək videogörüntülər çəkməyə insanları ətrafına toplamağa başlamışdır. Bu zaman polis əməkdaşları Şəxs bu hərəkətlərinə son qoymasını və şəxsiyyətini təsdiq edən sənədləri təqdim etməsini bildirsələrdə sonuncu buna məhəl qoymayaraq aqressiv və kobud bir şəkildə öz qanunazidd hərəkətlərini davam etdirmişdir. Şəxs polis şöbəsinə dəvət etdikdə bundanda imtina etmiş lakin o polis əməkdaşları tərəfindən saxlanılaraq 28-ci PŞ-nə təmin edilmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, o “Gənclik” metrostansiyası yaxınlığında yaşayır. İş yeri isə “Qurd Qapısı” dairəsi yaxınlığında yerləşir. Hər gün yaşayış yerindən iş yerinə və əksinə elektrik skuterdən istifadə edərək hərəkət edir. 02 dekabr 2025-ci il tarixdə saat 09:00 radələrində Mikayıl Müşviq küçəsi ilə iş yerinə doğru skuter vasitəsilə hərəkətdə olduğu zaman “Kamaz” markalı yük maşınını soldan ötərək yoluna davam etmişdir. Həmin vaxt qulağında qulaqcıq olduğundan və musiqiyə qulaq asdığı üçün polis əməkdaşları tərəfindən ona saxla işarəsinin verildiyini bilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra şəxsiyyətini təsdiq edən sənədləri polisə verməkdən imtina etmişdir. Polis əməkdaşları tərəfindəın saxlanıldığını və bu səbəbdən işə gedə bimədiyini təsdiq etmək üçün polis əməkdaşlarının video görüntüsünü çəkərək iş yoldaşlarına göndərmişdir. Bir müddət bundən əvvəl saç əkilməsi əməliyyatı olunduğu üçün elektrikli skuterini idarə edərkən dəbilqədən istifadə etməmişdir. Ona hər hansı cəza verilib-verilməməsindən aslı olmayaraq iş yerinə elektrikli skuterlə gedib gəlməyə davam edəcəkdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X7 Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tağıyev Əhməd Hicran oğlu bildirmişdir ki, 02 dekabr 2025-ci il tarixdə Yasamal rayonu, M.Müşviq küçəsində xidmətdə olarkən bir nəfər şəxsin kiçik elektrik nəqliyyat vasitəsi hesab edilən skuterlə yol hərəkəti haqqında qanunun tələblərini pozaraq yolun sağ kənarı ilə hərəkət etməli olduğu halda müxtəlif cərgələr və yolun orta hissəsi ilə hərəkət edərək hətta “Kamaz” markalı yük maşınını sol tərəfdən ötüb keçməklə həm özü həm də yol hərəkətinin digər iştirakçıları üçün təhlükə yaratdığını görərək ona saxla işarəsi vermiş lakin şəxs tərəfindən buna əməl edilməmişdir. Bir qədər sonra şəxsi saxlamağa müvəffəq olmuş və ona törətdiyi qayda pozuntusu izah edilmişdir. Sürücüdən şəxsiyyətini təsdiq edən sənəd istinilmiş, lakin o şəxsiyyəti barədə məlumat verməkdən imtina etmişdir. Sürücü hər hansı qaydanı pozmadığını bildirərək onaları videosunu çəkməyə başlamış ətrafdakı insanları özünü cəlb edərək toplaşmalarına səbəb olmuş onların iş rejimini pozmuşdur. Bundan bir müddət sonra tanışları ona həmin videonugörüntünü göndərmişlər. Polis bölməsinə gətməkdən imtina etmiş və ƏÇPA-nın polis əməkdaşlarının köməyi ilə 28-ci polis şöbəsinə təmin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhər BPİ bilavasitə tabe olan BDYPİ Alayının inspektoru Ə.Tağıyev və R.Allahverdiyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə M.Müşviq küçəsində xidmətdə olan zaman skuter vasitəsi ilə bir vətəndaş yolun hərəkət hissəsi ilə müəyyən olunmayan yerdən digər nəqliyyat vasitələrinə təhlükə yaradaraq hərəkətinə davam etdiyindən həmin vətəndaş məcburi saxlanılmış həmin vətəndaşa yaxınlaşılaraq ona elektrikli skuterlərin müəyyən olunmuş zolaqla və xüsusi geyim forması ilə idarə edilə biləcəyi bildirilmişdir. Həmin şəxs onlara tabe olmayacağını bildirmişdir. Sürücünü nizam-intizama dəvət etsələrdə buna məhəl qoymayaraq video görüntü ilə çəkiliş apararaq ətrafına insanlar toplamağa çalışmışdır. Həmin vətəndaş onların iş rejimini pozaraq tabesizlik göstərmişdir. Patrul maşını vasitəsilə 28-ci polis şöbəsinə gətirilmişdir. İnzibati qaydada tutma haqqında 02 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 11:00-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 02 dekabr 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməldən peşman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan yəni 02 dekabr 2025-ci il tarixdən, saat 09:00-dan hesablanmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat müəyyən edilmişdir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 05 (beş) saata görə 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 02 dekabr 2025-ci il tarixdən, saat 09:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis şöbəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 05 (beş) saata görə 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-9362/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9362/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver