Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-937/2024 22.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli TP ******* nömrəli qərardan verilmiş şikayət ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər X7 İdarəsinin 22 yanvar 2024-cü il tarixli TP ******* saylı qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-289/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 tərəfindən Bakı şəhər X7 İdarəsinin 22 yanvar 2024-cü il tarixli TP ******* qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən X4 verilmiş suallar əsasında izahatında bildirmişdir ki, eyni məzmunlu müraciəti əsasında Yasamal Rayon Məhkəməsinin 3(004)-780/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı qəbul edilmişdir, lakin qanuni qüvvəsini almamışdır. Məhkəmə şikayət ərizəsini işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-780/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə şikayətçi X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi 22 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməmiş, həmin qərar hazırda qüvvədədir. Belə olan halda hesab edir ki, eyni fakt üzrə məhkəmə qərarı olduğu üçün X4 yenidən eyni halla bağlı məhkəməyə müraciət edə bilməz. Ona görə də, Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərardan verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçi X2 geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-937/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-937/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver