Məhkəmə qərarları › İş №3(004)-938/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-938/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-938/2024 01.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X15i İdarəsinin nümayəndəsi X2, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Baş Polis İdarəsi (BPİ) X15 İdarəsinin (DYPİ) 03 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər BPİ-nin DYPİ-nin tərəfindən qəbul edilmiş 03 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Wolkswagen Golf minik” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Mikayıl Müşviq küçəsində hərəkətdə olarkən DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X9 tərəfindən saxlanılmışdır. Saxlanılan zaman DYPİ əməkdaşı ona bildirmişdir ki, nəqliyyat vasitəsinin ön faralarına led lampalar taxıldığından bu, nəqliyyat vasitəsinə icazə verilməyən əlavə avadanlığın quraşdırılması hesab edilir və qanunaziddir. O DYPİ əməkdaşına bildirmişdir ki, həmin lampaların tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə tam uyğundur və o heç bir tələbi pozmamışdır. DYPİ əməkdaşı isə, heç bir ətraflı araşdırma aparmadan, etdiyi hərəkətlərin qanunauyğunluğunu əsaslandırmadan avtomobilini Badamdar qəsəbəsində yerləşən cərimə meydançasına yerləşdirərək, barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən (normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi) inzibati protokol tərtib etmişdir. Aşağıda qeyd olunanlara əsasən DYPİ əməkdaşı tərəfindən tərtib edilən sözügedən inzibati protokol tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. “X11” qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Bu, qanunun ümumi tələbidir. Deməli, avtomobildə istehsalçının istifadəsinə icazə verdiyi, iş rejimi və texniki göstəriciləri həmin markaya və modelə uyğun işıqlardan istifadə edilə bilər. Led işıq isə, xüsusi işıq cihazı deyil. Bu, sadəcə olaraq işıq əldə etmənin növlərindən biridir, yəni led dediyimiz lampanın növüdür. Qeyd edim ki, işığın əmələ gəlmə üsulu önəmli deyil, bu texnologiyadır, sabah tam yeni bir işıq əldə etmə üsulu ortaya çıxacaq və s. Əsas odur ki, avtomobilin işıq cihazı standarta uyğun olsun, onun içərisinə qoyulan lampanın işlədiyi cərəyan şiddəti və gərginlik düz olsun, işığın rəngi, səpələnməsi normativə uyğun olsun. DYPİ əməkdaşı isə, bu tələbləri nəzərə almadan, məsələni ətraflı qaydada araşdırmadan və məsələyə düzgün hüquqi qiymət vermədən tələsik qaydada əsassız olarar qərar qəbul etmişdir. “Wolkswagen Golf minik” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etdiyi vaxtdan bəri, o avtomobilin üzərində hər hansı dəyişiklik aparmamışdır. Belə ki, ona hər hansı xüsusi işıq cihazı, avandanlıq, lampa və s quraşdırmamışdır. Həmin nəqliyyat vasitəsi bu formada texniki baxışdan keçmişdir. Texniki baxış zamanı avtomobilin elektrik sistemi də müayinədən keçirilmiş və hər hansı nöqsan aşkar edilməmişdir. Texniki baxış zamanı bu aşkar edilərdisə, ona həmin qüsuru aradan qaldırmadan nəqliyyat vasitəsini idarə etməyə icazə verilməzdi. Farada H (HR, HC, HCR və HC/R), lampada U işarəsi hallogen lampaya işarə edir və LED lampa hallogeni əvəz edə bilir. LED lampaların ayrıca işarələnməsi olmadığına görə hallogen yerinə istifadə edilə bilər. Onun faraları üzərində HR qeyd olunmuşdur. O həmçinin DYPİ əməkdaşına təkrar-təkrar izah etməyə çalışmışdır ki, bu da işıq lampası əlavə avadanlıq deyil. Hətta izah da vermişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsi nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi ilə bağlı ayrıca struktur bölüyü var. Həmin struktur bölüyün də inzibati reqlamenti var ki, hansında əlavə avadanlıqların nədən ibarət olması və məhz hansıların qeydiyyata alınması qeyd edilir. Burada yük avtomobillərinin şassilərinə bortlu, yükü özüboşaldan banların, çənlərin quraşdırılması, qoşquların, yarımqoşquların üzərində furqon banların çənlərin və digər xüsusi avadanlıqların quraşdırılması, yük avtomobillərinə yük qaldırıcı bortların, bucurqadların, hidravlik kranların, betonqarışdırıcı qurğuların, beton nasoslarının və s. quraşdırılması, avtomobillərin mühərriklərinin və banlarının dəyişdirilməsi, kütləvi istehsalda olan yük, minik avtomobillərində və avtobuslarda (ban dəyişdirilmədən) xüsusi avadanlıqların quraşdırılması, yük avtomobillərinin şassilərinə emalatxana, poçt, sənaye və ərzaq malları, mebel və digər yüklər daşımaq üçün furqon banların quraşdırılması, yük avtomobillərinin şassisinə sərnişin daşınması üçün nəzərdə tutulmuş furqon banların quraşdırılması, yanacaq sistemi benzinlə işləyən avtomobillərin eyni zamanda qazla işləmək üçün və ya əksinə quraşdırılması, vaqon tipli furqon avtomobillərin, avtobus banlı və ya şassisi olan xüsusi təyinatlı avtomobillərin avtobus kimi yenidən quraşdırılması, nəqliyyat vasitələrinə əlavə yanacaq bakının quraşdırılması, nəqliyyat vasitələrinin işçi funksiyalarının dəyişdirilməsi halları qeyd edilir. İşıq lampası əlavə avadanlıq ola bilməz. İşıq lampası onsuz da avtomobilin üzərində olur. İdarə etdiyi “Wolkswagen Golf minik” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindəki led lampalar tipi, rəngi, yerləşməsi və iş rejimi baxımından nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə tamamilə uyğundur. Lap əgər uyğun olmasa belə, onun barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə görə deyil, 342.2.2-ci maddəsinə əsasən protokol tərtib edilə bilər. Hansı ki, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə tətbiq edilir. Belə ki, “X11” Qanunun 1 saylı Əlavəsi də “Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı” adlanır və həmin siyahının İİİ-cü hissəsinin 4-cü bəndində nasazlıqların sırasında “İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə” müddəası qeyd edilmişdir. Yekun etibarilə protokol tərtib edildikdən sonra 12 gün sonra xx.xx.2024-ci il tarixdə heç bir araşdırma aparılmadan barəsində əsassız olaraq izibati tənbehin tətbiq edilməsinə dair qərar qəbul edildi. Halbuki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 111.1-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Göstərilənləri nəzərə alaraq Bakı şəhər BPİ-nin DYPİ-nin tərəfindən qəbul edilmiş 03 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Bakı şəhər BPİ-nin DYPİ-i tərəfindən qəbul edilmiş 03 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X15i İdarəsinin nümayəndəsi X5 şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hadisə əks etdirin hər hansı foto və ya videogörüntünü eləcədə protokolda qeyd edilmiş faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X7 əməlində İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş 03 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri DYPŞ tərəfindən qəbul edilmiş 03 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X7 23 yanvar 2024-cü tarixdə saat 19:19-da “Volkswagen Golf” markalı **-NC- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu Mikayıl Müşviq küçəsində nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd edilən 03 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə sürücü X7 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXMnin 342.2.2-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Qeyd edilən 03 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, qərarda istinad edilən törədilməsi ehtimal olunan inzibati xətanın törədildiyi tarixdə yəni 19 iyun 2023-cü il tarixdə X4 “Volkswagen Golf” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “X11” Azərbaycan Respublikası Qanunun hər hansı müddəasının pozulması faktı sübütlarla öz təsdiqini tapmadığından onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində göstərilən inzibati xətanın törədilməsi sübuta yetirilmir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X15i İdarəsinin nümayəndəsi X5 tərəfindən 03 fevral 2024-cü il tarixli TP seriyalı ******* saylı qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi mümükün olmadığı bildirilmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, X4 əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilməmişdir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş 03 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, həmin X7 əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti təmin olunsun. X7 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş 03 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən qəbul edilmiş 03 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar