Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-94/2025 25.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 25051374 saylı inzibati tənbeh vermə haqqında qərardan X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 25051374 saylı inzibati tənbeh vermə haqqında qərardan X1 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə mənə məxsus **-DR-*** d.q.n-li GMC Terrain markalı avtomobillə Gəncə şəhəri, Nizami prospektində yolun sağ çiynində parklanma edərkən İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. AR İXMnin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Aşağıdakı əsaslara görə EQ 25051374 saylı, xx.xx.2024-cü il tarixli qərar qanunsuz və əsassızdır: Gəncə şəhəri, Nizami prospektində cərimə olunduğum yolda ümumiyyətlə xəttlənmə mövcud deyil, yolun neçə cərgədən ibarət olması, n.v-nin neçənci cərgədə dayandığını müəyyən etmək mümkün deyildir. Qeyd edilən hal dövlət orqanları tərəfindən aradan qaldırılmadığından yol hərəkəti iştirakçılarını çaş-baş salmaqla qanunsuz və əsassız cərimə olunmaqlarına gətirib çıxarır. Cərimə protokolu (qərarı) tərtib olunan yolun üzərində dayanma-durmanı qadağan edən və ya sair qadağanedici yol nişanı mövcud deyil. Fotoşəkildən də göründüyü kimi o cərimə edilən vaxt nəqliyyat vasitəsini sağ yol çiynində park edir. Fotoşəkildə parklanma ilə məşğul olan yaşıl jiletli şəxs işarə verərək yardım etdiyi də görsənir. O yolun sağ çiynində digər avtomaşınlar kimi park etdikdən sonra, ona cərimə olunmağıı barədə bildiriş gəlmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 ərizəsinin məzmununa uyğun ifadə verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının İXM-nin 346.4-cü maddəsinin dispozisiyasında qeyd olunur ki, Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Halbuki təqdim etdiyi fotoşəkillərdən də aydın olur ki, onun durduğu yerlə hərəkət hissəsinin ikinci zolağı deyildir, çünki onun yanında olan cərgə parkinq zolağıdır. O hərəkət hissəsinin birinci zolağında durmuş və digər avtomobillər kimi nəqliyyat vasitəsini park etməyə çalışmışdır. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara qiymət verərək şikayət qismən təmin edilməli, Bakı şəhər Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 25051374 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsınə göndərilməlidir. Belə ki, iş materiallarında olan “Asanpay” ödəniş portalından təqdim edilmiş çıxarışdan müəyyən edilir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 25051374 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 xx.xx.2024-cü il tarixdə, saat 15:42 radələrində Gəncə şəhəri, Nizami prospekti ərazisində idarə etdiyi **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələblərini pozduğuna görə 80 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı yolda hər hansı xətlənmə mövcud deyildir. Bundan başqa avtomobilin dayandığı yerin sağ tərəfi parkinq üçün ayrılmış zolaqdır. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərlə X1 idarə etdiyi avtomobili qərarda qeyd edilən tarixdə və vaxtda yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgəsində saxlaması müəyyən edilə bilməmişdir. Məhkəmə qeyd edilən halları nəzərə alaraq hesab edir ki, bu hallar qərar qəbul etmiş orqan tərəfindən şikayət vermiş şəxsin iştirakı ilə araşdırılmalı və ondan sonra müvafiq qərar qəbul edilməlidir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1. bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş müəyyən edilmiş halda qərar ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 25051374 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsınə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 25051374 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsınə göndərilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 25051374 saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-94/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-94/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver