Məhkəmə qərarları › İş №3(004)-940/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-940/2020

18.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-940/2020 18.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İş № 3(004)-940/2020 QƏRAR (inzibati xəta haqqında iş üzrə) xx xxxxxx 2020-ci il Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X24 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, tələbkar (zərər çəkmiş şəxs) Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X12, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin qanuni təmsilçisi X2 iştirakları ilə, Borclu “xxxx” MMC-nin rəhbəri X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ : “xxxx” MMC-nin rəhbəri X2 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru Sahib Abdullayev tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-940/2020 nömrəli xx xxxx 2020ci il tarixli qərarı ilə “xxxx” MMC-nin rəhbəri X6 Azərbaycan Respublikası İXM-nin 528.1-ci madədsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan “xxxx” MMC-nin rəhbəri X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb 3(103)-1161/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qərarla şikayət qismən təmin edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-461/2017 saylı icra sənədinə əsasən cavabdeh “xxxx” MMC-dən iddiaçı Şəxs QSC X32 Təşkilatının xeyrinə 59.339.864,40 manat əsas borc, 3.297.176,75 manat faiz borcu olmaqla cəmi 62.637.041,15 (altmış iki milyon altı yüz otuz yeddi min qırx bir manat on beş qəpik) manat kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmişdir. İcra sənədi üzrə icraata xx xxxx 2017-ci il tarixdə başlanılmışdır. Dəfələrlə borclu “xxxx” MMC-nin rəhbəri X1 icra sənədi üzrə tələbin icrası tələb olunsa da o, vəzifəli şəxs qismində icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə borclu “xxxx” MMC tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Göstərilənlərə əsasən, “xxxx” MMC-nin rəhbəri X6 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək “xxxx” MMC-nin barəsində inzibati tənbeh təədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi X6 izahatında barəsində tərtib edilmiş protokol üzrə təqsirli bilməyərək bildirmişdir ki, hazırda rəhbərlik etdiyi hüquqi şəxs öz fəaliyyətini dayandırmış, bundan başqa icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsindən kassasiya qaydasında şikayət verilmişdir. X6 həmçinin barəsində Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş şəxs) Şəxs QSC-nin nümayəndəsi X21 izahatında “xxxx” MMC-nin barəsində tərtib edilmiş protokol üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işi materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış “xxxx” MMC-nin rəhbəri X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xətanın aşkar edildiyi vaxtdan qanunla müəyyən edilmiş 3 aylıq məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(81)-461/2017 saylı icra vərəqəsindən görünür ki, cavabdeh “xxxx” MMC-dən iddiaçı Şəxs QSC X32 Təşkilatının xeyrinə 59339864,40 manat əsas borc, 3297176,75 manat faiz borcu olmaqla cəmi 62637041,15 (altımış iki milyon altı yüz otuz yeddi min qırx bir manat on beş qəpik) manat kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxx 2017-ci il tarixli qərardan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(81)- 461/2017 saylı icra sənədi əsasında iş üzrə icraat başlanmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə borclu “xxxx” MMC-nin nümayəndəsi tərəfindən rəsmi qaydada qəbul edilmişdir. İş materiallarında olan Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli xx/xx-2114/18 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu “xxxx” MMC-yə 01 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-2(81)-461/2017-ci il tarixliicra sənədinin icrasının təmin edilməsi, əks təqdirdə hüquqi şəxsin barəsində inzibati tənbeh ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, iş materialları və tərəflərin izahatları əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 01 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-2(81)-461/2017 saylı icra sənədi üzrə borclu “xxxx” MMC tərəfindən tələb üzrə müəyyən hərəkətlər yerinə yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.2-ci maddəyə görə isə Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Hazırki işin hallarından isə müəyyən edilir ki, “xxxx” MMC-nin qanuni rəhbəri X2 barəsində Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN seriyalı ******* nömrəli protokol xx xxxx 2020-ci il tarixdə tərtib edilmişdir. Belə olan halda qeyd edilən protokol üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti xx xxxx 2020-ci il tarixdə başa çatmışdır. Belə olan halda, barəsində protokol tərtib edilmiş X2 barəsində qanunvericiliklə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən o, hazırki protokol əsasında məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda, 53.0.6-cı maddəyə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin rəhbəri X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 53, 105.1, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC-nin rəhbəri X6 barəsində Yasamal Rayon İcra və probasiya şöbəsinin icra məmuru Sahib Allahverdiyev tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Günel Əkbərli İş № 3(004)-720/2020 İnzibati xəta haqqında işlər üzrə məhkəmə iclasının protokolu Yasamal Rayon Məhkəməsi xx xxxx 2020-ci il Bakı şəhəri Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X14 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, tələbkar (zərər çəkmiş şəxs) X15, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MTK-nın rəhbəri X9 və onun etibarnamə üzrə nümayəndəsi X22 iştirakları ilə, “xxxx” MTK-nın sədri X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxılır. İclas saat 12:00-da başlandı. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, məhkəmə iclasına inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru X10, zərərçəkmiş şəxs X25, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MTK-nın rəhbəri X9 və onun etibarnamə üzrə nümayəndəsi X27 gəlmişlər. Sədrlik edən inzibati iş üzrə icraatının azərbaycan dilində aparıldığını bildirir və prosesi iştirakçılarının azərbaycan dilində sərbəst danışa bilmələri və başa düşmələrini aydınlaşdırır. Proses iştirakçıları hər biri ayrı-ayrılıqda azərbaycan dilində sərbəst danışa bilmələri və başa düşmələrini bildirirlər. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətini müəyyən edir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxxx 1983-cü ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan X27 Zərərçəkmiş şəxs: xx xxxxxx 1970-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 2 ünvanında qeydiyyatda olan X25 Protokolu tərtib etmiş şəxs: Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 Sədrlik edən məhkəmə tərkibini elan edir. Sədrlik edən: Əkbərli Günel Bəkir qızı Katib: X26 Sədrlik edən tərəflərə hakimə və katibə etiraz etmək hüququnun olduğunu izah edir. Etiraz daxil olmadı. Sədrlik edən tərəflərə hüquq və vəzifələrini izah edir. Tərəflər hər biri ayrı-ayrılıqda hüquq və vəzifələrinin onlara aydın olduğunu bildirdilər. Barəsində inzibati xəta iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MTK-nın rəhbəri X9 və onun etibarnamə üzrə nümayəndəsi X8 edənin sualına cavab verir: -Bəli, barəmizdə tərtib olunmuş inzibati xəta haqqında protokolla tanış olub surətini almışam. Sədrlik edən vəsatətin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən protokolu elan edir və əsaslandırması üçün icra məmuru X7 söz verir: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X10: Hörmətli hakim! Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı, xx xxxx 2016-cı il tarixli icra sənədi şöbənin icraatına daxil olduqdan sonra xx xxxxxxx 2018-ci il tarixli qərarla icraata başlanılıb. İcra sənədindən müəyyən edildi ki, məhkəmənin müvafiq qətnaməsi xx xxxxxxxx 2018-ci il tarixdə qanuni qüvvəsini alıb. Həmin icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq Hərbi şəhərciyində yerləşən “xxxx” MTK-nın inşa etdiyi hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin bütün mərtəbələrindəki pilləkən marşlarındakı pillələrinin hündürlük ölçüləri eyni səviyyəyə çatdırılmalı və göstərilən pilləkən marşları üzlük daşlarla üzlənilməlidir. Bundan başqa ünvan üzrə binanın 2-ci girişində 3-cü lift quraşdırılmalı, həmin liftin texniki təhlükəsizlik tələblərinə uyğun olması və istismara yararlılığı mütəxəssislər tərəfindən rəsmi sənədlə təsdiq edildikdən sonra istismara verilməli; ünvan üzrə binanın 2-ci girişində hər 3 liftin fasiləsiz işləməsi və liftlərdə xilasetmə məntəqəsilə əlaqə sisteminin quraşdırılması və normal işləməsi təmin edilməli; girişin pilləkən qəfəsinin bütün mərtəbələri normal səviyyədə işıqlandırılmalı; girişin bütün mərtəbələrinin pilləkənləri tikinti norma və qaydalarına uyğun olaraq tam bərpa edilməli; pilləkən qəfəsinin bütün mərtəbələrində, pilləkən meydançalarında tavan və divarların tamamlanma işləri tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməli; girişin 16, 17 və 18-ci mərtəbələrində ümumi istifadə sahələrinin (döşəmələrinin) və divarların tamamlanma işləri tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməli; girişin 16, 17 və 18-ci mərtəbələrində mənzil qapılarının qarşısındakı ümumi istifadə dəhlizinin qaraşlı sahələri (dəhlizin sağ və sol hissəsi) daimi işıqlandırılmalı; binanın 2-ci girişində ümumi havandırılma sisteminin quraşdırılması ilə bağlı qüsurun (binanın qeyri-yaşayış obyektlərində çoxsaylı mətbəxlərin havasovuranının 2-ci girişin vintilyasiya sisteminə birləşdirilməsi nəticəsində mənzillərə və mərtəbələrin ümumi istifadə sahələrinə kəskin qoxuların sirayət etməsi) tam aradan qaldırılması “xxxx” MTK tərəfindən təmin edilməlidir. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul borcludan tutularaq Azəbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi üzrə borclu hüquqi şəxs “xxxx” MTK-ya və onun rəhbəri X13 tələbin könüllü icrasına dair bildiriş xx xxxxxxx 2019-cu il tarixdə təqdim edilmişdir. Eyni zamanda “xxxx” MTK-nın sədri (qanuni təmsilçisi) X13 qanunla müəyyən edilmiş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulmuş məsuliyyət barədə rəsmi xəbərdarlıq elan edilmiş və hüquqi şəxsin səlahiyyətli nümayəndəsinə xx xxx 2019-cu il tarixdə imza etdirilməklə təqdim edilmişdir. Mən icra sənədinin icrası ilə əlaqədar bir neçə dəfə ünvanda olub yerində baxış keçirmişəm. Sonuncu dəfə isə protokol tərtib edilməmişdən əvvəl, yəni xx xxxxxx 2020-ci il tarixdə bina sakinlərinin və hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə baxış keçirərək akt tərtib etdim. Baxış zamanı müəyyən edildi ki, qeyd olunan tarixədək aşağıda qeyd edilən işlərin görülməsi təmin edilib: 1) binanın 2ci girişinin bütün mərtəbələrindəki pilləkən marşlarındakı pillələrinin hündürlük ölçüləri eyni səviyyəyə çatdırılmış, lakin mişar daşı ilə (aqlayla) üzlənmişdir; 2) həmin girişdə 3-cü lift olsa da işlək vəziyyətdə deyildir və girişin 3-cü və 10-cu mərtəbələrində liftin şaxtasına, liftə giriş üçün nəzərdə tutulmuş qapı yeri hörülmüş vəziyyətdədir, həmçinin liftlərdə telefon işarəsi olan düyməcik olsa da xilasetmə məntəqəsi ilə əlaqə sistemi quraşdırılmamışdır; 3) pilləkən qəfəsinin bütün mərtəbələrində, pilləkən meydançalarında tavan və divarların tamamlanma işləri tam yerinə yetirilməmiş, yəni üzlük (şpatlyovka) çəkilmiş, ancaq rənglənməmişdir. Həmin girişin 16, 17 və 18-ci mərtəbələrində ümumi istifadə sahələrinin divarları rənglənməmiş, döşəmə isə aparılan təmirdən sonra tikinti materiallarının qalıqlarından tam təmizlənməmişdir. Həmin girişin 16, 17 və 18-ci mərtəbələrində mənzil qapılarının qarşısındakı sahələrin daimi işıqlandırılması təmin edilməmiş, dəhlizin dərinliklərində olan işıqların daimi yandırılması təmin edilmiş, lakin baxış zamanı ortada olan işıqlar söndürülmüş vəziyyətdə olmuşdur. Sakinlərlə söhbət zamanı bütün işıqların sutkanın qaranlıq vaxtında yandırılması müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilib ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən binanın 2-ci girişinin 3-cü liftinin istismarı qayda pozuntuları olduğundan qadağan edilib. Bundan başqa borclu hüquqi şəxs xx xxxxxx 2019-cu il tarixli məktubla icra şöbəsinə müraciət edərək bildirib ki, sözügedən binanın 2 liftinin qapısının dəyişdirilməsi məqsədilə xarici şirkətə qapı sifariş verilmiş və qeyd edilən tələbin tezliklə aradan qaldırılması nəzərdə tutulur. İcra şöbəsinə daxil olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin xx xxxxxx 2019-cu il tarixli məktubundan isə müəyyən edilir ki, qeyd olunan binanın sakinlərinin müraciəti əsasında ünvanda Agentliyin mütəxəssisi tərəfindən araşdırma aparılıb və xx xxxxxx 2019-cu il tarixdə qeydiyyat sayı 37995 olan sərnişin liftində aşkar olunmuş qayda pozuntusu ilə əlaqədar olaraq liftin istismarı qadağan edilib. Məcburi icra tədbirləri olaraq borclu hüquqi şəxsin rəhbəri X18 dəfələrlə icra şöbəsinə dəvət edilib izahatları alınıb, ona icra sənədinin qanunla müəyyən edilmiş müddətlərdə üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət barədə xəbərdarlıq edilib, lakin hazıradək icra sənədi müəyyən hissədə icra edilməsinə baxmayaraq protokolda qeyd edildiyi kimi onun tam icrası təmin edilməyib. Göstərilənlərə əsasən, tərəfimdən tərtib edilən protokolu müdafiə edərək icra sənədi üzrə borclu hüquqi şəxs “xxxx” MTK-nin rəhbəri X9 barəsində inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş edirəm. Sədrlik edən proses iştirakçılarından protokolu tərtib edən şəxsə sualların olubolmamasını soruşur. Sual olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı: Hörmətli hakim! Barəmizdə tərtib edilən inzibati xəta haqqında protokolla razı deyiləm. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı, xx xxxx 2016-cı il tarixli icra sənədi əsasında Bakı şəhəri, Yasamal rayonu, “Qızıl Şərq” şəhərciyində yerləşən hündürmərtəbəli binanın ikinci girişində bütün mərtəbələrdə pilləkənlər üzlük daşlarla (aqlayla) üzlənib eyni səviyyəyə çatdırılıb. İcra sənədində üzlük daşlarının növü konkret olaraq göstərilməyib, ona görə də aqlay daşlarla döşənib. Binanın ikinci girişdəki sakinlər üçün nəzərdə tutulmuş üçüncü liftin qapıları sifariş verilərək gətirilib quraşdırılıb, lakin əvvəllər iki mərtəbədə, yəni 3 və 10-cu mərtəbələrdə qapı olmadığından liftin istismarı müvəqqəti olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən dayandırılmışdır. Liftlərdə telefon əlaqə vasitəsinin qurulması mümkün olmasa da fövqəladə hallarda xilasetmə məntəqəsi ilə xəbərdaredici həyəcan siqnalı əlaqəsi sistemi təchiz edilmişdir. Bundan başqa mərtəbələrdə, xüsusilə də tələbkarların yaşadığı 16, 17 və 18-ci mərtəbələrin dəhlizlərinin daim işıqlandırılması təmin edilib. Pilləkən qəfəsinin bütün mərtəbələrində, pilləkən meydançalarında tavan və divarların tikinti normalarına uyğun şəkildə təmiri işləri hazırda da davam etdirilir, hazırda həmin təmir işlərinin tamamlanması ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarına görə ləngiyir və işlərin tamamlanması üçün müəyyən vaxt tələb olunur. Binanın havalandırma sistemindən gələn xoşagəlməz qoxuların aradan qaldırılması məqsədilə qeyri-yaşayış sahəsində fəaliyyət göstərən obyektlərin fəaliyyəti də dayandırılıb. Binanın 2-ci girişinin lifti ilə bağlı qüsurların aradan qaldırılması məqsədilə “xxxx” MTK-nin iş icraçısı ilə müqavilə bağlanılıb hazırda liftlərdəki qüsurlar aradan qaldırılıb istismara hazır vəziyyətə gətirililib, qapılar dəyişdirilib və onun istismarına icazə verilməsi üçün hüquqi şəxs “xxxx” MTK tərəfindən Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Lakin nazirlikdən bildirilib ki, hüquqi şəxs “xxxx” MTK fəaliyyətini dayandırdığından və onun öhdəlikləri hüquq varisliyi qaydasında “Yasamal-43” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə keçdiyindən istismarla bağlı nazirliyə həmin Cəmiyyətin müraciət etmək hüququ vardır. Son dövrdə ölkədə “Covid-19” infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarına görə liftin bugünədək istismara qəbul edilməsi məsələsinin həlli yubanmışdır. Məhkəmənin qərarına hörmətlə yanaşırıq, icra sənədinin icrası ilə bağlı bir sıra tədbirlər görülüb, tam icrası ilə bağlı göstərilən əsaslara görə müəyyən vaxt tələb edilir, icra sənədini icra etməkdən boyun qaçırmırıq, hazıradək tam icra olunmamasına görə sadalanan üzrlü səbəblər olub, əməlimizdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından protokol əsasında barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Sədrlik edən proses iştirakçılarından barəsində inzibati protokol tərtib edilmiş şəxsə sualların olub olmamasını suruşur. Sual olmadı. Sədrlik edənin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə s/c: - “xxxx” MTK xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək fəaliyyətini dayandırıb, hüquq varisliyi qaydasında onun bütün öhdəlikləri xx xxxxxx 2020-ci il tarixdə qeydə alınıb “Yasamal-43” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə keçib. Göründüyü kimi X18 xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş protokol əsasında artıq həmin vaxt fəaliyyətini dayandırmış hüquqi şəxsin vəzifəli şəxsi olaraq inzibati məsuliyyətə cəlb edilə bilməz və qeyd edilən xətaya görə hazırda hüquq varisliyi qaydasında icra sənədi üzrə borclu “xxxx” MTK-nın bütün öhdəlikləri üzrə məsul olan “Yasamal-43” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti və ya onun səlahiyyətli vəzifəli şəxsləri məsuliyyət daşıyır. X27 “xxxx” MTK-nın sədri X18 barəsində inzibati xəta haqqında protokol əsassız olduğundan başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə suallar olmadı. Sədrlik edən zərər çəkmiş şəxsə özünün və ya yaxın qohumunun əleyhinə ifadə verməkdən imtina etmək hüququnu, məhkəmədə baxılan işlə əlaqədar ona məlum olan bütün halları düzgün danışmağın məhkəmədə ifadə verən şahidin vəzifəsi olduğunu, biləbilə yalan izahat verməyə görə və ya izahat verməkdən imtina etməyə görə məsuliyyətini və Azərbaycan Respublikası İXM-nin 530 və 532-ci maddələrinin məzmununu izah edərək, ondan iltizam alır. Sədrlik edən tərtib edilmiş inzibati protokolla bağlı zərər çəkmiş şəxsin fikrini soruşur. Sədrlik edən zərərçəkmiş şəxs X19 söz verir. Zərərçəkmiş şəxs X16 izahatı: Hörmətli hakim! Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli icra sənədinə əsasən mənim və digər zərər çəkmiş şəxslərin tələbləri borclu “xxxx” MTK tərəfindən qismən təmin edilib və yaşayış binasının mərtəbələrində işıqlandırma sistemi nisbətən yoluna qoyulub. Lakin mənim və digərlərinin əsas tələbi ondan ibarət olub ki, bina sakinlərinin rahatlığının təmin edilməsi üçün standart normalara uyğun olaraq 3-cü lift quraşdırılsın, eyni zamanda liftlə xilasetmə məntəqəsi arasında rabitə əlaqəsi təchiz edilsin. Belə ki, binadakı mənzillərin sayına görə layihəyə əsasən 1-i yükdaşınması, 2-si sərnişindaşınması üçün olmaqla ümumilikdə 3 liftin quraşdırılması nəzərdə tutulmuşdur. Buna baxmayaraq iddia tələbindən əvvəl bu tələb yerinə yetirilməmişdir. Yalnız onların təkidli tələbindən sonra 3-cü lift quraşdırılsa da, 3-10cu mərtəbəyədək giriş qapıları bağlandığından, istismara yararlı olmadığından ondan istifadə mümkün olmamışdır. Bundan əlavə liftdən istifadə edilməklə binaya giriş-çıxış düzgün qoyulmamış, sakinlərin əksər hissəsi binaya giriş-çıxış üçün yalnız qarajdan istifadə etməyə məcbur qalmışdır. Mən yaşayış binasının 2-ci girişinin 18-ci mərtəbəsində yaşayıram, lakin hazıradək mənim yaşadığım mərtəbənin dəhlizinin abadlaşdırılması işləri, liftdə xilasetmə məntəqəsi ilə rabitə əlaqəsinin qurulması təmin edilməyib, havalandırma sistemində işlər görülməsə də xoşagəlməz qoxuların gəlməsinin qarşısı alınıbdır. Göründüyü kimi, borclu hüquqi şəxs və onun səlahiyyətli vəzifəli şəxsi olan sədri tərəfindən icra sənədi üzrə tələblər yerinə yetirilməyib. Hazırda o və digər tələbkarlar yalnız icra sənədinin tam icra edilməsində maraqlıyıq. “xxxx” MTK-nın sədri X18 barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən proses iştirakçılarından zərər çəkmiş şəxsə sualların olub-olmamasını suruşur. Sual olmadı. Sədrlik edən işdə iştirak edən şəxsin məhkəmə araşdırmasının tamamlanması üçün hansı sübutların baxılması və həmin sübutları işin məhz hansı hallarının müəyyən edilməsi üçün zəruriliyi barədə vəsatətinin olub-olmamasını aydınlaşdırır. Vəsatət daxil olmadı. Məhkəmə Yasamal rayon icra və probasiya şöbəsinin icraatında olan icra işini və məhkəməyə təqdim edilmiş protokol və sənədlərini tədqiq edir. Sədrlik edən müşavirə otağına gedir və qayıdaraq qərarı elan edir, qərardan şikayət vermə qaydasını və müddətini, habelə protokol ilə tanış olma müddətini və ona dair qeydlər vermək hüququnu izah edir. Məhkəmə iclası saat 12:30-da bağlı elan edilir. Protokol xx xxxx 2020-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar