Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-944/2024 22.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi, Şikayətçinin nümayəndəsi X4 iştirakı ilə, X11 tərəfindən barəsində Bakı şəhər X20 İdarəsi tərəfindən qəbul edilmiş EQ/17762590 nömrəli, EQ/17762584 nömrəli, EQ/17760186 nömrəli, EQ/17921800 və EQ/17921919 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpa edilməsinə vəsatətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X11 xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhər X20 İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş EQ/17762590 nömrəli, EQ/17762584 nömrəli, EQ/17760186 nömrəli, EQ/17921800 və EQ/17921919 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. X1 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, mülkiyyətçi kimi qardaşına verilən etibarnamə ilə X2na nəqliyyat vasitəsinin idarə edilməsinə dair "mobil-notariat" tətbiqi vasitəsi ilə elektron qaydada Bakı şəhər 34 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təstiq edilmiş və reyestrdə 7E-8496 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Etibarnamə əsasında **-MK-*** qeydiyyat nişanlı “X17” markalı nəqliyyat vasitəsini xx.xx.2023 tarixində Pirşağı istiqamətində idarə edərkən saat 10:47:43-də Pirşağı-Novxanı yolun Neft baza sanatoriyasının yaxınlığında və saat 10:48:31-də Pirşağı- Novxanı yolunda 112 nömrəli tam orta məktəbin qarşısında, İXM 332.3 və 332.2-ci maddələri ilə onun, yəni X3 adına EQ/17762590 nömrəli qərara əsasən 300 AZN və EQ/17762584 nömrəli qərara əsasən 300 AZN cərimələr qeyd olunmuşdur. Əlavə olaraq xx.xx.2023-cü il tarixdə EQ/17760186 (100 AZN) və xx.xx.2023-cü il tarixində EQ/17921800 və EQ/17921919 nömrəli qərarlara əsasən (300 AZN+300 AZN) cərimələr yazılmışdır. Qeyd edilən vaxtda nəqliyyat vasitəsini o, idarə etməmişdir, etibarnamə əsasında X2 idarə etmişdir. Ona görə də həmin cərimələrdən məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə SMS bildiriş təqdim edildikdən sonra məlumatı olmuşdur. X2 cərimələrin səbəbini araşdırdıqda bildirilmişdir ki, etibarnamə olmadan nəqliyyat vasitəsi idarə edildiyi üçün cərimələr yazılmış, etibarnamənin olduğu deyilsə də, ləğv edilmədiyi bildirilsə də, elektron bazada belə problemlər olduğu bildirilərək məhkəməyə müraciət etmək tövsiyyə edilmiş, lakin nə protokol, nə qərar ona təqdim edilməmişdir. X11 eyni zamanda həmin qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi X7 verilmiş suallara əsasən izahatında bildirdi ki, qeyd olunan qərarlar qızı olan şikayətçiyə rəsmi qaydada təqdim edilməmiş və onun tərəfindən qərarların rəsmi qaydada çap formatında təqdim edilməsi ilə bağlı aidiyyəti DYPİ-nə müraciət edilməmişdir. Buna görə də qərarın rəsmi qaydada təqdim edilməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilmir. Ona görə şikayətin geri qaytarılmasına etiraz etmir. Beləliklə, məhkəmə şikayətçinin nümayəndəsinin izahatını dinləyib, vəsatəti, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə məhkəməyə yalnız şikayət ərizəsi daxil olmuş, lakin şikayət verilmiş qərarın surəti iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını, ondan şikayət verilməsi üçün müddətin nə vaxtdan hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Elektron portaldan şəxsin fərdi məlumatları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, X1 özü ünvan 1 ünvanında qeydiyyatdadır. Lakin iş materiallarına inzibati tənbeh vermə haqqında qərarlar əlavə edilmədiyindən inzibati xətanın törədildiyi yerin müəyyən edilməsi mümkün olmamamışdır. Hazırkı iş üzrə şikayətçi tərəfindən ərizəsinə onun yaşadığı yer üzrə baxılmasında dair vəsatət verilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq, yəni inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması mümkün deyil, ona görə də X8 Bakı şəhər X20 İdarəsi tərəfindən qəbul edilmiş EQ/17762590 nömrəli, EQ/17762584 nömrəli, EQ/17760186 nömrəli, EQ/17921800 və EQ/17921919 nömrəli inzibati tənbeh vermə haqqında qərarlara dair şikayəti və müddətin bərpasına dair vəsatəti geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Bakı şəhər X20 İdarəsi tərəfindən qəbul edilmiş EQ/17762590 nömrəli, EQ/17762584 nömrəli, EQ/17760186 nömrəli, EQ/17921800 və EQ/17921919 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair şikayəti və müddətin bərpasına dair ərizəsi geri qaytarılsın. Qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması şikayətçi X10 izah edilsin. Sədrlik edən hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-944/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-944/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver