Məhkəmə qərarları › İş №3(004)-945/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-945/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-945/2024 23.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 19220244 saylı inzibati xəta haqqında iş üzrə qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİnin xx.xx.2024-cü il tarixli, EQ 19220244 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini, 4 cərimə balı, 150 manat cərimə məbləği sistemdən silinməsini və barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 30 yanvar 2024-cü il tarixdə saat 17 radələrində mülkiyyətində olan “Mercedes Benz C300” markalı, **-NA-*** d.q.n. avtomobilim ilə Qaradağ rayonu, Meyvəli bazarın çıxışındakı dairədən şəhər istiqamətində hərəkət edirdi və bir müddət sonra guya İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.4-cü maddəsində nəzərdə tutulan xətanı törətməyi barədə “SMS radar” tətbiqi vasitəsi ilə məlumat daxil olmuşdur. Məlumata əlavə edilmiş fotoşəkillərə baxdıqda və onları İXMnin 327.4-cü maddəsinin dispozisiyasmda qeyd edilənlərlə müqayisə etdikdə həmin maddə ilə səhv cərimə edilməyi nəticəsinə gəldi, lakin buna baxmayaraq 4 bal və 150 manat cərimə edilməyi barədə BDYPİ-nin MMX-nin 31 yanvar 2024-cü il tarixli, EQ 19220244 saylı qərarı sistemə yerləşdirilmiş və bu qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Bildirir ki, cərimə məlumatı ilə sistemə birgə yerləşdirilmiş fotolardan da aydın görünür ki, hərəkət etdiyi istiqamətdə verdə hər hansı üfüqi və va digər xətt mövcud olmamış, eyni zamanda hərəkət etdiy istiqamətin iki tərəfli yol olmasını bildirən hər hansı yol nişanı da yoxdur. Belə olan halda qərara əlavə edilən fotoşəkillərdə idarə etdiyi avtomobillə guya İXM-nin 327.4-cü maddəsi ilə yol hərəkəti qaydasının pozmağ sübut edilmir. İXM-nin 327.4-cü maddəsinə görə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nisanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam oiaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 19220244 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi, 4 cərimə balı, 150 manat cərimə məbləği sistemdən silinməsi və barəsində olan inzibati işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi N.Y.Əliyeva ərizəsinin mahiyyətinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN BDYPİ-nə lazmı qaydada məlumat verilsə də, Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 19220244 saylı qərarından görünür ki, sürücü N.Y.Əliyeva həmin tarixdə, saat 10:41 radələrində “Mercedes-Benz C300 minik” markalı **-NA-*** dövlət nömrə nişanlı avtomobillə Qaradağ rayonu, Meyvəli bazarı çıxışı dairəsi şəhər istiqaməti üzrə 1.1, 1.3 və 1.11 üfüqi nisanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam oiaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, sürücü N.Y.Əliyeva xx.xx.2024-cü il tarixdə, saat 10:41 radələrində “Mercedes-Benz C300 minik” markalı **-NA-*** dövlət nömrə nişanlı avtomobillə Qaradağ rayonu, Meyvəli bazarı çıxışı dairəsi şəhər istiqaməti üzrə 1.1, 1.3 və 1.11 üfüqi nisanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam oiaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərarda sürücü N.Y.Əliyevanın “Mercedes-Benz C300 minik” markalı **-NA-*** dövlət nömrə nişanlı avtomobillə 1.1, 1.3 və 1.11 üfüqi nisanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam oiaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi göstərilsə də, həmin halı təsdiq edən heç bir sübut qərarda göstərilməmişdir. Bundan əlavə müəyyən olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən bir sıra kobud prosessual pozuntulara da yol verilmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə qərarda inzibati xətanın aşkar olunmasında istifadə olunan texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt barədə məlumatlar göstəriməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası DİN BDYPİ-nin elektron protokolu əsasında qəbul edilmiş qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, N.Y.Əliyevanın barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19220244 saylı inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin N.Y.Əliyeva həmin qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, N.Y.Əliyevanın şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19220244 saylı inzibati tənbeh vermə haqqında ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19220244 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar