Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9462/2025 26.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 sentyabr 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ DYP şöbəsinin Şəxs ASC-yə ünvanladığı müvafiq sorğusu cəmiyyətin əvvəlki qeydiyyat ünvanı olan Bakı şəhəri, Xətai rayonu, 8 noyabr 25E ünvanına göndərilmişdir. Lakin cəmiyyət 05 fevral 2025-ci il tarixindən etibarən Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 2, Tower İİİ ünvanında fəaliyyət göstərir. Göstəriləni nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə protokol tərtib etmiş səlahiyyətli orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilməmişdir. İş materiallarında olan: 17 sentyabr 2025-ci il il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Bakı şəhəri Xətai RPİ-nin Şəxs ASC-yə ünvanladığı sorğudan görünür ki, həmin ASC-nin mülkiyyətində olan “Lexus LX 600 MİNİK” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili 07 sentyabr 2025-ci il tarixdə, saat 19:43-də idarə edən sürücü barədə Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti əvvəlki hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 noyabr 25E olaraq, hazırki hüquqi ünvanı isə ünvan 5 göndərişinin verilməsi haqqında “SX075805660AZ” saylı sifarişli xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai RPİ-nin sorğusu 14 sentyabr 2025-ci il tarixdə “Umudov Teymur” tərəfindən imza etdirilməklə qəbul edilmişdir Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən "xxxx" ASC-yə ünvanlanmış sorğuya daxil olmuş 22 dekabr 2025-ci il tarixli, 14-5-109/2-980/2025 qeydiyyat nömrəli cavab məktubundan müəyyən edilir ki, SX075805660AZ ştrix kodlu məktub Şəxs MMC-yə deyil, vətəndaş Bahadur Bağırov adına ünvanlanmışdır. xx.xx.2025-ci il tarixdə AZ1129 saylı poçt şöbəsi vasitəsilə X1 İdarəsi tərəfindən Bahadur Bağırova ünvanlanan SX075805660AZ ştrix kodlu məktub, xx.xx.2025-ci il tarixdə AZ1025 saylı poşt şöbəsi tərəfindən qəbul olunmuşdur. Lakin, sözügedən məktub sistem üzərindən xx.xx.2025-ci il tarixdə “ünvançı tapılmayıb” qeydi ilə AZ1025 saylı poçt şöbəsi tərəfindən geri qaytarılmış və xx.xx.2025-ci ildə AZ1129 saylı poçt şöbəsi tərəfindən X1 İdarəsinin əməkdaşı Cahangir Məmmədova təhvil verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs ASC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatların təqdim edilməsi barədə səlahiyyətli orqanın ASC-ə ünvanladığı müvafiq sorğusu iş materiallarına əlavə edilsə də, həmin sorğunun Şəxs ASC-yə təqdim edilməsini (çatdırılmasını) təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Xətai Rayon Polis İdarəsinin X1 Şöbəsi tərəfindən tərtib olunmuş 17 sentyabr 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair Şəxs ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-9462/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9462/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver