Məhkəmə qərarları › İş №3(004)-950/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-950/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-950/2021 12.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən barəsində qəbul edilmiş qərardan verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirilərək, məhkəmə MÜƏYYƏN ETDİ : X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş xx xxxx 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli qərarın ləğv edilməsini, həmin qərarı qəbul etmiş və şikayətini səthi araşdırmış polis əməkdaşı barəsində müvafiq tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2021-ci il tarixdə saat 16:14 radələrində özünə məxsus olan “Toyota Rav 4” minik markalı **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Quba-Rusiya yolunun 116-cı km-də hərəkət edərkən qarşı tərəfdən gələn yol patrul xidmətinin avtomobilində olan YPX inspektoru onun barəsində qanunsuz qərar çıxarmışdır. Lakin şikayət ərizəsinə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq, yəni inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surəti və ərizədən görünür ki, şikayətçi X1 rayonu A.M.Şərifzadə küçəsi, ev 154 mənzil 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2anında yaşayır. Beləliklə, iş materiallarından inzibati xətanın törədildiyi yeri müəyyən etmək mümkün olmamış, şikayətçi X5 tərəfindən isə onun şikayətinə yaşayış yeri üzrə baxılmasına dair hər hansı bir vəsatət daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlər əsasında inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx xxxx 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli qərardan verilmiş xx xxxxx 2021-ci il tarixli şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçi X3 geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx xxxx 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli qərardan verilmiş xx xxxxx 2021-ci il tarixli şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçi X3 geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar